Siyasi fikrin inkişafının əsas mərhələləri və siyasət anlayışı


Azərbaycan xalqının siyasi fikir tarixindən



Yüklə 130,8 Kb.
səhifə9/17
tarix16.10.2022
ölçüsü130,8 Kb.
#65261
1   ...   5   6   7   8   9   10   11   12   ...   17
Mühazirə 2

4. Azərbaycan xalqının siyasi fikir tarixindən


Siyasət və siyasi münasibətlər haqqında fikirlər Azərbaycan ərazisində qədim zamanlarda meydana gəlmiş və çox böyük təkamül yolu keçmişdir. Dünyanın bir çox başqa xalqlarında olduğu kimi, burada da siyasi fikir erkən dövrlərdə mifoloji dünyagörüşünün tərkib hissəsi kimi çıxış etmiş, miflərdə və əsatirlərdə, nağıllarda və dastanlarda öz əksini tapmışdır.


Azərbaycan xalqının siyasi fikrinin sistemli şəkildə şərh olunduğu ilk böyük yazılı abidə "Avesta' dır. Bu abidə öz dövrünün (onun e. ə. 5-ci, bəzi mülahizələrə görə isə e. ə. 8-ci əsrlərdə yazıldığı
güman edilir) əxlaqi, sosial, siyasi, dini və s. biliklərinin ensiklopedi- yasıdır.
"Avesta" zərdüştlüyün müqəddəs kitablarının külliyyatıdır. Zərdüştlük dünyanı iki başlıca qüvvənin - xeyir şərin mübarizəsi kimi nəzərdən keçirir. Xeyir və şərin mübarizəsi, doğruluğun, ədalətin tərənnümü Zərdüşt etikasının əsasını təşkil etməklə, məzdə qanunları üçün başlanğıc kimi çıxış edir. Burada ən yüksək əxlaqi prinsip müqəddəs qanuna, ədalətli qaydaya tabe olmaqdır.
"Avesta”da dövlət insanların birgə ünsiyyət forması, bütün cəmiyyətin mühafizəsinin mühüm atributu hesab olunur, dövlət hakimiyyətinin möhkəmliyinin isə vətəndaşlarda mənəvi borcun tərbiyə edilməsi səviyyəsindən asılı olduğu göstərilir. Burada diqqəti cəlb edən daha bir cəhət ondan ibarətdir ki, Zərdüşt "cəmiyyət' və "dövlət" anlayışlarının eyni məna daşıdığını, dövlətin göylər səltənətinin yerdəki təcəssümü olduğunu bildirir. Tədqiqatçılar belə hesab edirlər ki, dövlət anlayışı burada hər hansı bir xarici nəzarətdən azad, daxili müstəqilliyə, suverenliyə malik, ayrıca götürülən bir ərazi və zərdüştlük dinin öz ardıcılları üzərində şəriksiz hökmranlıq imkanı kimi nəzərdən keçirilir.
"Avesta" güclü dövlət hakimiyyətini təbliğ edir. Burada göstərilir ki, dövlətə xeyirxah hökmdar başçılıq etməlidir. Dövlət başçısı eyni zamanda ali dini başçı, xalqın fikirlərini və arzularını istiqamətləndirən ideoloq olmalı, xalq arasında zərdüştlüyü yaymaqla məşğul olmalıdır.
Orta əsrlərdə Azərbaycan fəlsəfi fikrinin görkəmli nümayəndəsi olan filosof Bəhmənyarın əsərlərində cəmiyyətin inkişafı ilə bağlı bir çox məsələlər şərh olunmuşdur. Feodalların ideoloqu olan filosof hakim ictimai quruluşu təbii hesab edir, onu xeyirxah və gözəl quruluş kimi qiymətləndirirdi. O, istismarçı quruluşu tərifləyir və yoxsulluğa dözməyə çağırırdı. Bəhmənyar xüsusi mülkiyyəti müdafiə edir, əsl səadətə çatmaq yolunu təhsildə, mənəvi təkmilləşmədə görürdü.
N.Gəncəvi (1141-1209) feodal cəmiyyətinin əsas bəlasını, nöqsanların başlıca səbəbini ədalətsizliyə, zorakılığa və qarətə
əsaslanan dövlətin xarakterində görürdü. Onun siyasi idealı ilk əvvəllər maarifçi monarx, sonralar isə xalq hakimiyyəti idi. Özünün bütün yaradıcılığı boyu şair ideal siyasi quruluş axtarmış və nəticədə hakimlərin və məhkumların olmadığı, bütün adamların zülmdən və zorakılıqdan azad olduğu xalq hakimiyyəti obrazını yaratmışdır.
Nizaminin utopik fikirləri Azərbaycanda və bütün Ęərqdə mütərəqqi ictimai fikrin inkişafında mühüm rol oynamışdır.

Yüklə 130,8 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin