Sua Astronomiya elmi və onun inkisaf mərhələləri


Ay təqvimi (Hicri-Qəməri təqvim)



Yüklə 1,47 Mb.
səhifə33/34
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#41658
1   ...   26   27   28   29   30   31   32   33   34
Astranomiya kolllllll

Ay təqvimi (Hicri-Qəməri təqvim)
Müsəlman ölkələrinin işlətdiyi hicri tarix Məhəmməd peyğımbərin Məkkədən Mədinəyə köçməsi-hicrət etməsi ilindən (miladi 622-ci il 16 iyuldan) hesablanır ki, bu tarix də ikidir: Hicri-Qəməri və Hicri-Şəms.

Ərəblər hələ eramızdan min il əvvəl Qəməri təqvimi işlədirdilər. Buna görə də Hicri tarix qəbul olunanda Qəməri təqvim əsas götürüldü və Hicri-Qəməri adlandırıldı.

Qəməri təqvim Ayın sinodik dövr perioduna əsaslanır. Ayın iki ardıcıl eyni adlı fazası arasında keçən vaxt fasiləsinə Ayın sinodik dövr periodu deyilir. Ayın sinodik dövr periodu Tsin=29.53gün=29d12h44d29s. Buna sinodik ay deyilir. (Ayın Yer ətrafında bir tam dövrünə sərf olunan zamana Ayın siderik dövr period deyilir: Tsid=27.32gün=27d07h43m11s, 47; ∆=2.21 gün).

Onda Ay təqvim ilinin uzunluğu 29.53x12=354.36 Orta Günəş günü olar. Ay təqvim ilində də aylar tam günlərdən ibarət olmalıdır. Ona görə də ilin 6 ayı 30 gün,6 ayı isə 29 gün götürülür. Onda Ay təqvim ilinin uzunluğu 29x6+30x6=354gün olur ki, bu da ay təqvim ili ilə ay astronomik ili arasında 0.36 gün fərq yaradır. Bu fərqi aradan qaldırmaq üçün təqvimə uzun il əlavə edilir.

Ərəblər Hicri-Qəməri tarixə miladi 637-ci ildə (xəlifə Ömərin göstərişi ilə) keçdilər.Bu təqvimə Hicri-Qəməri təqvim deyilir.

Hicri-Qəməri aylar aşağıdakılardır:



  1. Məhərrəm (30gün),

  2. Səfər (29gün),

  3. Rəbbiyül əvvəl (30),

  4. Rəbbiyül axir (29),

  5. Camadiyül-əvvəl(30),

  6. Camadiyül-axır (29),

  7. Rəcəb (30),

  8. Şaban (29).

  9. Ramazan (30),

  10. Şavval (29),

  11. Zil-Qidə (30),

  12. Zil-Hiccə (29/30).

Göründüyü kimi Ay təqvimi ilində 354 yaxud 355 gün vardır. Ay təqvimində 30 Ay ilində 19 adi və 11 uzun il olur. Bu o deməkdir ki, bir ay ilində orta hesabla: gün=354d8h48m var ki, bu da orta ay ilinin uzunluğudur.

Ayın eyni adlı fazasının təkrarlanma orta vaxtını 12-yə vursaq

29d12h44m29sx12=354d8h48m34,s8

alırıq ki, bu da orta Ay təqvim ilindən cəmi 34,s8 uzundur, yəni orta Ay təqvim ili həqiqi Ay təqvim ilinə çox yaxındır. Beləliklə Ay təqvimi də Günəş təqvimi kimi kifayət qədər dəqiqdir. Lakin, Ay təqvim ili Günəş təqvimi ilindən 11 gün (10-12gün) fərqli (qısa) olduğundan Hicri-Qəməri tarix miladi tarixi üzrə daim sürüşür. Hicri-Qəməri təqvim ili Məhərrəm ayının 1-də başlayır və hər ayın əvvəli axşamlar qərb tərəfdə nazik oraq şəklində görünən Ay fəzasına (təzə Ay fəzasına) uyğundur.

Hicri-Qəməri tarixdən milady tarixinə və əksinə keçmək üçün aşağıdakı təqribi düsturdan istifadə etmək olar:

(H-Hicri Qəməri tarix; M-Miladi tarixi).




Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin