Sua Astronomiya elmi və onun inkisaf mərhələləri


Sual 11 Tarixin dəyişdirildiyi xətt



Yüklə 1,47 Mb.
səhifə29/34
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#41658
1   ...   26   27   28   29   30   31   32   33   34
Astranomiya kolllllll

Sual 11 Tarixin dəyişdirildiyi xətt
Məlumdur ki, hər bir coğrafi meridianda gecə yarı ,yəni saat 2400 növbəti təqvim gününün başlanğıcı olur və beləliklə köhnə tarix yenisi ilə əvəz edilir.

Bu tarix hansı meridianda –xətdə birinci dəyişdirilir?

Beynəlxalq razılaşmaya görə bu xətt Antraktida müstəsna olmaqla heç yerdə qurudan keçməmək şərti ilə ya 180º-lik meridiandan,ya da onun yaxınlığından keçir,başqa sözlə bu xətt ,şimal qütbündən başlayaraq Çukot dənizindən Berinq körfəzindən və dənizindən,Sakit okendan keçir. Bu xəttə tarixin dəyişdirildiyi xətt deyilir. Bu xəttin mənasını izah edək. Fərz edək ki, Qrinviç meridianında 31 dekabrda (bu bazar günü olsun) günortadır. Deməli sıfırıncı dilində günortadadır (saat 1200-dır). Aydındır ki,Qrinviçdə günorta olanda 12-ci dilimdə artıq gecəyarıdır(saat 2400-dür),başqa sözlə 31 dekabrda Qrinviçdə günorta olan anda 12-ci dilimdə təqvim vərəqi dəyişdirilməlidir, yəni artıq yeni ilin 1 yanvarı daxil olmuşdur (həm də bazar ertəsi). Bəs 13-cü dilimdə? Bunu bilmək üçün 31 dekabrda (bazar günü) günorta anında Qrinviçdən qərbə səyahət edək. Qonşu qərb dilimində bu anda saat 1100,onun qonşusunda saat 1000 və s., nəhayət 13-cü dilimdə dekabrın 31-i təzəcə başlanmışdır. Başqa sözlə Alyaskada dekabrın 31-i başlamalıdır. Halbuki,Çukotkada 31 dekabr qurtarır. Beləliklə tarixin dəyişdirildiyi xətti şərqdən qərbə doğru keçəndə tarixə bir gün əlavə etmək, qərbdən şərqə doğru keçəndə isə əvvəlki tarixi saxlamaq lazımdır.Amma günün ortasında tarixi dəyişməmək üçün birinci halda (Alyaskadan Çukota keçəndə )gecəyarı iki ardıcıl təqvim vərəqi qoparılır,ikinci halda isə (Çukotdan Alyaskaya keçəndə)təqvim vərəqi saxlanılır.


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin