Təqvim
Böyük vaxt fasilələrini hesablama sisteminə təqvim deyilir. Bəşəriyyətin çox əsrlik tarixində çoxlu müxtəlif təqvim sistemləri tərtib olunmuş və istifadə edilmişdir.
Lakin bu təqvimləri üç əsas növə bölmək olar:
1.Günəş təqvimləri;
2.Ay təqvimləri
3.Ay-Günəş təqvimləri
Günəş təqvimlərinin əsasını tropik ilin uzunluğu, Ay təqvimlərinin əsasını Ayın sinodik dövr müddəti, Ay-Günəş təqvimlərinin əsasını bu iki sistemin kombinasiyası təşkil edir.
Əksər ölkələrdə qəbul edilmiş müasir təqvim Günəş təqvimidir. Günəş təqvimini tərtib edərkən aşağıdakı iki şərtin ödənilməsi vacibdir:
1.Təqvim ilinin uzunluğu mümkün qədər tropik ilin uzunluğuna yaxın olmalıdır.
2.Təqvim ili tam sayda günlərdən ibarət olmalıdır( Beləki, ilin birini gecə, ikincisini səhər, üçüncüsünü axşam və s. başlamaq çox əlverişsizdir).
Dostları ilə paylaş: |