"Texnokratiya doktrinası" amerikalı professor T.Veblenin (1857-1929) adı ilə bağlıdır. "Mühəndislər və qiymətlər sistemi" kitabında (1921) o, hakimiyyəti sənaye sisteminin Baş qərargahı olan "texniklərə" verməyi tələb edirdi. 30-cu illərdə bu konsepsiyanı Q.Skott və FrederikoUinslouTeylor müdafiə edirdi. 1941-ci ildə
Ç.Bernhem «Menecerlər inqilabı» adlı əsərində doktrinanı daha da inkişaf etdirdi. O, iddia edirdi ki, müasir dünyanın bir sıra dövlətlərində texnokratiya siyasi reallığa çerilmişdir. Buna görə də gələcəkdə planetdə texnokrat direktorlar komitəsi başda olmaqla vahid texnokratik dövlət yaranacaqdır.
60-70-ci illərdə bu ideya Q.Saymon ("elmi surətdə idarə olunan dövlət”), D.Bell ("postindustrial cəmiyyət"), B.Bekvit (“ekspertokratiya konsepsiyası) və Z.Bjezinski (texnotron cəmiyyət)' tərəfindən inkişaf etdirilmişdir.
Doktrinanın tərəfdarları belə hesab edirlər ki, elmi-texniki inqilab şəraitində siyasi həyata elm və texnikanın təsiri güclənir, elmi- texniki mütəxəssislərin dövlət idarəçiliyində iştirakı genişlənir. Nəticədə hakimiyyət biznesmenlərdən menecerlərə keçir. Texniki mütəxəssislər həm də "sosial mühəndislər" olur, istehsal funksiyaları ilə yanaşı, dövlət hakimiyyətini də onlar öz əllərində cəmləşdirirlər. "Texnobürokratiya" yaranır, yeni hakim sinif formalaşır, yeni sosial- siyasi sistem olan texnokratiya meydana çıxır. Bütün bunların nəticəsində texnokratiyada siyasi hakimiyyət öz sinfi mahiyyətini itirir.
"Ümumi rifah dövləti" nəzəriyyəsi. Azad rəqabət dövründə dövlətin vəzifəsi kapitalist təsərrüfatının ümumi səylərini qorumaqdan ibarət ("gecə gözətçisi dövləti" siyasəti) idi. Müasir dövrdə isə o, iqtisadiyyata fəal müdaxilə etməyə başlayır. Bu işin nəzəriyyəsi ingilis iqtisadçısı D.Keynsin (1883-1946) "Ümumi məşğulluq, faiz və pul nəzəriyyəsi" (1936) kitabında işlənib hazır- lanmışdır. Onun ideyaları sonralar "ümumi rifah dövləti" nəzəriyyəsinin yaranması üçün əsas oldu. C.Myurdal, C.Streçi,A.Piqu,U.A.Robson,D.Neyl,K.Bouldinq və başqalarının əsərlərində göstərilir ki, dövlətin müdaxiləsi iqtisadiyyatın yaralarını sağaldır, ayrı-ayrı ölkələrdə "ümumi rifah dövlətinin", gələcəkdə isə bütövlükdə "rifah dünyasının" yaranmasına gətirib çıxarır.
Müasir dünyanın siyasi fikrinə və ictimai hərəkatlarına Hindistan mütəfəkkiri, hind xalqının böyük oğlu MohandasKaramçandQandi (1869-1948) böyük təsir göstərmişdir. O, hind
xalqının ingilislərin müstəmləkə zülmünə qarşı azadlıq müharibəsinin rəhbəri, Hindistan Milli konqres partiyasının lideri olmuşdur. Onun siyasi konsepsiyasının kökləri dini-əxlaqi postulatlara gedib çıxır və universal əxlaqi-fəlsəfi doktrinanın sanki bir vəsiləsini təşkil edir. O, induizmə hər şeydən əvvəl "qeyri-zorakı vasitələrlə" həqiqətin axtarılıb tapılması kimi baxırdı. Həqiqəti Allahla eyniləşdirir, "allahquruculuğu" "axmisa" ("ziyan vurmamaq") prinsipi ilə əsaslandırırdı. O, "axmisanı" dünya qanunu hesab edirdi. Qandi ümumi seçki hüququ tələb edirdi. O, insanların ürəyində inqilab etmək istəyirdi. Dövlətə nihilist münasibət bəsləyir və belə hesab edirdi ki, onların hamısına istismarçılıq xasdır. Onun fikrincə, dövlət mütləq şərtdir. Ondan çıxış yolunu isə özünü idarə edən kənd respublikalarının - icmaların federasiyasında görürdü. O, "içma kommunizmi" arzulayırdı. Bu, "maarifçi anarxizm" adlanır.
Qandinin fəlsəfi dünyagörüşü və siyasi baxışları siyasətdə yeni cərəyanın - qandizmin formalaşmasının əsasını qoydu. Siyasəti əxlaq qanunları ilə bir araya qoymağın qeyri-mümkünlüyünə əsaslanan makiavelliçi cərəyanın əksinə olaraq qandizm siyasətlə əxlaqın qarşılıqlı münasibətlərinə yeni yanaşmanı ifadə edir. Qandinin fikrincə, siyasət əxlaq prinsiplərinə əsaslandıqda insanın sosial mahiyyətinə daha yaxın olur.