Ümumdünya vaxtı və yerli vaxt
Qrinviç meridianında təyin edilmiş orta günəş vaxtı orta Qrinviç vaxtı və yaxud ümümdünya vaxtı (T0) adlanır. Bu vaxta dünya vaxtı və ya unersal vaxt (UT)-da deyilir. Yerin hər hansı λ şərq coğrafi uzunluğunda orta Günəş vaxtı Tm=Tλ ümümdünya vaxtı T0 ilə
Tλ=T0+λ (1)
şəklindən əlaqədardır. Tλ – yerli vaxt adlanır. Beləliklə verilmiş coğrafi meridianda təyin olunmuş vaxta yerli vaxt deyilir. Eyni bir coğrafi meridianda yerləşən məntəqələrin yazbərabərlik nöqtəsindən və ya Günəşdən hesablanmış saat bucaqları eynidir. Ona görə də verilmiş coğrafi meridian üzrərində yerləşən bütün məntəqələr üçün yerli vaxt (ulduz vaxtı və ya günəş vaxtı ) eyni bir anda eynidir.
İki λ1 və λ2 coğrafi uzunluqlarda vaxtlar fərqi:
Tλ2-Tλ1=λ2-λ1 ( 2)
(1) və (2) düsturlarından coğrafi uzunluğu təyin etmək üçün istifadə olunur. Əlavə olaraq göstərmək olar ki, λ1və λ2 coğrafi uzunluqları üçün s2-s1=λ2-λ1 və T2-T1=λ2-λ1 ifadələri də doğrudur.
XIX əsrin ortalarınadək hər bir məntəqə də öz coğrafi uzunluğuna məxsus orta vaxtdan -yerli vaxtdan istifadə olunurdu. Yer səthində coğrafi meridianlar saysız olduğundan əməli həyatda yerli vaxtdan istifadə etmək əlverişli deyildir. Məsələn, təkcə Azərbaycanda şərq və qərb rayonları arasında yerli vaxtlar fərqi təqribən 20m təşkil edir. Halbuki eyni bir inzibati ərazidə eyni bir vaxtla işləyib yaşamaq daha məqsədə uyğundur. Məhz bu səbəbdən də XIX əsrin axırlarında dilim vaxtı adlanan hesablama sistemi qəbul edilmişdir.
Dostları ilə paylaş: |