Siyasi fikrin inkişafının əsas mərhələləri və siyasət anlayışı


İntibah və maarifçilik dövrlərinin siyasi ideyaları



Yüklə 130,8 Kb.
səhifə4/17
tarix16.10.2022
ölçüsü130,8 Kb.
#65261
1   2   3   4   5   6   7   8   9   ...   17
Mühazirə 2

İntibah və maarifçilik dövrlərinin siyasi ideyaları


Orta əsrlərdə, xüsusilə də onun ilk dövrlərində Avropada siyasi fikir yüksək nailiyyətləri ilə fəxr edə bilmirdi. Çünki Avropa və Aralıq dənizi sahili ölkələri üçün orta əsrlərin başlanğıcı antik yunan-Roma quldarlıq sivilizasiyasının dağılması ilə əlamətdar idi. Siyasi fikirdə antik dövrün ənənələrinin inkar edilməsi, xristianlıq prinsiplərinin elliklə təşəkkül tapması aparıcı meylə çevrilmişdi. Onun başlanğıc
nöqtəsi antik dövrlə müqayisədə çox da yüksək deyildi. Avropa siyasi elmdə ətalətə yalnız intibah dövründə son qoya bildi.
Ęərq isə orta əsrlərə misilsiz dərəcədə yüksək mədəni səviyyədə qədəm qoydu, lakin uzun tarixi məsafə onun yaradıcı qüvvələrini zəiflətmişdi. Mahiyyət etibarilə, orada başlanan proseslərin əsası hələ e.ə.1-ci minilliyin sonlarında qoyulmuşdu. Qüdrətli qədim imperiyalar və sivilizasiyalar öz həyat enerjisini itirmişdi. Onların çiçəklənmə dövrü artıq geridə qalmışdı. Onlar yalnız keçmiş ehtiyatlar hesabına yaşayırdılar.
Deyilənlər siyasi fikrə də aid idi. O öz əvvəlki yüksək səviyyəsini saxlamış, lakin dinamikliyini və yaradıcı xarakterini itirmişdi. Burada hər şey qədim mənbələrin ifadə olunması və şərhinin ustalığına müncər edilirdi.
İslam siyasi və hüquqi fikri bu baxımdan istisna təşkil edir. Onun yaranması ərəblərin qəbilədən dövlət quruluşuna keçməsi ilə eyni vaxta düşmüşdü. İslam ideologiyası zəminində yaranan yeni siyasi sistem və dünyagörüşü sistemi bəşəri sivilizasiyanın tərəqqisini sürətləndirməklə yanaşı elmi biliklərin geniş inkişafına da güclü təkan verirdi. Bu dövrün islam mədəniyyəti siyasi fikrin inkişafında xüsusi əhəmiyyətli rol oynamış maraqlı ideyalar və baxışlar müəllifi olan İbn-Xaldunu (1332-1406) yetişdirmişdir. Müasir sosioloqların və politoloqların əksəriyyəti onu çağdaş sosioloji fikrin və siyasi sosiologiyanın müjdəçisi hesab edirlər.
"Müqəddimə" və "Nəsihətlər kitabı" əsərlərinin müəllifi İbn - Xaldun ümumi tarixi-sosioloji təhlil fonunda dövlətə fəlsəfi və hüquqi yanaşma üsullarını birləşdirir. O, dövlətin təşəkkülü, inkişafı və süqutunun "təbii qanunlarını" üzə çıxartmaq vəzifəsini qarşıya qoyur və dövlətin "sivilizasiyanın göstəricisi, forması, meyarı və təzahürü" hesab edirdi. Onun nəzəriyyəsinin daha bir xüsusiyyəti ondan ibarət idi ki, o, ideal deyil, o dövrdə real mövcud olan, hökmdarların müsəlman hüququ prinsiplərindən uzaqlaşdıqları bir dövrdə müsəlman dövlətini öyrənir və idarəçilik formalarının orijinal təsnifatını işləyib hazırlayır. Onun fikrincə, hər bir cəmiyyət insanın təbiəti ucbatından "təmkinli başlanğıca" ehtiyac duyur. Bu başlanğıc
insanların təbii yolla işğalçılığa və bir-birini qarşılıqlı surətdə didişdirmələrinə son qoymalıdır. Bu cür məcburetmə, ona görə, dövləti tayfadan fərqləndirir, onu xalqın nail olduğu sivilizasiya səviyyəsinin göstəricisi edir. Daxildə bu hakimiyyət öz təbəələrini məcburetmə yolu ilə birləşdirir, xariçdə isə başqa hakimiyyətin təsiri altına düşməkdən özünü qoruyur. Bəzi müəlliflər bu yanaşma üsulunu müasir suverenlik konsepsiyasının çox-çox əsrlər əvvəlki cücərtisi hesab edirlər.
Sosial əlaqələrin subyekti kimi insanın təbiətini təhlil edərək İbn-Xaldun göstərirdi ki, hakimiyyət ehtirası onun ən mühüm keyfiyyətidir. İnsanı bütün digər canlılardan fərqləndirən də məhz elə bu keyfiyyətdir. Siyasi həyatın meydana gəlməsini ictimai əlaqələrlə bağlı hesab edən mütəfəkkir göstərirdi ki, bu əlaqələrdə qəbilənin yaşadığı şərait öz əksini tapır. İctimai əlaqələr yalnız köçəri tayfalar arasında ideal formada təzahür edir, bu isə siyasi həyatın meydana gəlməsi üçün ilkin şərtdir.
İbn-Xaldun ictimai əlaqələrdən çıxış edərək siyasi hakimiyyətin və siyasi həyatın formalarını təhlil edir. Onun fikrincə, səhra köçərilərinin ənənəvi başçısının hakimiyyət mənbəyi əxlaqa uyğundur, çünki ictimai əlaqələrdən doğur. Lakin tədricən güc hesabına başçının hakimiyyəti əxlaqi əsasından uzaqlaşa bilər.
İctimai əlaqələr tayfadaxili mühitlə məhdudlaşmır. Bu əlaqələr yaxınlaşma və münaqişələr formasında ayrı-ayrı tayfalar arasında da baş verir. Nəticədə ya tarazlıq yaranır, ya da tayfaların birləşməsi nəticəsində dövlət genişlənir.
İbn-Xaldun belə hesab edirdi ki, dövlət hakimiyyəti hökmdarla başa çatmır, təbəələrin iştirakını da nəzərdə tutur. Ona görə də dövlətdəki bütün dəyişikliklər təkcə onun başçısının deyil, bütövlükdə cəmiyyətin dəyişilməsi ilə əlaqədardır. Dövlət müəyyən zaman müddətində mövcud olur. Bu müddət üç nəslin yaşı ilə ölçülür; həmin müddət ərzində o, beş mərhələdən keçir: əvvəlki məcburetmə hakimiyyətinin əvəzində yenisinin yaranması; hökmdar onun hakimiyyət başına gəlməsinə kömək etmiş cığırdaşlarına divan tutduqdan sonra ali hakimiyyət bir əldə toplanır; dövlətin
çiçəklənməsi, orada qaydanın, sakitliyin və inamın hökm sürməsi; müxalifəti əzmək üçün idarəetmənin güc və despotik metodlarına keçid; dövlətin tənəzzülü və məhvi. Rəhbər qrupların bir-birini əvəz etməsi haqqında ideyanı ifadə edən bu fikri ilə İbn-Xaldun əslində elita nəzəriyyəsini yaratmış Paretonu 500 il qabaqlamışdır.
İbn-Xaldun dövlət formalarının təsnifatını işləyib hazırlayarkən dövlət başçısının hüquqi vəziyyətini deyil, dövlət hakimiyyətinin funksional cəhətini əsas kimi götürür və bu cəhət onun üçün sosioloji təhlil obyekti kimi çıxış edir. Onun fikrincə, hər bir idarəetmə formasının əsasında müəyyən hüquq tipi durur və o, həmin formanın mahiyyətini təşkil edir. Başqa sözlə desək, idarəetmə formalarının əsasında dövlət fəaliyyətinin xarakteri, onun funksional cəhəti, siyasi rejimin tipi durur. Buradan çıxış edərək, o, monarxiyanın və xilafətin komparativ (müqayisəli) tərifini təklif edir.
İbn-Xaldunun siyasi təlimində idarəetmənin üç forması: "təbii monarxiya", "siyasi monarxiya" və xilafət bir-birindən fərqləndirilir. Onun fikrincə, "təbii monarxiya" şəxsi hakimiyyətin despotik rejimi, "siyasi monarxiya" rasional, "ağıllı" meyarlara, təbəələrin dünyəvi mənafelərinin müdafiəsinə əsaslanan dövlət formasıdır. Xilafətin onlardan fərqi və üstünlüyü ondadır ki, burada siyasət dəyərlərə arxalanır. Buradan çıxış edərək, o, xilafətə üstünlük verir. Cəmiyyətin inkişafında iki fəzanı: kənd həyatını və şəhər həyatını ayırır.
İbn-Xaldunun sonrakı ictimai fikrə güclü təsir etmiş ideyalarından biri sosial qruplar arasında münaqişə nəzəriyyəsidir. Bu nəzəriyyəyə görə, münaqişə inkişafın hərəkətverici qüvvəsidir.
Avropada elmdə, ideologiyada, o cümlədən siyasi fikirdə ətalət- dən tərəqqiyə doğru sıçrayışda Foma Akvinski (1225- 1274) böyük rol oynamışdır. O öz əsərlərində Aristotelin baxışlarını katolik kilsəsinin ehkamları ilə uyğunlaşdırmağa səy göstərmişdir. Aristotelin "insan ictimai və siyasi canlıdır" kəlamına arxalanaraq, o belə hesab edir ki, insan ayrılıqda öz tələbatını ödəyə bilmədiyi üçün, dövlət halında birləşmək və yaşamaq səyləri adamların təbiətindən irəli gəlir. Daha sonra, o, belə hesab edir ki, siyasi birlik olan dövlət quruluşunun təsis edilməsi prosesi allah tərəfindən dünyanın
yaradılması prosesinin eynidir; dövlətin məqsədi isə "ümumi rifah" olmalıdır. Onun inamına görə, bu məqsədin həyata keçirilməsi feodal- silki iyerarxiyanın saxlanmasını nəzərdə tutur.
Müasir siyasi elmin və müqayisəli politoloji təhlil metodunun əsasını qoyanlardan biri olan böyük italyan mütəfəkkiri Nikkolo Makiavellinin (1469-1577) siyasi baxışları İntibah dövrünün ümu- mi mədəni yüksəlişi fonunda formalaşmışdır. Onun siyasi təlimi "Hökmdar", "Tit Livinin birinci ongünlüyü haqqında mühakimələr". "Florensiya tarixi" adlı əsərlərində işlənib hazırlanmışdır.
Orta əsr ilahi konsepsiyasını obyektiv tarixi zərurətlə əvəz edərək, Makiavelli siyasət haqqında teoloji baxışlara son qoydu.
Siyasəti təcrübi elm hesab edən Makiavelli göstərir ki, həqiqətin meyarı təcrübədir. Siyasi davranışın əsasında xiristian əxlaqı deyil, xeyir və güc durur. O yazırdı: "Güclü ordu kimin tərəfindədirsə, tale də həmişə onunladır". Siyasi elmin vəzifəsi, onun fikrincə, illüziyalardan deyil, faktlardan çıxış etməkdir. O, dövləti cəmiyyətin siyasi vəziyyəti hesab edirdi. Dövlətin hərəkət və inkişafının, onun formalarının dəyişməsinin mənbəyi xalqın və aristokratiyanın mübarizəsidir.
Makiavellinin bütün fundamental müddəaları "situasiya" anlayışına əsaslanır. Dəyişkən, dinamik "situasiya" anlayışı bütün siyasi hadisələrə verilən qiymətin nisbiliyinə dəlalət edir. Zamandan və məkandan kənar ideal dövlət yoxdur, yalnız situasiyaya uyğun quruluş vardır. Eynilə də tamamilə pis, yaxud tamamilə yaxşı idarəetmə metodları yoxdur, yalnız situasiyaya uyğun olan metodlar vardır.
Makiavelli insanların siyasi fəaliyyətinin onların eqoist maddi mülahizələrinə və qorxu hissinə əsaslandığını göstərir, hökmdara öz məqsədlərinə çatmaq üçün onların bu hisslərindən istifadə etməyi məsləhət görürdü.
N.Makiavellidən sonra müasir siyasi elmin formalaşdırıl- masında ingilis mütəfəkkiri Tomas Hobbsun (1588-1679) mühüm xidməti olmuşdur. "Vətəndaş haqqında təlimin fəlsəfi başlanğıcı", "Leviafan, yaxud kilsə və vətəndaş dövlətinin materiyası, forması və
hakimiyyəti" adlı əsərlərin müəllifi olan Hobbssun siyasi təliminin əsasında fərdin təbiəti haqqında müəyyən təsəvvürlər durur. Onun fikrincə, ilk əvvəllər bütün insanlar fiziki və əqli qabiliyyətlər baxımından bərabər yaranmışlar və buna görə də "hər şeyə malik olmaq hüququna" sahib olmuşlar. Lakin insan eqoist, xəsis, qorxaq və özunüsevəndir. Onu paxıllar, rəqiblər və düşmənlər əhatə edir. Buradan da onun məşhur kəlamı yaranmışdır: "İnsan insana canavardır". Bunu əsas tutaraq, o belə hesab edirdi ki, cəmiyyətdə "hamının hamıya qarşı müharibəsi" labüddür. Belə bir müharibə şəraitində "hər şeyə malik olmaq hüququ" faktik cəhətdən heç nəyə sahib olmamaq huququ deməkdir. Bu cür vəziyyəti Hobbs "insan nəslinin təbii halı" hesab edirdi. Belə bir vəziyyətdə özünümühafizə instinkti təbii vəziyyətin dərk edilməsi prosesinə ilk impuls verir, təbii zəka isə hansı şəraitdə həmin prosesin həyata keçirilməsinin mümkün olduğunu başa salır. Bu şərait təbii qanunların mahiyyətini təşkil edir. Əvvələn, təbii qanun elan edir ki, sülhə can atmaq və ona əməl etmək lazımdır. Bütün qalan şeylər bu məqsədə çatmaq üçün istifadə olunmalıdır. Bunlardan ən başlıcası sülh və özünümühafizə xətrinə hamının öz hüquqlarından əl çəkməsidir. O, bunu ikinci təbii qanun adlandırırdı. Daha sonra o, belə hesab edirdi ki, bu cür əlçəkmə həmin hüquqların bir hissəsinin müqavilə yolu ilə bir şəxsə, yaxud bir qrup şəxsə verilməsi formasında həyata keçirilir. Buradan da üçünçü təbii qanun irəli gəlir: insanlar imzaladıqları sazişlərə əməl etməlidirlər, əks halda onların heç bir əhəmiyyəti olmaz. Onun fikrincə, üçüncü təbii qanunda ədalətin mənbəyi və başlanğıçı öz əksini tapır.
Hobbsun əqidəsincə, təbii qanunların rolu nə qədər təsirli olsa da, onların istifadə edilməsi öz-özlüyündə hələ məcburi deyildir. Onlar yalnız güc vasitəsilə davranış imperativinə (qəti tələbə) çevrilə bilər.
Buradan çıxış edərək, o, mütləq dövlət hakimiyyətini sülhə və təbii qanunların reallaşmasına təminat kimi qiymətləndirirdi. Belə ki, dövlət hakimiyyəti mülki qanunlar qəbul etməklə fərdləri məcbur edir ki, həmin təbii qanunlara və sülhə əməl etsinlər. Bu mənada, təbii qanunlar zəkaya, mülki qanunlar isə gücə arxalanır. Qanunvericinin




mülki vəziyyətə keçən fərdlər seçilmiş idarə

formasını dəyişdirmək, ali hakimiyyətdən çıxmaq imkanlarını

itirirlər. Onlar suverenin qərarlarına etiraz edə bilməzlər. O heç bir

müqavilə ilə öz xalqı ilə bağlı deyildir və ona görə də onun qarşısında

məsuliyyət daşımır. Hobbs könüllü saziş nəticəsində yaranan dövləti

siyasi dövlət adlandırır. Dövlətin üç əsas forması






uydurduğu hər şey mütləq qanun hesab edilə bilməz, çünki onlar əslində təbii qanunlardır və dövlətin nüfuzu, qüdrəti ilə möhkəmləndirilmişlər. Deməli, mülki qanunlar təbii qanunlardan asılıdır. Hobbs belə hesab edirdi ki, insanlar müharibə vəziyyətinə son qoymaq üçün dövləti yaradırlar. Dövlət hamının qüvvə və vasitələrini sülh və özünümüdafiə məqsədləri üçün istifadə edən şəxsdir. Bu funksiyanı daşıyan şəxs isə suverendir, ali hakimiyyət onundur, bütün qalan şəxslər onun təbəəsidir. Bir dəfə ictimai müqavilə imzalayan və

vardır: monarxiya, demokratiya, aristokratiya. Hobbs monarxiyanın, siyasi mütləqiy- yətin nəzəriyyəçisi kimi çıxış edir və yazırdı ki, dövlət kralın şəxsində təcəssüm tapır (Sonradan Spinoza öz "Siyasi traktat"ında bu fikri davam etdirərək, yazırdı: "Çar dövlətin özüdür". Fransa kralı XIV Lüdovik isə daha da irəli gedərək deyirdi: "Dövlət mənəm").


C.Lokk (1632-1704) "Dövlət idarəçiliyi haqqında iki traktat" əsərində yazırdı ki, dövlət yaranana qədər olan dövrdə insanlar təbii halda olmuşlar. Təbii huquqları, bərabərliyi və azadlığı təmin etmək, şəxsiyyəti və mülkiyyəti qorumaq üçün insanlar dövlət yaratmaq haqqında razılığa gəlirlər. "Sülh yolu ilə yaranan hər bir dövlətin əsasında xalqın razılığı dayanır", - deyə bu fikrini tamamlayırdı. Dövlət isə insanların özlərinin yaratdıqları qanun altında vahid tam kimi birləşmiş məcmusudur. Onlar hansı səlahiyyətləri dövlətə verdiklərini özləri müəyyən edirlər. Dövlətin vəzifəsi insanların mənafelərini təmin etmək, qorumaq və reallaşdırmaqdır.
Lokkun baxışları sonradan siyasi liberalizmin meydana gəlməsinə güclü təkan vermişdir. İnsanların dövlət halında birləşməsinin əsas səbəbini xüsusi mülkiyyətin qorunmasında görür. İnsanların dövlət halında birləşməsi onların inqilab etmək hüququnu əlindən almır. Bunu izah etmək üçün Lokk özündən əvvəlki bütün
mütəfəkkirlərdən fərqli olaraq dövlət və hakimiyyət anlayışlarını fərqləndirir. İnsanlar arasında iki müqavilə bağlanır: dövlətin yaranmasına səbəb olan ictimai müqavilə və hakimiyyətin yaranmasına səbəb olan hökumət müqaviləsi. İnqilab dövləti deyil, hakimiyyəti devirir. Hakimiyyət dövlət müqaviləsini pozduqda insanlar inqilab etmək hüququna malikdirlər.
Lokkun baxışlarında dövlətin əlamətləri haqqında maraqlı ideyalara təsadüf edilir. Onun fikrincə, cəmiyyət o vaxt siyasi cəmiyyət hesab oluna bilər ki, ərazi birliyinə, ümumi hüquqa, mübahisəli məsələləri həll etmək, cinayətkarları cəzalandırmaq üçün hakimiyyətə malik olsun.

Yüklə 130,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin