Siyasi fikrin inkişafının əsas mərhələləri və siyasət anlayışı



Yüklə 130,8 Kb.
səhifə2/17
tarix16.10.2022
ölçüsü130,8 Kb.
#65261
1   2   3   4   5   6   7   8   9   ...   17
Mühazirə 2

Demokritin (e. ə. 460-370) fikrincə, zəruri hadisə kimi yaranan dövlət ümumi rifahı və ədaləti özündə birləşdirir, dövləti idarə etmək isə sənətlərin ən yaxşısıdır.
Sokrat (e. ə. 469-399) belə hesab edirdi ki, ədalət və qanun eyni şeydir. Qanunçuluğun prinsipial tərəfdarı olan filosof istibdadı tənqid edirdi. O yazırdı ki, çox gülməlidir ki, adamlar hər yoldan ötənə ayaqqabılarını tikməyi təklif etmədikləri halda, dövləti idarə etməyi püşk atmaq yolu ilə həll edirlər. "Məgər bu sonunçu çox asan işdir?" - deyə o, sual edir və beləliklə, demokratiyanı məsxərəyə qoyurdu.
Platonun (e. ə. 427-347) siyasi təlimi "ideyalar aləminə" əsaslanır. "Dövlət" əsərində o, ideal dövlət haqqında təlim yaratmış
və onu ictimai-siyasi həyatda ideyalar aləminin imkan daxilində maksimum təcəssüm etməsi kimi nəzərdən keçirmişdir. Bu zaman o, bütövlükdə kosmos, dövlət və ayrılıqda götürülən insan qəlbi arasındakı uyğunluğu əsas götürürdü. Onun fikrincə, ədalətli insan ədalətli dövlətdən heç nə ilə fərqlənmir. İnsan qəlbinin üç əsasa - ağıla, qəzəbə və şəhvətə bölünməsinə dövlətin üç əsası - məşvərət, müdafiə və işgüzarlıq, sonunculara isə öz növbəsində üç silk – hakimlər, döyüşçülər və istehsalçılar, (sənətkarlar) uyğun gəlir.
Platon insanın tələbatı, əmək bölgüsü və dövlət adlandırdığı cəmiyyət arasında əlaqə olduğunu göstərirdi. Onun fikrincə, cəmiyyətin sosial quruluşu ilə müharibə aparılması arasında birbaşa asılılıq var, çünki müharibələr xüsusi qrupun meydana gəlməsini nəzərdə tutur.
Platonun siyasi baxışlarında ideal dövlət ideyası mərkəzi yer tutur. Onun ideal dövlət layihəsinin iki əsas şərti vardır: 1)dövlət filosoflar tərəfindən idarə olunur və 2)burada ədalətli qanunlar vardır. İdeal dövlət, onun fikrincə, aristokratik dövlət quruluşuna əsaslanır. Platon bunu iki cür adlandırır: əgər idarə edənlər aralarından kimsə bir nəfər seçilirsə, o, çar hakmiyyəti, bir neçəsi seçilirsə, onda aristokratiya adlanır.
Platon siyasi quruluş formalarının təsnifatını verməyə cəhd edir. O, insan qəlbinin beş növünə uyğun olaraq, beş dövlət quruluşunu: aristokratiya, timokratiya, oliqarxiya, demokratiya və tiraniyanı bir-birindən fərqləndirirdi.
Siyasətə gəldikdə isə Platon belə hesab edirdi ki, o, çar sənətidir, çünki adamları idarə etmək bacarığı və bilik tələb edir. Bu cür keyfiyyətlərə malik olan dövlət başçısının artıq qanun əsasında və yaxud bunun əksinə idarə etməsi o qədər də vacib deyildir. Əgər dövləti həqiqi hökmdarlar idarə etmirlərsə, onda orada idarəetmə ancaq qanun əsasında həyata keçirilməlidir.
"Qanunlar" əsərində Platon bəşəriyyətin siyasi təkamülünün realist mənzərəsini təsvir etməyə çalışır. Monarxiyaların meydana gəlməsi insanların həyat tərzində baş verən dəyişikliklərin nəticəsi kimi qiymətləndirilir. Cəmiyyətin sosial tərəqqisinə əngəl olan qeyri-
bərabərliyi aradan qaldırmağın zəruriliyini qeyd edərək göstərirdi ki, onu yaradan vərəsəliyi aradan qaldırmaq lazımdır. Bunun yeganə yolunu isə ailələri uşaqları tərbiyə etmək hüququndan məhrum etməkdə görürdü.
Platon hüquqi dövlət ideyasının çizgilərini yaradan ilk mütəfəkkir hesab edilə bilər. "Qanunlar" əsərində o, dövlətin iki növünü fərqləndirir.
Birinci halda hamıdan yüksəkdə hökmdarlar durur, ikinci halda isə hökmdarların özləri də qanuna tabe olurlar.
Platonun siyasi təliminin sonrakı dövrlərin, demək olar bütün nəzəriyyələrinə böyük təsiri olmuşdur.
Klassik siyasi fikrin banilərindən biri yunan mütəfəkkiri Aristotel (e. ə. 384-322) hesab olunur. Onun siyasi təlimi "Siyasət", "Afina siyasəti", "Etika" və s. əsərlərində öz əksini tapmışdır.
Aristotel siyasət haqqında elmi hərtərəfli işləyib hazırlamağa cəhd göstərmişdir. Onun anlamında siyasət bir elm kimi etika ilə bağlıdır. O belə hesab edirdi ki, siyasətin elmi anlayışı mənəviyyat (fəzilətlər) haqqında yüksək təsəvvürləri, etikanı (adətləri) bilməyi nəzərdə tutur.
Aristotel öz təlimini ideal polis (şəhər-dövlət) mövqeyindən işləyib hazırlamışdır. O belə hesab edirdi ki, polis azad və bərabər insanların siyasi ünsiyyətidir.

Yüklə 130,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin