Siyasi fikrin inkişafının əsas mərhələləri və siyasət anlayışı



Yüklə 130,8 Kb.
səhifə17/17
tarix16.10.2022
ölçüsü130,8 Kb.
#65261
1   ...   9   10   11   12   13   14   15   16   17
Mühazirə 2

Siyasətin subyektləri


Cəmiyyətin siyasi həyatı müxtəlif, çox zaman bir-biri ilə əks mənafelərə malik çoxsaylı qruplardan və hadisələrdən ibarətdir. Bu rəngarənglikdən baş çıxarmaq, düzgün siyasi xətt işləyib hazırlamaq tələbatı siyasət subyektlərini bir-birindən fərqləndirməyi, onların təsnifatını verməyi tələb edir.


Siyasət subyekti o şəxs, təşkilat, yaxud ictimai qrupdur ki, o, siyasəti yaradır, yəni başqa sözlə desək, öz mənafeyinə uyğun olaraq siyasi həyatda sabit və nisbətən müstəqil iştirak edə bilir, siyasi münasibətlərdə bu və ya başqa dəyişikliyə nail olur. Onun bu qabiliyyəti "siyasi subyektlik" anlayışı ilə ifadə olunur. "Siyasi subyektlik" obyektiv fəaliyyət imkanları ilə subyektiv qabiliyyətlərdən asılıdır.
Siyasətdə mühüm rol oynaya biləcək fərdlər arasında müəyyən böyük ictimai qrupu təmsil edən, ondan yardım, hərəkət etmək, hakimiyyət, səlahiyyət hüququ alan şəxs həqiqətən təsir etmək imkanına malikdir. Deməli, siyasətçinin əhəmiyyəti və təsiri onun qrupun mənafeyinə xidmət etmək qabiliyyətindən (özü buna qadir olmaq şərti ilə) asılıdır.
Burada ümumi qanunauyğunluq ondan ibarətdir ki, siyasətdə bilavasitə iştirak edən fərdin və kollektivin subyektliyi böyük ictimai qrupların tələbat və mənafeyinin xarakterindən, onların şüur və ətalət səviyyəsindən asılıdır.
Siyasətin bilavasitə subyekti olan, bu və ya başqa formada rəhbər funksiyalar yerinə yetirən üç ictimai qrup göstərmək olar:

  1. İctimai hərəkatların və böyük ictimai qrupların formal təsisatlarının rəhbər mərkəzləri (məsələn, siyasi partiyalar).

  2. Siyasi elitalar.

  3. Partikulyar mənafe qrupları (lobbi).

Beləliklə, böyük ictimai qruplar siyasətin ilkin subyektləridir. Onun əlavə subyektləri də vardır ki, bunlar da öz növbəsində birbaşa və bilvasitə subyektlərə bölünür. Birbaşa subyektlərə kiçik qruplar və kollektivlər, habelə fərdlər, bilvasitə subyektlərə isə təbliğat təsisatları, məscid (kilsə) və s. aiddir.
Bundan əlavə, siyasətin beynəlxalq subyektləri də vardır. Onlar aşağıdakılardır:

  • milli dovlətlər;

  • "supermilli" təşkilatlar. Bura qlobal xarakter daşıyan milli dövlət assosiasiyaları daxildir (məs, Avropa İttifaqı, Müstəqil Dövlətlər Birliyi və s);

  • qeyri-hökumət təşkilatları (transmilli korporasiyalar da bura aiddir. Onlar öz investisiyaları və firmaları vasitəsilə dövlətlərin siyasətinə təsir göstərə bilərlər);

  • BMT sisteminə daxil olan beynəlxalq hökumət təşkilatları (YUNESKO, Dünya bankı, Beynəlxalq əmək təşkilatı və s).

Deyilənlərdən əlavə, ayrı-ayrı ölkələr daxilindəki subyektlər də siyasətin beynəlxalq subyektləri rolunda çıxış edə bilirlər.


M




Yüklə 130,8 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin