Siyasi fikrin inkişafının əsas mərhələləri və siyasət anlayışı



Yüklə 130,8 Kb.
səhifə10/17
tarix16.10.2022
ölçüsü130,8 Kb.
#65261
1   ...   6   7   8   9   10   11   12   13   ...   17
Mühazirə 2

Marağalı Əhvədi (13-cü əsr-14-cü əsrin əvvəlləri) öz əsərlərində müdrik və elmli hökmdarın başçılıq etdiyi feodal dövlətini arzulayırdı. Hər bir fərdin əxlaqi, mənəvi kamilliyini, bunun vasitəsi ilə də bütün cəmiyyətin təkmilləşməsini o öz idealına çatmaqda yeganə yol hesab edirdi.
Azərbaycan xalqının və ümumiyyətlə, Yaxın və Orta Ęərqin siyasi fikrinin ən görkəmli nümayəndəsi Xacə Nəsirəddin Tusi (1201-1274) olmuşdur. Onun astronomiya, riyaziyyat və s. kimi dəqiq elmlərlə yanaşı, fəlsəfə, məntiq, etika və estetikaya dair yazdığı əsərləri dünya elminə qiymətli töhfədir. Ęərqin Fərabi, İbn Sina, Biruni, Qərbin Platon, Aristotel və b. kimi korifeylərinin təlimlərinə əsaslanaraq, Tusi artıq 13-cü əsrdə insanlığı indinin özündə də düşündürən bir çox məsələlərə çox düzgün və sərrast cavab vermişdir. O, "dövlət" və "qanun" kimi anlayışları işləyib hazırlamış, dövlət və cəmiyyət, dövlət və şəxsiyyət, din və siyasət, dövlət və iqtisadiyyat, hüquq və əxlaq, sosial ədalət, dövlətlərarası münasibətlər, müharibə və sülh, dövlət aparatı, hökmdarın yeri və rolu, hökmdar və onun köməkçiləri, məmurları və s. məsələləri nəzərdən keçirmişdir. Tusi xalqımızın siyasi fikir tarixinə mütərəqqi və humanist bir mütəfəkkir kimi daxil olmuşdur.
Tusinin siyasi görüşlərində "dövlət" anlayışı mühüm yer tutur. Təsadüfi deyildir ki, o, görkəmli dövlətşünas, dövlət nəzəriyyəçisi hesab olunur.
Tusinin fikrincə, dövlət insanların birliyi, cəmiyyətin təbii vəziyyətidir. O belə hesab edirdi ki, insanlar öz mənafeləri əsasında könüllü surətdə birləşmək arzusunda olduqları zaman dövlət əmələ
gəlir. Həm də dövlət insanların tələbatını ödəmək məqsədilə yaranır və onlara xidmət edir.
Tusi "dövlət" və "cəmiyyət" anlayışlarını təqribən eyni mənada işlədir, dövlət-cəmiyyətin strukturunu təsvir edir. Onun mühüm ünsürləri ailə, məhəllə (rayon, yaxud qrup), şəhər icması, böyük xalqlar icması və ümumdünya icmasıdır.
Tusi belə hesab edirdi ki, insanların həyatı dövlətdən kənarda mümkün deyildir. İnsan dövlətin yardımına, dövlət isə insanın aktiv fəaliyyətinə ehtiyac hiss edir. Bu mənada, Tusinin təlimində dövlət və insan bir-birinin qarşısında məsuliyyət daşıyır. Böyük mütəfəkkir yazırdı: "Dünya əhlinin ictimai quruluşu bir sistem təşkil etdiyindən, kim sistemdən kənara çıxıb tək yaşamaq, inzivayə çəkilmək xəyalına düşsə, bu baxımdan fəzilətlərdən əli çıxar, öz növünün köməklərindən imtina etdiyi üçün tənhalıq dəhşəti içərisində, əzab, əziyyət və məhrumiyyətlər cəngində məhv olar".
Tusinin fikrincə, dövlət ancaq ədalət əsasında yaşaya bilər. Ədalətin şərtləri isə dövləti təşkil edən dörd "sinif": " qələm əhli" (ziyalılar), “qılınc əhli" (hərbçilər), "müamilə əhli" (tacirlər, sövdəgərlər, sənətkarlar, vergiyığanlar) və "ziraət əhli" (əkinçilər, biçinçilər, bağbanlar, maldarlıqla məşğul olanlar) arasında uyğunluğun yaradılmasıdır. İnsan sağlamlığı dörd ünsür arasında tənasüblükdə olduğu kimi, cəmiyyət arasındakı uyğunluq da dörd sinfin qarşılıqlı müvafiqliyində olar", ədalət insanların ləyaqətinə və istedadına görə vəzifəyə təyin edilməsi, hərənin öz payına düşəninin ona verilməsindən ibarətdir. Öz fikrini davam etdirərək o yazır ki, "bu dörd dəstə birgə, əlbir, ahəngdar fəaliyyət göstərdikdə mədəniyyət, fəzilət və səadət sistemi əmələ gələr".
Dövlətin idarə olunmasında hökmdarın şəxsiyyətinə böyük qiymət verən Tusi göstərir ki, ölkə sahibi olmaq istəyənin yeddi xisləti olmalıdır: atalıq, alicənablıq, mətinlik, tam əzm, səbirli olmaq, var-dövlət, sadiq və əməlisaleh köməkçilər. "Həqiqətdə hökmdarlıq o adama yaraşar ki, dünya xəstələndikdə onu müalicə edə bilsin, sağlam olduqda səhhətini qoruya bilsin, çünki hökmdar dünyanın
həkimi yerində olar. Xəstəlik isə iki şeydən törəyir: biri ölkədə qəddar şahlıq olanda, digəri ölkə özbaşına buraxılanda".

Yüklə 130,8 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin