Siyasi fikrin inkişafının əsas mərhələləri və siyasət anlayışı



Yüklə 130,8 Kb.
səhifə11/17
tarix16.10.2022
ölçüsü130,8 Kb.
#65261
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
Mühazirə 2

A.A.Bakıxanov (1794-1847) etika ("Təhzibi-əxlaq"), "(Kitabi- nəsihət”), tarix (“Gülüstani-İrəm”) və s. elm sahələrində tanınmış mütəfəkkir olmuşdur.
Onun fikrincə, cəmiyyət adamların öz tələbatını ödəmək üçün lazım olan birgə yaşayışdır. O yazırdı ki, ehtiyacdan irəli gələn bu əlaqə məişət tərzi adlanır. O, xüsusi mülkiyyətin zəruri olduğunu göstərir, cəmiyyətin siniflərə bölünməsini təbii hal kimi qiymətlən- dirirdi.
Bakıxanov ictimai hadisələri özünün işləyib hazırladığı etika normaları baxımından qiymətləndirirdi. O belə hesab edirdi ki, insani şəri cəzalandırmaq lazımdır.
Bakıxanov mərkəzləşdirilmiş hakimiyyətin, maarifçi, deməli, onun fikrincə, ədalətli monarx hakimiyyətinin tərəfdarı idi. O, xalqı müdafiə etməli və onun qayğısına qalmalı olan monarxın zəkasına böyük ümid bəsləyirdi.
Azərbaycan xalqının siyasi fikir tarixində görkəmli yerlərindən birini böyük alim, filosof, tarixçi, şərqşünas, hüquqşünas kimi tanınmış Mirzə Məhəmməd Əli Kazım bəy (1802-1870) tutur.
Onun fikrincə, "dünyada, o cümlədən siyasi həyatda hər şey təbii, sarsılmaz qanunlar əsasında inkişaf edir". O, bu müddəasını ictimai inkişaf tarixinə tətbiq edərək, Romanın və Babilistanın timsalında sübut edir ki, ictimai həyat fasiləsiz inkişaf edir. O, Roma imperiyasının süqutuna bu baxımdan yanaşır. O yazırdı ki, Romanın zəifləyib əldən düşmüş qüvvələrinə üstün gələn barbar tayfaları özlərinin azsaylı olmaları və inkişaf səviyyəsi üzündən Roma xalqını özünə tabe etmədi, onunla qovuşaraq yeni mədəniyyətin əsasını qoydu. "Roma ruhu Böyük Krallara, Napoleonlara çevrilmişdir, onun izləri və əlamətləri Qərbi Avropanın bütün təsisatlarından görünür",
- deyə o yazırdı. Onun inamına görə, Roma imperiyası iqtisadi ziddiyyətlərin və bununla əlaqədar olan sosial ziddiyyətlərin təsiri altında deyil, müxtəlif siyasi qüvvələr arasındakı didişmələrin, həmçinin mənəviyyatların pozulması nəticəsində süqut etmişdir.
M.Kazım bəy Bizans imperiyasının və İranın süqutunu da həmin səbəblərdə görürdü. O yazırdı: "Bizans Asiyada öz hökmdarlığını nəinki böyük çətinliklə saxlaya bilirdi (hələ onun yayılması və möhkəmlənməsi bir yana qalsın), həm də öz doğma ərazisində partiyaların gah anarxiya, gah da müstəbidlikdə təzahür edən, hər cür tarixi mənadan məhrum, siyasi əhəmiyyətini itirib, ayrı-ayrı şəxslərin və ictimai dərnəklərin ehtiraslarının miskin oyununa çevrilən daxili mübarizəsində zəifliyini açıq büruzə verirdi".
M.Kazım bəy öz siyasi görüşlərində müstəbidliyin düşməni kimi çıxış edir. Onun fikrincə, müstəbidlik xalqın əsarət altına alınması, onun mədəni inkişafının dayandırılması deməkdir.
"Ęamil və müridizm" əsərində böyük mütəfəkkir dağlıların çarizmə qarşı mübarizəsinin xarakterini düzgün qiymətləndirir və onu çar hökumətinin müstəmləkə siyasətinə cavab hesab edirdi.
O, "Bab və babilər" adlı əsərində babilər hərəkatının siyasi xarakterini düzgün qiymətləndirərək yazırdı: "Bu mübarizədə azadlığa cəhd edən adamların enerjisi və fədakarlığı nəzərə çarpır. Bütün bunlar ruhani hakimiyyəti əleyhinə narazılıqda ifadə olunmuşdur".
19-cu əsr Azərbaycan demokratik siyasi fikrinin ən böyük nümayəndələrindən biri M.F.Axundovdur (1812-1878). Azərbay- canda inqilabçı demokratik siyasi fikir onun yaradıcılığında özünün ən yüksək nöqtəsinə çatmışdır.
Axundovun siyasi təlimi öz dərinliyinə, çoxcəhətliliyinə və de- mokratikliyinə görə onun sələflərinin ideya və görüşlərindən əsaslı surətdə fərqlənir. O, feodalizmi zorakı yolla devirmək ideyasını irəli sürmüş, xalqı inqilab etməyə çağırmış, xalq hakimiyyəti ideyaları ilə çıxış etmişdir.
Öz yaradıcılığının ilk dövründə "Aldanmış kəvakib" (1857-ci il) əsərini yazmış Axundov burada istibdadın tənqidi, feodal cəmiyyətinin islahat yolu ilə dəyişdirilməsinə çağırışla, maarifçi monarxiyanın təbliği ilə çıxış etmişdir.
1863-1865-ci illərdə Axundov "Hindistan şahzadəsi Kəmalüddövlənin öz dostu İran şahzadəsi Cəlalüddövləyə yazdığı üç
məktubu və Cəlalüddövlənin ona göndərdiyi cavab" adlı fəlsəfi-siyasi traktatını yazır. Burada, o öz fəlsəfi, ateist, sosial-siyasi və hüquqi görüşlərini geniş şərh etmiş, bir sıra sosial problemlərə öz münasibətini bildirmiş, öz siyasi idealını, cəmiyyətin dəyişdirilməsi profamını ifadə etmişdir. Əsərdə mövcud quruluşa qarşı inqilabi mübarizə yolu açıq etiraf olunmuş, istibdadın zorakılıq yolu ilə devrilməsinə çağırış aydınlıqla səslənmişdir.
60-cı illərin sonu və 70-ci illərin əvvəllərində yazdığı “Yek kəlmə haqqında", "Həkimi-ingilis Yuma cavab", "Con Stüart Mill azadlıq haqqında", "Babilik əqidələri", "İnsan tələbatları haqqında" və s. əsərlərində Axundov ictimai hadisələrin qiymətləndirilməsində, sosial-siyasi problemlərin həllində inqilabçı demokrat kimi çıxış edərək, yeni, ədalətli cəmiyyətin yaradılmasının inqilabi-demokratik proqramını təklif edir, xalq hakimiyyəti yaradılmasına çağırırdı.
Axundov sosial tərəqqi məsələlərinə xeyli diqqət yetirərək, onu insan cəmiyyəti üçün səciyyəvi olan təbii, qanunauyğun proses hesab edirdi. Onun fikrincə, tərəqqi cəmiyyətin elə vəziyyətidir ki, "xalq hər xüsusda - ülumda və sənayedə və əqayiddə anən-fəanən talibi- tərəqqi olub cəhalətdən və bərbəriyyətdən nəcat tapmağa sail olalar”. Tərəqqi daimi və həm də irəliyə doğru inkişaf demək olub, son nəticədə sənayedə, elmdə, mədəniyyətdə əsaslı irəliləyişlərlə səciyyələnən daha yüksək pillə - sivilizasiyaya gətirib çıxarmalıdır. O yazırdı ki, “sivilizasiyon ki, ibarətdir haləti-cahiliyyətdən və bərbəriyyətdən qurtarıb ümuri-məişətdə mərifəti-lazimə hasil edib ülumda və sənayedə və təhzibi əxlaqda bəqədri-imkan dərəcəyi kəmalə çatmaqdan və adabi-təməddündə məharət yetirməkdir.” Buradan çıxış edən Axundov ictimai inkişafın mərhələli olması fikrinə gəlir və onun köklərini açmağa cəhd edir.
Dövlət, onun mahiyyəti və əhəmiyyəti haqqında məsələ Axundovun diqqət mərkəzində olmuşdur. O, dövlət və onun idarə olunması məsələlərini siyasət adlandırdığı xüsusi elm sahəsinə aid edirdi. Onun dövlət formaları haqqındakı fikirləri bu baxımdan diqqəti cəlb edir.
Yaradıcılığının ilkin mərhələsində o, maarifçi monarxiya dövlət
formasının tərəfdarı kimi çıxış edirdi. O, güman edirdi ki, ağıllı monarx xalqın mənafeyini, onun rifahını təmin edə bilər, xalqın mənafeyi naminə islahatlar yolu ilə bir sıra sosial dəyişikliklər edə bilər. “Kəmalüddövlə məktubları"nda Axundov İngiltərənin nümunəsində konstitusiyalı monarxiya tərəfdarı kimi çıxış edir. Bununla əlaqədar olaraq o, islahatlar yolu ilə cəmiyyəti dəyişdirmək ideyasından əl çəkir və xalqı inqilaba çağırır. Axundov monarxın hakimiyyətinin parlamentlə, xalqın qanunvericilik fəaliyyətində iştirak etməsi yolu ilə məhdudlaşdırılmasını, iki palatadan ibarət parlament təşkil olunmasını təklif edir. Bunlardan biri təbəələrdən, digəri isə əyanlardan ibarət olmalı idi. Dövlətin bütün qanunları birinci palatada tərtib olunur, sonra ikinci palatanın müzakirəsinə və nəhayət, imzalanmaq üçün hökmdara verilir. Hökmdarın hakimiyyəti qanunla məhdudlaşdırılmışdır, əslində o, "bu qanuna zidd olan heç nə edə bilməzdi".
Beləliklə, xalqı təmsil edən palata qanunvericilik funksiyasını yerinə yetirir, monarxın yalnız qəbul olunmuş qanunları təsdiq etmək hüququ vardır. Monarx "millətin vəkili" olmalı, "xalqın özünün iştirakı ilə" qəbul olunmuş qanunlara riayət etməli, "əhalinin himayədarı və ölkənin mühafizəçisi" olmalı, onu övladları hesab etməli və onlara qayğı göstərməlidir. Xalq konstitusiyalı monarxiya zamanında xoşbəxt yaşayır, o, savadlıdır, mədənidir. Burada hakimiyyətlə xalq arasında heç bir nifaq, xalq tərəfindən monarxa qarşı heç bir çıxış yoxdur.
70-ci illərin əvvəllərindən etibarən Axundov xalq haki- miyyətinin tərəfdarı kimi çıxış edir. 1875-ci ildə yazdığı "Yek kəlmə haqqında" adlı məqaləsində o, respublika tərəfdarı olduğunu bildirir. O, belə bir fikir irəli sürür ki, konstitusiyanın yaradıcısı xalq olmalıdır, həm də heç bir monarx olmadan idarə etməlidir.
Öz əsərlərində şəxsiyyət problemlərinə böyük əhəmiyyət verən Axundov şəxsiyyətin azadlığı problemlərinə diqqət yetirir və onun mahiyyətini aydınlaşdırmağa çalışırdı. Onun fikrincə, azadlıq insanların bərabərliyini nəzərdə tutur, azadlıq onların müstəqilliyi deməkdir. O yazırdı ki, mənəvi və cismani azadlıq əldə etmədən
bərabərlik ağlasığmazdır. O, insanın "təbii hüquqlarının" tərəfdarı kimi çıxış edirdi.

Yüklə 130,8 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin