Sua Astronomiya elmi və onun inkisaf mərhələləri



Yüklə 1,47 Mb.
səhifə34/34
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#41658
1   ...   26   27   28   29   30   31   32   33   34
Astranomiya kolllllll

Hicri-Şəmsi təqvimi
Fəsillərin təkrarlanması Günəş ilinə (triopik ilə) bərabər olduğundan Ay təqvimindən istifadə edən xalqlar Günəş təqvimindən də istifadə etməli olmuşlar. Məşhur şair və riyaziyyatçı Ömər Xəyyamın (1048-1123) tərtib etdiyi Günəş təqvimin –Hicri-Şəms təqvim bu boşluğu doldurmuşdur.Hicri-Qəməri təqvimdə olduğu kimin bu təqvimdə də era Məhəmməd peyğəmbərin Məkkədən Mədinəyə köçdüyü vaxtdan, yəni milady tarix ilə 622-ci il 16 iyuldan başlaylır. Hicri-Şəms təqvimi ilə il 365 və ya 366 (hər 4 ildən bir) gündür. İlin birinci 6 ayının hər biri 31 gün,qalan 6 ayın 5-i 30 gün, sonuncusu isə 29 və yaxud 30 gündür. 33 Hicri-Qəməri ili 32 Hicri-Şəms ilinə bərabərdir. Bu təqvimdə 33 illik dövrdə 25 adi və 8 uzun il vardır. Ona görə təqvim ilinin orta uzunluğu  (orta Günəş günü).

Onda Hicri-Şəms təqvimdə orta təqvim ili ilə tropik il arasında fərq

365d,24242-365d,2422=0d,00022 olar.

Bu fərq yalnız 4500 ildə bir günə bərabər olur. Beləliklə Hicri-Şəms təqvimi Qriqori təqvimindən də dəqiqdir.

Hicri-Şəms təqvimində ilin başlanğıcı yazın gəldiyi vaxta uyğundur. Odur ki, bu təqvimdə fərvərdin ayının 1-i milady tarixi ilə 20 və ya 21 marta uyğundur.

Ömər Xəyyam və Qriqori (milady) təqvimləri üzrə ilin başlanğıcı eyni tarixə uyğun gəlmədiyindən milady tarixlə bir tam ildə Hicri-Şəms tarixlə iki ardıcıl ilin hissələri və əksinə olur.

Hicri-Şəms tarixi İranda 1925-ci ildə martın 21-də qəbul olunmuşdur. Həmin vaxt Hicri-Şəms təqvimi ilə 1304-cü il fərvərdin ayının 1-i dir.

Hicri-Şəms miladiyə çevirmək üçün həmin tarixin üstünə 622 gəlmək lazımdır.

Hicri-Şəms təqvim üzrə ayların ardıcıllığı belədir:


  1. Fərvərdin (31), 2. Ordubeheşt (31), 3. Xordad (31), 4. Tir (31), 5. Mordad (31),

6. Şəhrivər (31), 7.Mehr (30), 8.Abon (30), 9. Azər (30),10.Dey (30),11. Bəhmən (30),

12. Esfənd (29/30).





Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin