Q Ə t n a m ə 08 yanvar 2015-ci IL



Yüklə 58,48 Kb.
Pdf görüntüsü
tarix26.02.2017
ölçüsü58,48 Kb.
#9806

 

 

İş № 2(107)-51/2015 



Surət 

 

 



 

 

 



 

 

 



AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN 

 

Q Ə T N A M Ə 

 

08 yanvar 2015-ci il 

Şəki şəhəri 

 

Şəki  Apellyasiya  Məhkəməsinin  mülki  kollegiyası  hakim  Əsədli  Mahir 

Abdulla  oğlunun  sədrliyi  və  məruzəsi  ilə,  hakimlər  Səlimov  Hümbət  Qamuna 

oğlu  və  Məcidov  Ələddin  Tofiq  oğlundan  ibarət  tərkibdə,  İsayev  Mikayıl  Qərib 

oğlunun katibliyi,  

İddiaçı  Əsgərov  Qalib  Qurban  oğlunun,  cavabdeh  Hümmətov  Fəxri  Mahir 

oğlunun və vəkili Həsənov Tural Həsən oğlunun iştirakı ilə, 

Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü  il tarixli, 2(075)-2192/2014 saylı 

qətnaməsindən cavabdeh  Hümmətov  Fəxri Mahir oğlu tərəfindən  verilmiş apellyasiya 

şikayətinə Şəki Apellyаsiyа Məhkəməsinin binasında, аçıq məhkəmə iclаsındа bаxаrаq 

məhkəmə kollegiyası 

 

müəyyən etdi: 

 

İddiaçı Əsgərov Qalib Qurban oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 



cavabdeh Hümmətov Fəxri Mahir oğlundan buraxılış ili 2010-cu il, mühərrik nömrəsi 

9680779  olan,  VAZ-21074  markalı,  55-BM-540  dövlət  qeydiyyat  nişanlı  avtomobilə 

görə  ödədiyi  5350  ABŞ  dolları  məbləğində  pulun  alınaraq  ona  verilməsinə  dair 

qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 

Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü  il tarixli, 2(075)-2192/2014 saylı 

qətnaməsi  ilə  (hakim  C.İmanov)  iddia  tələbi  təmin  edilmiş,  Hümmətov  Fəxri  Mahir 

oğlundan  buraxılış  ili  2010-cu  il,  mühərrik  nömrəsi  9680779  olan,  VAZ-21074 

markalı,  55-BM-540  dövlət  qeydiyyat  nişanlı  avtomobilə  görə  ödənilmiş  5350  (beş 

min üç yüz əlli) ABŞ dolları Azərbaycan Respulikasının Mərkəzi Bankının borcun icra 

edildiyi  günə  Azərbaycan  manatına  olan  məzənnəsi  ilə  hesablanmaqla  alınaraq 

Əsgərov Qalib Qurban oğlunun xeyrinə ödənilməsi qət edilmişdir. 

Birinci  instаnsiyа  məhkəməsinin  iş  üzrə  qətnаməsindən  cavabdeh  Hümmətov 

Fəxri Mahir oğlu apellyаsiyа şikаyəti vermişdir. 

Apellyasiya 

şikayəti 

onunla 


əsaslandırılmışdır 

ki, 


birinci 

instansiya 

məhkəməsinin  qeyd  edilən  qətnaməsi  maddi-hüquq  normalarını  düzgün  tətbiq 

etməməklə  qəbul  edildiyindən  həmin  qətnamə  ləğv  olunmalıdır.  Belə  ki,  hazırda 

mübahisə edilən, buraxılış ili 2010-cu il, mühərrik nömrəsi 9680779, dövlət qeydiyyat 

nişanı  55-BM-540  olan  VAZ  21074  markalı  avtomobili  01  mart  2013-cü  ildə 

Mirzəyev  Elçin  Ehtibar  oğlundan  almışdır.  Əvvəlki  qeydiyyat  nömrəsi  90-XM-275 


 

olan  avtomaşının  üzərində  hər  hansı  bir  həbs  olmamasına  dair  sənədlər  əldə  etdikdən 



sonra  aldığı  həmin  avtomaşını  öz  adına  qeyd  etdirməklə  55-BM-540  nömrə  ilə 

qeydiyyata  aldırmışdır.  Nəqliyyat  vasitəsinin  müayinədən  keçirilməsi  haqqında 

Azərbaycan Respublikası Daxili İşlər  Nazirliyinin  BDYPİ QİŞ tərəfındən  verilmiş 07 

mart  2013-cü  il  tarixli  arayışa  əsasən  qeyd  edilən  avtomaşının,  həbsdə,  girovda  və 

axtarışda  olmaması  göstərilmişdir.  O,  həmin  avtomaşını  alarkən  üzərində  hər  hansı 

həbs  və  axtarışda  olması  barədə  məlumatı  olmamışdır.  Avtomaşını  bir  müddət  idarə 

etməklə  təmir  etdirmiş  və  2013-cü  ilin  aprel  ayının  7-də  saz  vəziyyətdə  iddiaçı 

Əsgərov  Qalib  Qurban  oğluna  5350  ABŞ  dollarına  satmışdır.  Bundan  başqa  birinci 

instansiya  məhkəməsi  yalnız  iddiaçı  tərəfin  vəsatəti  əsasında  çağırılan  şahidləri 

dindirərək birtərəfli mövqe əks etdirmişdir. Şahidlərin ifadəsindən də birmənalı olaraq 

görünür  ki,  o,  Qalib  Əsgərovdan  pulu,  ona  verdiyi  avtomaşının  əvəzində  almışdır. 

2013-cü  ilin  aprel  ayında  saz  vəziyyətdə  etibarnamə  əsasında  Qalib  Əsgərova 

avtomaşını  satan  zaman  dəfələrlə  ona  demişdir  ki,  avtomaşını  öz  adına  keçirərək 

qeydiyyata aldırsın. Lakin iddiaçı tərəfindən buna heç bir məhəl qoyulmamış, yenidən 

1  il  müddətdən  sonra  Şəki  şəhərinə  gəlmiş  və  ona  28  mart  2014-cü  il  tarixdə 

etibarnamə vermişdir. Odur ki, iş üzrə Şəki Rayon Məhkəməsinin 30 oktyabr 2014-cü 

il tarixli, 2(075)-2192/2014 saylı qətnаməsinin  ləğv edilməsini  və iddia tələbinin rədd 

edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 

Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Hümmətov Fəxri Mahir 

oğlu  və  vəkili  Həsənov  Tural  Həsən  oğlu  apellyasiya  şikayətinin  məzmununa  uyğun 

izahat  verərək  şikayətin  təmin  edilməsini,  birinci  instansiya  məhkəməsinin 

qətnaməsinin  ləğv  edilməsi  və  iddia  ərizəsinin  təmin  edilməməsi  barədə  qətnamə 

çıxarılmasını xahiş etmişlər. 

Məhkəmə  kollegiyasının  iclasında  iştirak  edən  iddiaçı  Əsgərov  Qalib  Qurban 

oğlu apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini və iş üzrə Şəki 

Rayon  Məhkəməsinin  30  oktyabr  2014-cü  il  tarixli  qətnaməsinin  dəyişdirilmədən 

saxlanılmasını xahiş etmişdir. 

Məhkəmə  kollegiyası  apellyasiya  şikayətinin  dəlillərini  işin  materialları  üzrə 

yoxlayaraq,  tərəflərin  izahatlarını  dinləyib,  işdə  olan  sübutları  tədqiq  edib 

qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, iş üzrə Şəki Rayon 

Məhkəməsinin  30  oktyabr  2014-cü  il  tarixli,  2(075)-2192/2014  saylı  qətnаməsi  ləğv 

edilməli, yeni qətnamə qəbul edilməli, və iddia ərizəsi təmin edilməməlidir. 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  372.1-ci  maddəsinə 

əsasən  apellyasiya  instansiyası  məhkəməsi  tam  hüquqlu  məhkəmə  kimi  işə,  işdə  olan 

və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 

Həmin  Məcəllənin  372.6-cı  maddəsinə  əsasən,  apellyasiya  instansiyası 

məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və 

ya  dolayısı  ilə  mübahisələndirilən  hissəsində,  şikayət,  qərarın  ləğv  edilməsinə 

yönəldikdə  və  ya  apellyasiya  şikayətində  və  ona  etirazlarda  ifadə  olunmuş  dəlillərə 

əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 

Həmin  Məcəllənin  372.7-ci  maddəsində  göstərilir  ki,  apellyasiya  instansiyası 

məhkəməsi  şikayətin  dəlillərindən  asılı  olmayaraq,  məhkəmənin  maddi  və  prosessual 

hüquq normalarına riayət etməsini yoxlayır. 

Azərbaycan  Respublikası  Mülki  Prosessual  Məcəlləsinin  385.1.1-ci  maddəsinə 

əsasən, maddi hüquq normalarının  və ya prosessual hüquq normalarının pozulması  və 

düzgün  tətbiq  edilməməsi,  məhkəmə  qətnaməsinin  apellyasiya  qaydasında  ləğv 

edilməsi üçün əsasdır. 


 

İş materiallarına əlavə edilmiş etibarnamədan görünür ki, Hümmətov Fəxri Mahir 



oğlu, mülkiyyətində olan buraxılış ili 2010-cu il, mühərrik nömrəsi 9680779 olan, 55-

BM-540  dövlət  qeydiyyat  nişanlı  VAZ-21074  markalı  avtomobili  baş  etibarnamə  ilə 

Əsgərov Qalib Qurban oğluna etibar etmişdir. 

İş 


materiallarına 

əlavə 


edilmiş 

nəqliyyat 

vasitələrinin 

qeydiyyat 

şəhadətnaməsindən  görünür  ki,  buraxılış  ili  2010-cu  il,  mühərrik  nömrəsi  9680779, 

dövlət  qeydiyyat  nişanı  55-BM-540  olan  VAZ-21074  markalı  avtomobil  Hümmətov 

Fəxri Mahir oğlunun mülkiyyətindədir. 

Birinci  instansiya  məhkəməsində  iddiaçının  vəsatəti  ilə  dindirilən  şahid  Əsgərov 

Qurban  Kamil  oğlu  ifadə  verərək  bildirmişdir  ki,  07  aprel  2014-cü  il  tarixdə  övladı 

Əsgərov Qalib Qurban oğluna avtomobil almaq üçün Gəncə şəhərinə gəlmişlər. Bir az 

maşın  axtardıqdan  sonra  Hümmətov  Fəxri  Mahir  oğluna  məxsus  avtomobili 

bəyəndikdən sonra ona 5350 ABŞ dolları ödəməklə həmin avtomobili almışlar. 

Birinci instansiya məhkəməsində iddiaçının vəsatəti ilə dindirilən şahid İsmayılov 

Şaiq  Teymur  oğlu  ifadə  verərək  bildirmişdir  ki,  2013-cü  ilin  aprel  ayında  tanışı 

Abdullayev Sahib Tofiq oğlu ona zəng edərək qohumu Əsgərov Qalib Qurban oğlunun 

avtomobil  almaq  istədiyini  lakin,  200  ABŞ  dollarının  çatmadığını  bildirmiş  və  ondan 

200  ABŞ  dolları  borc  istəmişdir.  O,  200  ABŞ  dollarını  götürərək  Abdullayev  Sahib 

Tofiq  oğlunun  avtomobili  ilə  Göy-Göl  rayonundan  Gəncə  şəhərinə  gələrək,  həmin 

pulu  Qalib  Əsgərova  vermişdir.  Qalib  Əsgərov  onun  yanında  avtomobildə  5350  ABŞ 

dollarını sayaraq Hümmətov Fəxri Mahir oğluna vermişdir. 

Birinci  instansiya  məhkəməsində  şahid  Abdullayev  Sahib  Tofiq  oğlu  da  digər 

şahid  İsmayılov  Şaiq  Teymur  oğlunun  ifadəsinə  uyğun,  məzmunca  oxşar  ifadə 

vermişdir. 

Məhkəmə  kollegiyasının  iclasında  müəyyən  edilmişdir  ki,  cavabdeh  Hümmətov 

Fəxri Mahir oğlu  mübahisə edilən buraxılış ili 2010-cu  il,  mühərrik  nömrəsi 9680779 

olan,  VAZ  21074  markalı,  55-BM-540  dövlət  qeydiyyat  nişanlı  avtomobili  01  mart 

2013-cü ildə Mirzəyev Elçin Ehtibar oğlundan almışdır. Avtomaşını alarkən qeydiyyat 

nömrəsi  90-XM-275  olmaqla  həmin  avtomaşının  üzərində  hər  hansı  bir  həbs 

olmamasına  dair  sənədlər  əldə  etdikdən  sonra  almış  və  avtomaşını  öz  adına  qeyd 

etdirməklə 55-BM-540 nömrə ilə qeydiyyata aldırmışdır. Nəqliyyat vasitəsini öz adına 

qeyd  etdirən  zaman  avtomaşın,  həbsdə,  girovda  və  axtarışda  olmamışdır.  Avtomaşını 

2013-cü  ilin  aprel  ayının  7-də  iddiaçı  Əsgərov  Qalib  Qurban  oğluna  5350  ABŞ 

dollarına  satmışdır.  İddiaçı  həmin  avtomobili  bir  il  müddətində  istifadə  etmiş,  1  ildən 

sonra 28 mart 2014-cü il tarixdə iddiaçıya yeni etibarnamə vermişdir.  

İddianı  təmin  edən  birinci  instansiya  məhkəməsi  gəldiyi  nəticəni  onunla 

əsaslandırmışdır  ki,  iddiaçı  cavabdehdən  VAZ-21074  markalı,  55-BM-540  dövlət 

qeydiyyat  nişanlı  avtomobili  görə  verdiyi  5350  (beş  min  üç  yüz  əlli)  ABŞ  dollarının 

alınaraq ona verilməsini tələb edir, eyni zamanda cavabdeh də iddianı etiraf etmişdir. 

Məhkəmə  kollegiyası  birinci  instansiya  məhkəməsinin  gəldiyi  həmin  nəticə  ilə 

razılaşmır. Belə ki, birinci instansiya məhkəməsi qətnaməsini cavabdehin iddianı etiraf 

etməsi  ilə  əsaslandırsa  da,  işin  bu  halı  iş  materialları  və  məhkəmə  protokolları  ilə 

təkzib  edilir.  Ona  görə  də  kollegiya  belə  hesab  edir  ki,  birinici  instansiya  məhkəməsi 

tərəflərin  qarşılıqlı  münasibətləri  üzrə  səhv  nəticəyə  gəlmiş  və  maddi  hüquq 

normalarını düzgün tətbiq etməmişdir. 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci  maddəsinə əsasən alqı-satqı 

müqaviləsinə  görə  satıcı  əşyanı  alıcının  mülkiyyətinə  verməyi,  alıcı  isə  əşyanı  qəbul 

edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 


 

İş  materialları ilə  müəyyən edilir ki, tərəflər arasında  mübahisəli avtomobilə dair 



faktiki  olaraq  alqı-satqı 

müqaviləsi  olsa  da,  tərəflər  həmin  müqaviləni 

rəsmləşdirməmişlər.  Lakin  hər  iki  tərəfin  izahatları  ilə  müəyyən  edilir  ki,  cavabdeh 

həmin avtomobili satmış iddiaçı isə almışdır.  

İddiaçı  Əsgərov  Qalib  Qurban  oğlu  öz  iddiasını  onunla  əsaslandırmışdır  ki, 

cavabdeh  Hümmətov  Fəxri  Mahir  oğlu  mübahisə  edilən  buraxılış  ili  2010-cu  il, 

mühərrik  nömrəsi  9680779  olan,  VAZ  21074  markalı,  55-BM-540  dövlət  qeydiyyat 

nişanlı  avtomobili  alarkən  cavabdeh  ona  avtomobilin  heç  bir  yüklülüyünün 

olmamasını  və  həbsdə  olmamasını  bildirmiş,  lakin  cavabdeh  həmin  avtomobili  ona 

yüklü vəziyyətdə satmışdır.  

İşin  faktiki  hallarından  görünür  ki,  cavabdeh  Hümmətov  Fəxri  Mahir  oğlu 

mübahisə edilən buraxılış ili 2010-cu il, mühərrik nömrəsi 9680779 olan, VAZ 21074 

markalı,  55-BM-540  dövlət  qeydiyyat  nişanlı  avtomobili  01  mart  2013-cü  ildə 

Mirzəyev Elçin Ehtibar oğlundan almışdır. Avtomaşını alarkən qeydiyyat nömrəsi 90-

XM-275  olmaqla  həmin  avtomaşının  üzərində  hər  hansı  bir  həbs  olmamasına  dair 

sənədlər əldə etdikdən sonra almış və avtomaşını öz adına qeyd etdirməklə 55-BM-540 

nömrə  ilə  qeydiyyata  aldırmışdır.  Nəqliyyat  vasitəsini  öz  adına  qeyd  etdirən  zaman 

avtomaşın, həbsdə, girovda və axtarışda olmamışdır.  

Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı Əsgərov Qalib 

Qurban  oğlu  iddia  ərizəsinin  əsasını  təşkil  edən  halları  təsdiq  edən  hər  hansı  mötəbər 

sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. 

Azərbaycan  Respublikası  MPM-nin  89.3-cü  maddəsinə  əsasən  sübutların  əsli  və 

lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, 

məhkəmə  yalnız  tərəflərin  təqdim  etdikləri  sübutları  araşdırmalı  və  onlardan  istifadə 

etməlidir. 

Həmin  Məcəllənin  77.1-ci  maddəsinə  görə,  hər  bir  tərəf  öz  tələblərinin  və 

etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 

Həmin  Məcəllənin  88-ci  maddəsinə  əsasən,  məhkəmə  sübutlara  obyektiv, 

qərəzsiz,  hərtərəfli  və  tam  baxdıqdan  sonra  həmin  sübutlara  tətbiq  edilməli  hüquq 

normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan 

müəyyən edilmiş qüvvəsi yoxdur.  

Həmin  Məcəllənin  106.1-ci  mаddəsinə  əsаsən,  işdə  iştаk  edən  şəxslərin  iş  üçün 

əhəmiyyətli olаn və onlаrа məlum olаn fаktlаr bаrədə izаhаtlаrı iş üzrə toplаnmış digər 

sübutlаrlа yoxlаnılmаlı və qiymətləndirilməlidir. 

Həmin  Məcəllənin  217.4-cü  maddəsinə  görə,  məhkəmə  öz  qətnaməsini  yalnız 

məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 

“Mahmudov  Rusiyaya  qarşı”  iş  üzrə  26  iyul  2007-ci  il  tarixli  qərarında  İnsan 

Hüquqları  üzrə  Avropa  Məhkəməsi  qeyd  etmişdir  ki,  Konvensiya  araşdırmalarında 

sübutları  qiymətləndirərkən,  bir  qayda  olaraq,  affirmanti,  non  neganti  incumbit 



probation (sübut etmək  yükü təkzib edənin deyil, iddia edənin  üzərinə düşür) prinsipi 

rəhbər  tutulur.  Sübut  kifayət  qədər  güclü,  aydın  və  bir-birinə  uyğun  qənaətlərin  həm 

mövcudluğundan,  həmçinin  təkzib  olunmaz  oxşar  fakt  ehtimallarından  irəli  gələ  bilər 

(§ 68). 


Avropa  Məhkəməsinin  “Qavazov  Bolqarıstana”  qarşı  06  mart  2008-ci  il  tarixli 

Qərarında  qeyd  edilmişdir  ki,  sübutlar  qiymətləndirilərkən,  bir  qayda  olaraq  əsaslı 

şübhədən kənar standartlar tətbiq edilir (§ 93). 


 

Azərbaycan  Respublikasının  Mülki  Prosessual  Məcəlləsinin  385.1-ci  maddəsinə 



əsasən, maddi hüquq normalarının  və ya prosessual hüquq normalarının pozulması  və 

ya  düzgün  tətbiq  edilməməsi  məhkəmə  qətnaməsinin  apellyasiya  qaydasında  ləğv 

edilməsi üçün əsasdır. 

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci və 385.1,4-cü 

maddələrinə  əsasən,  maddi  hüquq  normalarının  və  prosessual  hüquq  normalarının 

pozulması  və  ya  düzgün  tətbiq  edilməməsi  və  qətnamədə  göstərilmiş  nəticələrin  işin 

hallarına  uyğun  gəlməməsi  məhkəmə  qətnaməsinin  apellyasiya  qaydasında  ləğv 

edilməsi üçün əsasdır.  

Həmin  məcəllənin  386-cı  maddəsinə  əsasən,  maddi  hüquq  normaları  o  halda 

pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi 

hüququn  tətbiq  edilməsində  səhv  buraxsın,  tətbiq  edilməli  olan  qanunu  və  ya  digər 

normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təvsir etsin. 

Məhkəmə  kollegiyası  hesab  edir  ki,  birinci  instansiya  məhkəməsinin  bu  iş  üzrə 

gəldiyi  nəticə  işin  həqiqi  hallarına  uyğun  olmamaqla,  mübahisənin  maddi  və 

prosessual  hüquqi  əsasları  düzgün  müəyyən  edilməmiş,  məhkəmə  müəyyən  edilmiş 

faktlardan  tərəflərin  qarşılıqlı  münasibətləri  üzrə  düzgün  nəticəyə  gəlməmiş  və  tətbiq 

edilməli  qanunu  düzgün  tədbiq  etməmişdir.  Ona  görə  də  apellyasiya  şikayəti  təmin 

edilməli,  iş  üzrə  Şəki  Rayon  Məhkəməsinin  30  oktyabr  2014-cü  il  tarixli  qətnаməsi 

ləğv edilməli, yeni qətnamə qəbul edilməklə iddia tələbi təmin edilməməlidir. 

Göstərilənlərə  əsasən 

və 

Azərbaycan  Respublikası  Mülkü  Prosessual 



Məcəlləsinin  382,  384,  386,  392-393  və  404-407-ci  maddələrini  rəhbər  tutaraq, 

məhkəmə kollegiyası 



 

qət etdi: 

 

Cavabdeh  Hümmətov  Fəxri  Mahir  oğlu  tərəfindən  verilmiş  apellyasiya  şikayəti 

təmin edilsin. 

İş  üzrə  Şəki  Rayon  Məhkəməsinin  30  oktyabr  2014-cü  il  tarixli,  2(075)-

2192/2014 saylı qətnaməsi ləğv edilsin. 

Yeni qətnamə qəbul edilsin. 

İddiaçı Əsgərov Qalib Qurban oğlunun cavabdeh Hümmətov Fəxri Mahir oğluna 

qarşı  buraxılış  ili  2010-cu  il,  mühərrik  nömrəsi  9680779  olan,  VAZ-21074  markalı, 

55-BM-540  dövlət  qeydiyyat  nişanlı  avtomobilə  görə  ödədiyi  5350  ABŞ  dolları 

məbləğində pulun alınaraq ona verilməsi barədə iddia ərizəsi təmin edilməsin. 

Qətnamədən  işdə  iştirak  edən  şəxslərə  rəsmi  qaydada  verildiyi  gündən  2  ay 

müddətində  Şəki  Apellyasiya  Məhkəməsi  vasitəsi  ilə  Azərbaycan  Respublikası  Ali 

Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.  

Qətnamədən  şikayət  verilməzsə,  qəbul  edildiyi  gündən  2  ay  keçdikdən  sonra 

qanuni qüvvəyə minir. 

 

Sədrlik edən: imza var 



Hakimlər: imza var 

Düzdür: 

 

Hakim:                                                 Mahir Əsədli 

 

Yüklə 58,48 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin