25.Milli gəlir. Sərəncamda qalan şəxsi gəlir. Milli gəlir - milli hesablar sistemində istifadə olıman əsäs ümumiləşdirici statistik göstəricilərdən biridir. Milli gəlirin kəmiyyətini müəyyənləşdirmək üçün xalis milli məhsuldan dolayı vergiləri çıxmaq və ona subsidiyaları əlavə etmək lazımdır.
Dolayı vergilər - qiymətə və ya tarifə əlavələr müəyyənləşdirilməsi yolu ilə əmtəə və xidmətlərə görə yığılan vergilərdir. Birbaşa vergilərdən fərqli olaraq dolayı vergilər vergi ödəyənin, yəni qanıma görə vergi ödəmə vəzifəsi daşı-yan fiziki və ya hüquqi şəxsin bilavasitə gəliri və ya əmlakı ilə əlaqədar deyil.
Dolayı vergilərin üç əsas növü var: aksizlər, fiskal (xəzi-nə) inhisar vergiləri və gömrük haqqi. Aksizlər də öz növbəsində ayrı-ayrı əmtəə və xidmətlərdən tutulan fərdi və ya seçmələrə və ımiversallara bölünürlər. Sonunculara dövriyyə vergisi və əlavə edilmiş dəyər aiddir. Fiskal inhisar vergiləri dolayı verginin qədim, aradan çıxmaqda olan növüdür. Onların xüsusiyyəti ondan ibarətdir ki, vergi dərəcəsi müəyyən edilmir, dövlət sadəcə olaraq şərab məhsulları, duz, kibrit və s. kimi ayrı-ayrı əmtəələrin istehsalını inhisarlaşdırır.
Təsərrüfat praktikasında istehsal olunmuş və istifadə olunmuş milli gəlir fərqləndirilir. Istehsal olunmuş milli gəlir — əmtəə və xidmətlərin yenidən yaradılmış dəyərinin bütün həcmidir.
Sərəncamda olan milli gəlirin hesablanmasında aşağıdakılar cəmlənir:
a) əmək haqqı - pul şəklində və ya natural formada muzdlu işçilərə ödənilən mükafatlandırma;
b) sosial sığorta ödənişləri. Onlar əməyin kəmiyyəti və keyfiyyətindən asılı olmur və müəssisələr tərəfindən ödənilir;
c) biznesdən dolayı vergilər və digər dövlət yığımları;
ç) subsidiyalar - bu, «əks-vergilərdir». Onlar əsas statistik göstəricilərin hesablanmasında istifadə olunan bazar qiymətlərinə daxil olmurlar, buna görə də məcmu gəlirdən çıxılırlar;
d) müavinətlər - ev təsərrüf atlarına pul şəklində və natural formada heç bir ekvivalent olmadan inzibati və ya gə-lirsiz xüsusi təşkilatlar tərəfindən ödənilən transfert ödənişləri;
e) beynəlxalq yardım - bir dövlətin digərinə təmənnasız ödənişləri və beynəlxalq təşkilatlara ödəmələr. Əgər bizə bizim etdiyimiz yardımdan daha çox yardım göstərilirsə, beynəlxalq yardım «+» işarəsi ilə, biz daha çox yardım ediriksə, «-» işarəsi ilə qeyd olunur;
ə) şirkətlərin bölünməmiş mənfəəti - istehsal edilmiş əlavə dəyərdən əmək haqqının ödənilməsinə, amortizasiyaya, vergilərə, faizlər və dividendlərə xərcləri çıxdıqdan sonra şirkətlərdə qalan xalis gəlir;
f) mülkiyyətdən gəlirlər - dividendlər, renta, faizlər şəklində iqtisadiyyatın bütün bölmələrinə daxilolmalar;
g) fərdi fəaliyyətdən gəlirlər - kiçik qeyri-korporativ müəssisələrin və azad sənətlərin gəlirləri;
ğ) sığortadan gəlirlər — sığorta üzrə illik müavinət ödə-nişlərinin saldosu və sığorta üçün ödəmələr (müavinətlər ödəmələrdən çoxdursa, fərq « + » işarəsi ilə, müavinətlər ödə-mələrdən azdırsa, « - » işarəsi ilə nəzərə alınır);
h) xarici aləmlə əməliyyatlardan gəlirlər - bu gəlirlərin saldosu nəzərə alınır.
Tam məşğulluq şəraitində təmin edilən milli gəlir səviyyəsi tam məşğulluğun milli gəliri adlanır. Ictimai təsərrüfatdan gələn gəlirdən başqa əhalinin bir qismi dövlətdən təqaüdlər, müavinətlər, pul və natural ödənişlər şəklində əlavə gəlir alır. Hərdən ayrı-ayrı firmalar da müəyyən yardım alırlar.
Dövlətin ayrı-ayrı şəxslərə və ya firmalara ödədiyi və bir istehlakçı kimi onların imkanlarını artıran bütün ödənişlər transfert ödənişləri adlanır. Buna görə də vergi və ödənişlər ödəndikdən sonra milli gəlirin yerdə qalan hissəsinə transfert ödənişlərini əlavə etsək, ümumi şəxsi gələri alarıq.
Şəxsi gəlir ayrı-ayrı fərdi şəxslər tərəfindən istifadə üçün nəzərdə tutulur, lakin əvvəlcə ondan bütün fərdi vergiləri ödəmək lazımdır.