Sual1. Astronomiya elmi və onun inkisaf mərhələləri
Astronomiya göy cisimlərinin və göy cisimləri sistemlərinin hərəkətini, quruluşunu, əmələ gəlməsini və inkişafını öyrənən elmdir. Astronomiya Günəşi və ulduzları, planetləri və onların peyklərini, kometləri, meteorları, dumanlıqları, ulduz sistemlərini və onlar arasındakı fəzanı dolduran materiyanı öyrənir yunanca “ astro” – ulduz, göy cismi və “nomos” – qanun sözlərindən düzəldilmişdir.
Astronomiya ən qədim elmlərdən biridir. Astronomiya elmi bəşəriyyətin həyatı təlabatı ilə əlaqədar yaranmış və inkişaf etmişdir. Hələ qədim zamanlar ibtidai köçəri tayfalar öz hərəkət istiqamətlərini Günəşə, Aya və ulduzlara görə təyin edirdilər. Əkinçilik və maldarlıqla məşğul olan insanlar ilin müxləlif fəsillərinin gəlməsini nəzərə almalı idilər. Artıq o zamanlar müəyyən olunmuşdu ki, fəsillərin ardıcıllığı Günəşin günorta hündürlüyündən və müəyyən ulduzların göydə görünməsindən aslıdır.
Eramızdan 2000 il əvvəl qədim Çində astronomik müşahidələr aparıldığı müəyyən olunmuşdur. Misir, Yunanıstan və Orta Şərqdə astronomiya daha çox inkişaf etmişdir. Bizim eradan əvvəl VI əsrdə Pifaqor ilk dəfə olaraq Yerin kürə şəklində olduğunu söyləmişdir. B.e.ə. IV əsrdə yaşamış Aristotel Yerin kürə şəklində olduğunu söyləmiş və bunu sübut etmişdir. I sübut – Yer səthindən yuxarı qalxdıqca üfüqün genişlənməsi; II sübut-Ay tutulması zamanı onun üzərinə düşən Yerin kölgəsinin qövsvari olması.
Ptolomey ( 87- 165) ilk dəfə olaraq dünyanın geosetrik sistemini verdi. Bu sistemə görə dünyanın mərkəzində tərpənməz Yer durur, qalan göy cisimləri isə onun ətrafında fırlanır.
Orta Şərq ölkələrində - Orta Asiya və Qafqazda Astronomiya böyük çiçəklənmə dövrü keçmişdir. Ərəb astronomlarından Bəttani ( 850-929) , Xorəzimli Əbu Reyhan Biruni ( 973-1048) , Əbu Əli İbin Sina ( 980-1037) , Ömər Xəyyam (1048-1131) astoronomiya sahəsində böyük işlər görmüşlər.
Bütün Şərq ölkələrində uzun müddət ən böyük rəsədxana qədim Azərbaycanın mərkəzi olan Mağara rəsədxanası olmuşdur. Bu rəsədxana monqol istilatçısı Hülakünun təklifi və vəsaiti hesabına görkəmli Azərbaycan astronomu Məhəmməd Nəsirəddin Tusi ( 17.02.1201, İranın Tus şəhəri – 27.06.1274, Bağdad ) tərəfindən 1259- 1260-cı illərdə inşa olunmuşdur. Nəsirəddin Tusi ömürünün axırına qədər bu rəsədxananın elmi və inzibati rəhbəri olmuşdur. Bu rəsədxanada aparılan müşahidələr nəticəndə tərtib olunmuş çox dəqiq astronomik katoloq – “Zic Elxani” (Elxan cədvəli) uzun müddət planetlərin və ulduzların vəziyyətini hesablamaq üçün istifadə olunmuşdur.
Teymurləngin nəvəsi Səmərqənd əmri Uluqbəyin (22.03.1394 -27.10.1449) inşa etdirdiyi ən böyük rəsədxanada apardığı müşühidələr əsasında tərtib etdiyi “Ulduzlar cədvəli” (“Zicd-i-Qurqani”) əsərində 1018 ulduzun böyük təəccüb doğuran və valehedici dəqiqliklə koordinatları verilmişdir. Bu cədvəl indiyə qədər öz qiymətini itirməyibdir.
Polşalı alim Nikolay Kopernikin (1473-1543) ilk dəfə verdiyi dünyanın heliosentrik sistemi göy cisimləri haqqında dünyagörüdə inqilabi çevriliş yaratdı. Bu sistemə görə Günəş planetlər sisteminin mərkəzində durur. Yer və digər planetlər Günəş ətrafında dövr edirlər.
N. Kopernikə qədər təxminən 15 əsr ərzində Yer kurəsi kainatın yeganə tərpənməz cismi hesab edilirdi. Bütün dinlər hesab edirdilər ki, bütün göy cisimləri Yer kürəsi və insanlar üçün yaradılıblar. Kopernikə görə isə Yer Günəş ətrafında fırlanan onlara bənzər planetlərdən biridir.
Alman astronomu Joqan Kepler (1572-1630) Kopernikin nəzəriyyəsini inkişaf etdirərək, planetlərin hərəkət qanunlarını kəşf etdi. İsaak Nyuton (1643-1727) ümümdünya cazibə qanunu kəşf etdi və bununla da planetlərin Günəş ətrafında fırlanmasının səbəbini müəyyən etdi.
Azərbaycanda əsası 1960-cı ildə qoyulmuş Nəsirəddin Tusi adına Şamaxı astrofizika rəsədxanası dəniz səviyyəsində 1435 m yüksəklikdə (Pirquluda ) yerləşir. 1966-cı ildə Almaniyada hazırlanaraq rəsədxanada quraşdırılmış 2 metrlik teleskop-reflektor rəsədxanasının əsas astronomik alətidir. Bundan başqa rəsədxanada fotoelektrik teleskop, meniskli (Maksutov) teleskopu, üfüqi Günəş teleskopu, xromosfer – fotosfer teleskopu da vardır.
Şamaxı astrofizika rəsədxanası dünyanın ən böyük rəsədxamnalarından biri olub müasir dövrün prooritet promlemləri ilə uzlaşdırılmış elmi proqram əsasında fəaliyyət göstərir.
Minillərlə aparılan təqiqatlar nəticəsində müasir astronomik cihazların imkan verdiyi dərəcədə kainatın aydın quruluşu müəyyən edildi.
19-cu əsrə qədər əsasən Günəş sistemi oyrənilirdisə, 19-cu əsrdən (xüsusi ilə 19-cu əsrin II-ci yarısından) başlayaraq Qalaktikanın-Günəş də daxil olan ulduzlar sisteminin quruluşu öyrənilməyə başlandı. 20-ci əsrdən sonra isə bizim Qalaktikadan kənarda olan qalaktikalar öyrənilməyə başlandı.
Dostları ilə paylaş: |