Sferik astronomiya-təcrübədən alınan məlumatlar əsasında müxtəlif koordenat sistemlərinin köməyi ilə göy cisimlərinin zahiri vəziyyətlərini və hərəkətlərini müəyyən etmək üçün riyazi metodlar hazırlayır, göy cisimlərinin koordinatlarının zamandan asılı olaraq qanunauyğun dəyişməsinin nəzəriyyəsini hazırlayır.
Fundamental astrometriya – müşahidə olunan göy cisimlərinin koordinantlarını təyin edir, ulduz kataloqları (cədvəlləri) tərtib edir və ən əsas astronomik sabitlərin ədədi qiymətlərini təyin edir.
Təcrübi astronomiya - ona xidmət edən alətlərin quruluşunu öyrənir. Çoğrafi koordinatları və istiqamətlərin azimutlarını, dəqiq vaxtı təyin etmək metodlarını təsvir edir.
2.Nəzəri astronomiya- göy cisimlərinin zahiri vəziyyətlərinə görə onların orbitlərinin təyin edilməsi metodlarını və göy cisimlərinin məlum orbit elementlərinə əsasən onların efemeridlərinin (zahiri vəziyyətlərinin) təyin edilməsi( tərs məsələ) metodlarını verir.