Təsdiq edirəm: Tədris işləri üzrə direktor müavini



Yüklə 79,15 Kb.
tarix24.12.2023
ölçüsü79,15 Kb.
#193710
test Marketinq telebe-1


Təsdiq edirəm:
Tədris işləri üzrə direktor müavini
___________ T._Əfəndiyev
(imza ,soyadı,adı)
"___"_________ 2023- cü il
“Marketinq ” fənnindən test imtahan sualları.



  1. Marketinq ehtiyacların və tələbatların mübadilə vasitəsilə ödənilməsinə yönəldilmiş insan fəaliyyəti növüdür.Bu tərif kim tərəfindən verilmişdir?




  1. Marketinqin әsas mәqsәdi nәdən ibarətdir?




  1. Bazar iqtisadiyyatı şəraitində müəssisənin əsas məqsədi nədir?




  1. Istehlakçıya yönümlülük, istehlakçının və cəmiyyətin tələbatının ödənilməsi şərtilə mənfəət əldə etmək, daha effektli mar­ke­tinq tədbirləri həyata keçirməklə müəssisənin başlıca məqsədinə nail olmaq marketinqin hansı məqsədi sayılır?




  1. Marketinqin taktiki məqsədlərinə hansı məqsədlər aid edilir?




  1. Marketinqin prinsipləri dedikdə nə başa düşülür?




  1. Marketinqin funksiyası dedikdә nə başa düşülür?




  1. Marketinqin funksiyalarına aid olanları müəyyən edin.




  1. Müəssisənin istehsal-satış fəaliyyətinin, marketinqin digər funksiyalarının əsasını təşkil edən və onlara aid qərarların qəbul edilməsi vasitəsi olan marketinqin funksiyası hansıdır?




  1. Marketinqin bu funksiyası vasitəsilə ba­zar və onun ətraf mühiti, istehlakçıların tələbatı və tələbi haqqında məlumatlar məhsula, onun teхniki-istismar, keyfiyyət və dəyər parametrlərinə transforma­siya olunur. Marketinqin hansı funksiyasından bəhs olunur?




  1. Marketinqin bu funksiyasınin yerinə yetirilməsi sayəsində məhsulların bölüşdürülməsi və satışı, onların istehsalçıdan isteh­lak­çı­ya çatdırılması həyata keçirilir. Marketinqin hansı funksiyasından bəhs olunur?




  1. Marketinqin hansı funksiyası daхilində həyata keçiri­lən fəaliyyət növlərinin məqsədi istehlakçıya təsir etməklə onu daha çoх məhsul almağa təhrik etmək və bunun sayəsində satışın həcmini artırmaqdır?




  1. Marketinqin hansı funksiyası onun ən çətin və mürəkkəb funksiyasıdır?




  1. Məhsulun qiyməti istehsalçı mövqeyindən hansı şərtləri ödəməlidir?




  1. Məhsulun qiyməti istehlakçı mövqeyindən hansı şərtləri ödəməlidir?




  1. Marketinqin əsas anlayışlarını müəyyən edin.




  1. Tәlәb dedikdə nə başa düşülür ?




  1. Tәləbat nədir?




  1. Tələbat insanın hansı хüsusiyyət­lərinə uyğun olaraq spesifik forma alır?




  1. İstehlakçı məhsulu əldə etməklə nəyi ödəyə bilər ?




  1. İnsanlar özlərinin ehtiyaclarını müхtəlif məhsullara...............transformasiya edirlər.Cümləni tamamlayın.




  1. Marketinq yanaşması baxımından məhsul nədir?




  1. Bazar subyektləri tərəfindən bazara təklif edilən məhsulların (хid­mət­lərin) mül­kiyyət və ya sərəncam vermək hüququnun dəyişdirilməsi üçün zəruri olan sövdələşmənin həya­ta keçirilməsi prosesi necə adlanır?




  1. Başlıca ideyası “cəmiyyətin tələblərini nəzərə almaqla istehlakçılara lazım olanı istehsal edirəm “ olan marketinq konsepsiyasının adı nədir?




  1. Bu konsepsiyanın mahiyyətini bazarın, istehlakçının tələbatının, alış motivlərinin və davranışının öyrənilməsi və bu tələbatı rəqib müəssisələrə nisbətən daha dolğun ödəyə bilən məhsulların istehsal edilməsi, müəssisənin resurslarının və imkanlarının bazarın tələbatına daha effektli uyğunlaşdırıla bilməsi ideyası təşkil edir. Hansı konsepsiyadan bəhs olunur?




  1. Marketinq konsepsiyasına görə müəssisənin istehsal-satış fəaliyyətinin planlaşdırılması bundan başlanılır:




  1. Marketinq konsepsiyalarının təkamülünü tam əhatə edən cavabı seçin.




  1. Kommersiya amillərinin intensivləşdirilməsi konsepsiyasına görə müəssisə satışın həcminin artırılması üçün nə etməlidir?




  1. Marketinq konsepsiyasına görə mənfəətin məbləğini maksimallaşdırmaq üçün müəssisə nə etməlidir?




  1. Məhsulun satış həcminin artırılması nəticəsində mənfəət əldə edilməsinə yönəlmiş fəaliyyət bu konsepsiyaya əsaslanır:




  1. Istehsalçiların «nə istehsal etsəm, onu sata bilərəm» nəzəriyyəsi əsasında işləməyə üstünlük verdikləri konsepsiyasını müəyyən edin.




  1. Marketinqin ətraf mühiti ………………...bölünür.Cümləni tamamlayın.




  1. ................................de­dik­də müəs­sisənin bazar fəaliyyətinə, istehsal-satış fəaliyyətinə təsir edən sub­yektlərin və amillərin məcmusu başa düşülür. Cümləni tamamlayın.




  1. Marketinqin makromühiti dedikdə nə başa düşülür?




  1. Marketinqin mikromühit amillərinə daxildir:




  1. Marketinqin makromühit amillərinə aiddir.




  1. Müəs­si­sənin fəaliyyət sahəsi (fəaliyyət növü), müəssisənin məqsədi (məqsədləri), müəssi­sə­nin marketinq və digər struktur bölmələrinin vəzifələri və onların qarşılıqlı əla­qəsi və dəyərlər sistemi kimi amillər hansı amillərə aiddir?




  1. Istehsalçı müəssisəni zəruri material resursları ilə təmin edən hüquqi və fiziki şəxslər hansıdır?




  1. Topdansatış və pə­rakəndə ticarət müəssisələri, məhsulların fiziki yerdəyişməsini (malyeridilişini) həyata keçirən ixtisaslaşmış müəssisələr, müəssisəyə marketinq xidməti göstərən müəssisələr, investisiya, sığorta və maliy­yə-kredit müəssisələri aşağıdakılardan hansına aiddir?




  1. Alıcılara və ya istehlakçılara müəssisə ilə eyni növ, ya da əvəzedici məhsullar təklif edən müəssisə və təşkilatları müəyyən edin.




  1. Marketinq vasitəçilərinə aid edilir:




  1. Marketinq vasitəçilərinin tərkibinə daxil deyildir?




  1. Marketinqin müəssisədənkənar mikromühit amillərinə aiddir:




  1. Kütləvi informasiya vasitələri, dövlət orqanları, vətəndaş hərəkatı qrupları və təşkilatları, ictimaiyyət mikromühitin hansı amilinə aiddir:




  1. ........................hər bir bazar subyektinin va ayrı-ayrı fərdlərin marketinq fəaliyyətinə təsir göstərən, istehsal uçün xammal kimi istifadə olunan təbii resursların məcmusudur.Cümləni tamamlayın.




  1. Verilənlərdən hansı marketinqin makromühitinin elmi-texniki mühit amillərinə aiddir:




  1. ..........................yeni məhsul va marketinq imkanlarının meydana gəlməsinə imkan verən yeni texnologiyanın yaranması vasitəsidir.Cümləni tamamlayn.




  1. Demoqrafik mühit amillərinə aiddir:




  1. Marketinqin makromühitinin siyasi amillərinə aiddir:




  1. Valyuta məhdudiyyətləri; siyasi stabillik; xaric­dən məhsul alın­masına münasibət; ayrı-ayrı siyasi və dövlət xadimləri ilə qarşılıqlı münasibətlər kimi amillər marketinqin makromühitinin hansı amillərinə aiddir?




  1. Ölkədə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsini və tənzimlənməsini təmin edən qanunlar və qanunvericilik aktları və onlara əməl edilməsi üzərində dövlət nəzarət sistemi aiddir:




  1. Bütünlükdə cəmiyyətin, o cümlədən istehlakçıların mənafeyinin qeyri-mükəmməl, haqsız sahibkarlıq fəaliyyə­tin­dən müdafiəsini təmin edən amil­lər marketinqin makromühitinin hansı amillərinə aiddir?




  1. Siyasi-hüquqi mühit amillərinə hansı amillər aiddir?




  1. .....................cəmiyyətin dəyərlər sistemini, qavrama modelini, tələ­batlarını, həyat və davranış tərzi­ni formalaşdırmağa kömək edən sosial institutlar və digər güclər başa düşülür.Cümləni tamamlayın




  1. Müəssisə tərəfindən müəyyən edilməyən və müəssisənin onlara uyğunlaşmalı olduğu amillər hansıdır?




  1. Marketinq tәdqiqatları.......................... prosesidir.Cümləni tamamlayın.




  1. Marketinq tədqiqatlarının əsas mahiyyəti nədən ibarətdir?




  1. İstehlakçıların tədqiqi prosesində nə tədqiq edilir?




  1. Bazarın firma strukturunun tədqiqi üçün nəyi öyrənmək və təhlil etmək lazımdır?




  1. Marketinq informasiya sistemi dedikdə nə başa düşülür?




  1. Digər tip tədqiqatlardan yüksək çevikliyi ilə fərqlənən marketinq tədqiqatlarını müəyyən edin.




  1. Başlıca məqsədi problemin başa düşülməsinə və onun həlli ilə əlaqədar hipotezlərin irəli sürülməsinə nail olmaqdan ibarət olan tədqiqatlar necə adlanır?




  1. Tədqiqat prosesinin son mərhələsi hansıdır?




  1. Rәqiblәrin tәdqiqi prosesindә hansı göstəricilər tәhlil edilir?




  1. Aşağıdakılardan biri məhsul satışı üzrə müəssisələrdə bazarın tədqiq edilməsi istiqamətlərindən biri deyildir?




  1. Təkrar məlumatların toplanması mənbəyini müəyyən edin.




  1. İlkin informasiyaların toplanması üsulları hansıdır?




  1. Əvvəlcə hansısa bir probleminin həlli üçün toplanmış informasiyalar hansılardır?




  1. Marketinq informasiya sisteminin fəaliyyət göstərməsi üçün nə edilməlidir?




  1. Sorğuların aparılması yolu toplanan informasiya bu informasiya tipinə aiddir:




  1. Delfı metodu ilə toplanan informasiya bu informasiya tipinə aiddir:




  1. İmitasiya metodu ilə toplanan informasiya bu informasiya tipinə aiddir:




  1. Istehlakçı paneli metodu ilə toplanan informasiya bu informasiya tipinə aiddir:




  1. Fokus-qrup metodu ilə toplanan informasiya bu informasiya tipinə aiddir:




  1. Kauzal tədqiqatlarda öyrənilir:




  1. Təsviri tədqiqatlarda hansı fəaliyyət həyata keçirilir?




  1. Kəşfiyyat tədqiqatlarında hansı fəaliyyət həyata keçirilir?:




  1. Müəssisənin marketinq xidmətindən əməkdaşları Dövlət Statistika Komitəsinin məlumatlarından istifadə etməklə konkret növ məhsul bazarının real tutumunu öyrənmək istəyirlər Marketinq xidmətindən əməkdaşların istifadə etdiyi informasiyalar bu




  1. Müəssisənin marketinq xidmətinin əməkdaşları məhsulun qabının dəyişdirilməsinin satışın həcminin nə qədər artıracağını öyrənirlər Bu tədqiqat hansı tədqiqat tipinə aiddir?




  1. Müəssisənin marketinq xidmətinin əməkdaşları tərəfindən bazarın rəqabət strukturunun təsvir edilməsi məqsədi ilə tədqiqatlar aparılır: Bu tədqiqat hansı tədqiqat tipinə aiddir?




  1. Müəssisənin marketinq xidmətinin əməkdaşları reklama çəkilən xərclərin bir faiz artması müqabilində bazar payının neçə faiz artdığını dəqiqləşdirmək məqsədi ilə tədqiqat aparırlar Bu tədqiqat hansı tədqiqat tipinə aiddir?




  1. Müəssisənin marketinq xidmətinin əməkdaşları həmin müəssisənin məhsulunu daha intensiv alan «orta» alıcının profılini almaq istəyir Bu, hansı tədqiqat tipinə aiddir?




  1. Informatorla şəxsi əlaqə yaratmadan toplanan informasiya informasiyanın toplanmasının bu metoduna aiddir:




  1. Informasiyanın informatorla şəxsi əlaqə yaratmaqla toplanması informasiyanın toplanmasının bu metoduna aiddir:




  1. Marketinq tədqi­qat­larının subyekti kimi çıxış edir:




  1. Marketinq tədqiqatları aparılarkən hansı tələblərə əməl edilməlidir?




  1. Marketinq tədqiqatları aparılarkən hansı tələblərə əməl edilməlidir?




  1. Marketinq tədqiqatları aparılarkən hansı tələblərə əməl edilməlidir?




  1. Marketinq tədqiqatları aparılarkən hansı tələblərə əməl edilməlidir?




  1. Informatorun tələbilə onun verdiyi informasiya…………Cümləni tamamlayın.




  1. Marketinq tədqiqatları aparılarkən informatorun....................gözlənilməlidir.Cümləni tamamlayın.




  1. Marketinq tədqiqatları aparılarkən informatorun şəхsiyyətini müəyyən etməyə imkan verən informasiya ............................. Cümləni tamamlayın.




  1. Tədqiqat prosesində toplanmış şəхsi və gizli informasiyalar onu verən şəхsin əksinə istifadə oluna bilər?




  1. Xarici təkrar marketinq informasiyalarının əldə edilmə mənbələri hansıdır?




  1. Müştərilərlə, malgöndərənlərlə, marketinq vasitəçiləri ilə, müəssisənin əməkdaşları və ticarət heyətinin işçiləri ilə yaradılmış ünsiyyət (kommunikasiya) zamanı əldə edilən informasiyalar hansıdır?




  1. Marketinqin planlaşdırılması hansı formada həyata keçirilir?




  1. Müəssisənin məqsədi, imkanları və resursları arasında, həmçinin onlarla bazar imkanları arasında uzunmüddətli stabil tarazlıq yaradılması və bu tarazlığın saхlanması üzrə idarəetmə prosesi necə adlanır?




  1. Məhsul (məhsul çeşidi )üzrə həyata keçirilən və məhsul üzrə marketinq kompleksinin və strategiyasının tərtib edilməsini nəzərdə tutan marketinqin planlaşdırılmasının formasını müəyyən edin.




  1. Müəssisənin marketinq imkanlarını, məqsəd bazar­larını və onun хüsusiyyətlərini, bu bazarlara yönəldilmiş marketinq strategiyasını və marketinq fəaliyyətinin qiymətləndirilməsi və nəzarət kriteriyalarını özündə əks etdirən rəsmi sənəd necə adlanır?




  1. Müəssisənin uzunmüddətli inkişaf istiqamətlərini, meyllərini və bazara təklif edəcəyi məhsullar dəstini müəyyən edən marketinq planları necə adlanır?




  1. Konkret bir məhsul növü və ya məhsul çeşidi üzrə marketinq strategiyasını əhatə edən və məhsul üzrə menecerlər tərəfindən tərtib edilən marketinq planları necə adlanır?




  1. Bazarların seqmentləşdirilməsinin məqsədi nədir?




  1. Bu, bazarların seqmentləşdirilməsinin çatışmamazlığıdır:




  1. İstehsal-teхniki təyinatlı məhsullar bazarında obyektiv seqment­ləş­dirmə meyarlarına aiddir:




  1. Istehlakçıların təhsilinə, gəlirlərinə, peşəsinə, hər hansı bir sosial qrupa aid olmasına, ailə büdcəsinin bölüşdürülməsinə, hər nəfərə düşən gəlirlərin məbləğinə və digər göstəricilərə görə seqmentlərə bölünməsi necə adlanır?




  1. Istehlakşıların cinsi və yaş tərkibinə, ailələrin sayına, ailənin həyat tsiklinin mərhələlərinə, ailədə uşaqların sayına və bu kimi digər göstəricilərə görə seqmentlərə bölünməsi necə adlanır?




  1. Istehlakçılar məhsulları tanıma səviyyəsindən, məhsula münasibətindən, məhsuldan necə istifadə edilməsindən, almaq istədiyi faydalardan və bu kimi digər göstəricilərdən asılı olaraq seqmentlərə bölünməsi necə adlanır?




  1. Istehlakçı davranışı məhfumu bunu ifadə edir:




  1. İstehlakçıların tipologiyası məhfumu nəyi ifadə edir?




  1. Işgüzar istehlakçılar olan variantı göstərin



  1. Son istehlakçılar olan variantı göstərin.




  1. Son istehlakçıların davranışına təsir edən amilləri böl­mək olar:




  1. Son istehlakçının davranışına təsir göstərən marketinq amilləri hansılardır?




  1. İşgüzar istehlakçılara aid edilir:




  1. Marketinq baxımından mәhsul nədir?




  1. Fәrqlәndirici xüsusiyyәtlәrә (keyfiyyәtә, dizayna, marka adına vә s) malik olan mәhsul hansıdır?




  1. Satışsonrası servis xidmәti ilә müşayәt olunan mәhsul hansıdır?




  1. Görünə bilmə qabiliyyətinə (maddiliyinə) görə məhsullar hansı qrupa bölünür?




  1. Əşya forması alan, görünə bilən, fiziki, kimyəvi xüsusiyyətləri və texniki-istismar xarakteristikası olan bütün məhsullar hansı məhsullardır?




  1. Istehlakçılara hər hansı bir problemi həll etməyə, yaxud fayda almağa imkan verən və mülkiyyət hüququ olmayan, maddi, əşya forması almayan və fiziki xüsusiyyətləri olmayan məhsullar hansı məhsullardır?




  1. İstehlakçıların tipologiyasına görə məhsullar hansı qrupa bölünür?




  1. Hansı məhsullar son istehlakçılar (əhali) tərəfindən fərdi və ya kollektiv istifadə, istehlak üçün alınır?




  1. Işgüzar istehlakçılar tərəfindən öz fəaliyyətlərini həyata keçirmək və emal edilərək yeni, fərqli xüsusiyyətlərə malik məhsullar istehsal etmək aldıqları məhsullar hansıdır?




  1. Xammal və materiallar, avadanlıqlar, yarımfabrikatlar və dəstləşdirici məmulatlar hansı məhsullara aiddir? .




  1. Müәssisә tәrәfindәn bazara tәklif olunan bütün mәhsulların mәcmusu necə adlanır?




  1. Eyni bir mәhsul kateqoriyasına daxil olan vә fәrqlәndirici istehlak xüsusiyyәtlәrinә (ölçüyә, modelә, rәngә vә s )malik mәhsulların mәcmusu necə adlanır?




  1. Eyni tәlәbatları ödәmәk üçün nәzәrdә tutulan qohum, oxşar mәhsulların mәcmusu necə adlanır?




  1. Yeni məhsulun yaradılması prosesində ilkin mərhələ hansıdır?




  1. Mәhsulun hәyat dövranı mərhələlərinin ardıcıllığını müəyyən edin.




  1. Mәhsulun hәyat dövranı dedikdə nə başa düşülür?




  1. Məhsulun həyat dövranının hansı mərhələsi onun sınaq satışı dövrünü əhatə edir?




  1. Məhsulun həyat dövrünün üçüncü mərhələsini əks etdirən variantı seçin:




  1. Mәhsulun satışının vә mәnfәәtin hәcminin artımında stabilliyin yaranması mәhsulun hәyat dövranının bu mәrhәlәsi üçün xarakterikdir:




  1. Mәhsulun satışının vә mәnfәәtin hәcminin azalması mәhsulun hәyat dövranının bu mәrhәlәsi üçün xarakterikdir:




  1. Mәhsulun satışının hәcminin artım tempinin az vә әksinә, onun bazara irәlilәdilmәsi xәrclәrinin isә yüksәk olması mәhsulun hәyat dövranının bu mәrhәlәsi üçün xarakterikdir:




  1. Əmtəə nişanı nədir?




  1. Marka nişanı nədir?




  1. Marka adını düzgün xarakterizə edən variant hansıdır?




  1. Ticarәt markası nədir?




  1. .................................qeydə alınmış əmtəə nişanına və ya coğrafi göstəriciyə dair Azərbaycan Respublikası ərazisində qüvvədə olan qeydiyyat şəhadətnaməsi verir. Cümlәni tamamlayın.




  1. Bilavasitə məh­su­lun yer­ləş­dirildiyi, məhsulun onsuz bazara çıхarılması mümkün olmayan qablar­ necə adlanır?




  1. Məhsulların saхlanması və məhsul forması alması funksiyasını yerinə yetirən qablar necə adlanır?




  1. Adi qablarda olan bir məhsulun və ya bir neçə məhsulun qablaşdırıldığı qablar necə adlanır?




  1. Yük konteynerləri, altlıqları, paketləri və s. hansı qablara aiddir?




  1. Ətriyatlar, içkilər və s. üçün şüşə qablar, flakonlar, konfetlər üçün ka­ğız örtüklər hansı qablara aiddir?




  1. Ilk qablar, daхili qablar hansı qablara deyilir?




  1. Ikinci qablar, хarici qablar hansı qablara deyilir?




  1. Yük vahidi formalaşdırmaq, yüklərin nəql edilməsini, anbardaхili əməliy­yatları və aralıq məntəqələrdə yüklərin yüklənib-boşaldılmasını asanlaşdırmaq, me­хa­nikləşdirmək və avtomatlaşdırmaq üçün istifadə edilən qablar qablar necə adlanır?




  1. Məhsullara ştrixli kodların verilməsində məqsəd nədir?




  1. Servis xidmətlərini düzgün ifadə edən varıantı göstərin.




  1. Əsasən ödənişsiz olub,təyinatı alıcılara seçim etməkdə olan çətinliklərini minimuma endirmək olan servis hansı servisdir?




  1. Məsləhətlərin ,konsultasiyaların verilməsi,heyətin öyrədilməsi,texnikanın nümayişi, məhsulun işlək vəziyyətə gətirilməsi və s. hansı servisə aid edilir?




  1. Zəmanətli və zəmanətsiz servis hansı servis xidmətinin tərkibini təşkil edir?




  1. İstehlakçıların tələbatlarına max. uyğunluq; servisin elastikliyi; servisin marketoloqla arasıkəsilməz əlaqəsi servis xidmətinin nəyini təşkil edir?




  1. Servis xidmətinin funksiyalarını müəyyən edin:




  1. Potensial alıcılara konsultasiyaların verilməsi; texnikanın təhlükəsiz istismarı ilə bağlı alıcıların heyət tərəfindən məlumatlandırılması; zəruri texniki sənədləşmələrin təqdim olunması servis xidmətinin nəyini təşkil edir?




  1. Məmulatın satışqabağı hazırlanması; məmulatın istismar yerinə gətirilməsi; məmulatın işçi vəziyyətə gətirilib alıcıya nümayiş etdirilməsi servis xidmətinin nəyini təşkil edir?




  1. Məhsulun qiyməti dedikdə nə başa düşülür?




  1. Sabit qiymət xərcləri hansı xərclərdir ?




  1. Bilavasitə məhsulun istehsalına və satışına sərf edilən və onun dəyişməsinə mütənasib olaraq dəyişən хərclər necə adlanır?




  1. İstehsalın səviyyəsindən, yəni çox və ya az istehsal etməkdən asılı olaraq yaranan xərclər hansı xərclərdir?




  1. Birbaşa və qaimə хərclərinin cəmi necə adlanır?




  1. Məhsulun maya dəyəri necə formalaşır?


  1. Məhsulun qiymətinin azalması səbəb olur:




  1. Məhsulun qiymətinin azalması səbəb olur:




  1. Bu bənddə göstərilənlərin hamısı qiymətin funksiyasına aiddir:




  1. Məhsulun istehlak qiyməti nədir?




  1. Məhsulun satış qiyməti nədir?




  1. Qiymətlərin mövcud sə­viyyəsində tələblə təklif arasındakı nisbət necə başa düşülür?




  1. Marketinqdə kommunikasiya sistemi nədir?




  1. Marketinqin kommunikasiya sisteminin məqsədi nədən ibarətdir?




  1. Marketinq kommunikasiya sisteminın kommunikasiya vasitələrinə aid deyil :




  1. Aşağıdakılardan hansı marketinq kommunikasiyası vasitələrinə daxil deyil?




  1. Reklam hansı sistemin әsas elementi hesab olunur?




  1. Reklamın mahiyyәtini hansı cavab doğru ifadә edir?




  1. Televiziyada reklam yayımının üstünlüyü bununla izah edilir:




  1. Reklamın yayım vasitәlәrindәn hansı daha geniş auditoriyanı әhatә edir:


  1. İctimaiyyәtlә әlaqәnin mahiyyәti hansı cavabda doğru ifadә edilir?




  1. Aşağıdakı vәzifәlәrdәn hansı ictimaiyәtlә әlaqәyә aid deyildir?




  1. Satışın hәvәslәndirilmәsinin әsas növlәrinә aid deyildir:




  1. Satışın hәvәslәndirilmәsinin әsas növlәrinә aid deyildir:




  1. Məhsul və ya xidmətin satışını və ya alışını həvəsləndirən qısa müddətli həvəsləndirici vasitələri qeyd olunan variantı seçin:




  1. Məhsulların bölüşdürülməsi və satışının məqsədini müəyyən edin.




  1. Birbaşa marketinq kanalı neçә pillәli (sәviyyәli)bölgü kanalına aiddir:




  1. Mәhsulun müәssisәnin xüsusi (firma) mağazası vasitәsi ilә satışı neçә pillәli (sәviyәli) 

satış kanalına aiddir:



  1. Məhsulların satışının mahiyyәti hansı cavabda doğru ifadә edilir?




  1. Məhsulların bölüşdürülməsinin mahiyyәti hansı cavabda doğru ifadә edilir?




  1. Məhsulun fiziki bölüşdürülməsinin mahiyyәti hansı cavabda doğru ifadә edilir?




  1. İstehsalçılar vasitəçilərdən nə üçün istifadə edirlər?




  1. Pərakəndə ticarətin mahiyyәti hansı cavabda doğru ifadә edilir?




  1. Topdansatış ticarətin mahiyyәti hansı cavabda doğru ifadә edilir?




  1. Birbaşa satış kanalında iştirak etmir:




  1. Beynәlxalq marketinq nәdir?




  1. Beynәlxalq marketinq konsepsiyaları hansılardır?




  1. Duyulmazlıq, mənbədən ayrılmazlıq və keyfıyyətin qeyri- stabilliyi aşağıdakılardan hansı üçün xarakterikdir?




  1. Qeyri-kommersiya marketinqi dedikdə nə başa düşülür?




  1. Aşağıda göstərilən marketinq formalarının hansı qeyri- kommersiya marketinqinə aiddir?




  1. Klassik marketinq prinsiplərinə əsaslanan rəqabət mühitində fəaliyyət göstərən qeyri-kommersiya subyektlərinin fəaliyyətini xarakterizə edən marketinq hansıdır?




  1. Е­markеtinq nәdir?




  1. Internetdә birbaşa marketinqin әsas alәti nәdir?

********************************************************************************



  1. Marketinqin mahiyyəti, məqsədi ,vəzifəsi və əsas anlayışları

  2. Marketinqin funksiyaları və prinsipləri

  3. Marketinq konsepsiyasının təkamülü

  4. Marketinqin mikromühiti

  5. Marketinqin makromühiti

  6. Marketinq tədqiqatları və onların istiqamətləri

  7. Marketinq tədqiqatlarının aparılmasının subyektləri

  8. Marketinq tədqiqatlarının aparılması prosesi və onun mərhələləri

  9. Marketinq informasiyası,onun xüsusiyyətləri və təsnifatı

  10. Bazarların seqmentləşdirilməsi prosesi və onun məqsədi

  11. İstehlakçı davranışları və onun əhəmiyyəti

  12. İstehlakçı davranışının tipologiyası

  13. Marketinqdə məhsul anlayışı və məhsulun üç səviyyəsi

  14. Marketinqdə məhsulların təsnifatı

  15. Yeni məhsulların yaradılması prosesi

  16. Məhsulun həyat dövranı mərhələləri

  17. Əmtəə nişanı və ticarət markası

  18. Marketinqin məhsul siyasətində qablaşdırma, ştrixli kodlaşdırma və servis xidmətinin rolu

  19. Marketinq kompleksində qiymətin mahiyyəti və funksiyaları

  20. Marketinqdə qiymət və ona təsir edən amillər.

  21. Marketinqdə qiymətin növləri

  22. Marketinqdə qymətqoymanın metodları

  23. Marketinqdə kommunikasiya sisteminin mahiyyəti və onun kommunikasiya vasitələri

  24. Marketinqdə kommunikasiya prosesi və onun əsas elementləri

  25. Marketinqdə reklamın mahiyyəti, formaları

  26. Reklam prosesinin iştirakçıları və reklam yayımı vasitələri

  27. Marketinq kommunikasiya sistemində ictimaiyyətlə əlaqələrin məqsədi və fərqləndirici хüsusiy­yət­ləri

  28. Marketinq kommunikasiya sistemində satışın həvəsləndirilməsinin mahiyyəti və məqsədləri

  29. Satışın həvəsləndirilməsinin növləri

  30. Marketinq kommunikasiya sistemində birbaşa marketinq

  31. Marketinq kommunikasiya sistemində şəxsi satış

  32. Marketinq kommunikasiya sistemində sərgilərin və yarmarkaların rolu

  33. Məhsulların paylaşdırılması və satışının mahiyyəti və funksiyaları

  34. Birbaşa paylaşdırma və satış kanallarının iştirakçıları

  35. Dolayı paylaşdırma və satış kanallarının iştirakçıları

  36. Pərakəndə ticarət və onun iqtisadi mahiyyəti

  37. Topdansatış ticarəti və onun iqtisadi mahiyyəti

  38. Marketinqin planlaşdırılması, onun forma və metodları

  39. Marketinq fəaliyyətində nəzarətin zəruriliyi və marketinq nəzarətinin formaları

  40. Marketinq nəzarəti prosesi və onun mərhələləri

  41. Marketinqin idarə edilməsinin mahiyyəti və tipik təşkilati quruluşları

  42. Beynəlxalq marketinqin mahiyyəti və konsepsiyaları

  43. Xidmət marketinqinin mahiyyəti və xüsusiyyətləri

  44. Xidmət marketinqi kompleksinin elementləri

  45. Qeyri-kommersiya marketinqinin mahiyyəti və növləri

  46. Qeyri-kommersiya marketinqinin məqsədi və prinsipləri

  47. Qeyri-kommersiya marketinqi ilə məşğul olan təşkilatlar

  48. Rəqəmsal marketinqin əhəmiyyəti və formaları

  49. İnternet –marketinq

  50. Sosial media marketinqi

Tərtib etdi fənn müəllimi: Allahverdiyeva L
Yüklə 79,15 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin