Siyasi fikrin inkişafının əsas mərhələləri və siyasət anlayışı
Sosial-tarixi planda siyasi təlimlərin meydana çıxması dövlətin yaranması prosesi ilə bağlı olmuşdur. Bu prosesi anlamaq üçün bəşəriyyətin inkişafının həmin dövrünün sosial-iqtisadi şəraitini və orada gedən mübarizəni öyrənmək vacibdir.
Nəzəri cəhətdən siyasi təlimlərin təşəkkül tapması insan idrakının erkən dini-mifoloji formatlardan rasional- məntiqi formaya keçməsi gedişində baş vermişdir. Belə ki, erkən dövrlərdə insanların siyasi baxışları bütövlükdə nisbi müstəqil biliksahəsinə çevrilməmişdi və mifoloji dünyagörüşünün tərkib hissəsi kimi çıxış edirdi. Mifik təsəvvürlər yer üzündə mövcud olan bütün qaydaların ilahi mənşəyə malik olduğunu iddia edirdilər. Ęübhəsiz, qədim xalqların hər birində bu fikir bu və ya başqa şəkildə təqdim olunur və müxtəlif formalarda şərh olunurdu. Mifik təsəvvürlərə görə, yerdəki qayda-qanun dünya qaydasının, kosmik qaydanın tərkib hissədir, buna görə də ayrı-ayrı şəxslər tərəfindən bu qaydaların pozulması səma və yer harmoniyasının pozulmasına və beləliklə də, fəlakətə gətirib çıxara bilər. Qədim cəmiyyətlərdə insan fəaliyyətinin həddindən artıq kəskin çərçivəyə salınması, çoxsaylı dini-etik qadağaların (tabuların) mövcud olması, onları pozmaq üstündə ciddi cəza verilməsi məhz bununla izah olunur.
E.ə. 1-ci minillikdə siyasi təsəvvürlərin rasional xarakter alması mifoloji ideologiyaya tədricən son qoydu. Həmin dövrdə sosial ziddiyyətlərin kəskinləşməsi bu prosesdə mühüm rol oynadı.
Lakin buna baxmayaraq, uzun əsrlər boyu mifoloji təsəvvürlər siyasi təlimlərə və insanların siyasi baxışlarına öz təsirini göstərməkdə davam etmişdir. Bu, özünü qədim Hindistanda mövcud olmuş Vedlərdə və Upanişadlarda (e.ə.9– 6-cı əsrlər), Manu qanun- larında (e. ə. 1-ci minillikdə Çində yaşamış Konfusinin (e. ə. 551– 479) təlimində və s. göstərir.
Konfusinin yaratdığı patriarxal-paternalist konsepsiyaya görə, dövlət böyük bir ailəni xatırladır, onun idarə olunması isə aristokratik prinsiplərə əsaslanır. Qədim Çində siyasi fikir sonradan Laoszı, Moszı və b. tərəfindən inkişaf etdirilmişdir.
Siyasi fikir qədim Misirdə, Babilistanda, qədim Yəhudilərdə də inkişaf etmiş, müxtəlif xarakterli tarixi mənbələrdə dövlət və hakimiyyət məsələləri öz əksini tapmışdır.
Bəşəriyyətin siyasi fikir tarixində Qədim Yunanıstan və Roma mütəfəkkirlərinin böyük rolu olmuşdur. İnsanların azadlara və qullara bölündüyü bir şəraitdə yaranan antik (yunan və Roma) siyasi fikir azad insanların ideologiyası kimi formalaşmış və inkişaf etmişdir. Buna əsasən o zaman siyasət azadların, əmək isə qulların işi elan olunurdu.
Qədim Yunanıstanda siyasi fikrin inkişafı əsas etibarilə üç böyük dövrə bölünür. Erkən dövr (e.ə.9-6-cı əsrlər) yunan dövlətçiliyinin təşəkkül tapması dövrüdür. İkinci dövr - siyasi fikrin çiçəkləndiyi dövrdür. O, e.ə. 5 - 4-cü əsrin 1-ci yarısını əhatə edir. Üçüncü dövr (e.ə. 4-cü əsrin 2-ci yarısı - 2-ci əsr) ellinizm dövrü adlanır. Bu, yunan dövlət quruluşunun tədricən dağıldığı dövrdür.
E. ə. 2-ci minilliyin sonu - 1-ci minilliyin əvvəllərində siyasi təsəvvürlər Homerin "İlliada"- və "Odisseya" əsərlərində öz əksini tapmışdır. Bu əsərlərdə göstərilir ki, ədalət adətin, adi hüququn əsası və prinsipidir.
E. ə. 7-ci əsrdə yaşamış Kesiodun anlamında allahlar müxtəlifmənəvi-hüquqi prinsiplərin və qüvvələrin təcəssümü kimi çıxış edirlər.
"Yeddi böyük müdrik" - Fales, Pittak, Periandr, Biant, Solon, Kleobul və Hilon - polisin (şəhər-dövlət) həyatında ədalətli qanunların əhəmiyyətini yüksək qiymətləndirirdilər. Onların fikrincə, ən yaxşı dövlət odur ki, orada vətəndaşlar qanundan, müstəbiddən qorxan kimi, qorxsunlar. Spartalı Hilon deyirdi: "Qanuna tabe ol!"
Afina islahatçısı Solon e. ə. 594-cü ildə yeni qanunlar verir və senzli demokratiya elan edir. Onun fikrincə, dövlət qayda-qanuna möhtacdır, qayda və qanun onun üçün ən böyük sərvətdir. Qanun isə, öz növbəsində, hüquq və gücün (polisin rəsmi qüvvəsinin) birləşməsidir.
Pifaqor (e. ə. 580-500) və pifaqorçular (Arxit, Lizis, Filolay və b.) demokratiyanı tənqid edərək, "yaxşıların" - əqli və əxlaqi elitanın aristokratik idarəetmə idealını əsaslandırırdılar. Onların fikrincə, ədalət bərabərlikdir. Ədalətli qanunları olan dövlət onların idealı olmuşdur.
Heraklit (e. ə. 530-470) belə hesab edirdi ki, təfəkkür hamıya xas olsa da, bütün adamlar ümumi lotosu (hamını idarə edən zəkanı)başa düşmürlər. Buradan çıxış edərək, o, müdrikləri və ağılsızları, yaxşıları və pisləri ayırırdı. Sosial-siyasi bərabərsizliyə haqq qazandıran filosof demokratiyanı tənqid edidi.