Sua Astronomiya elmi və onun inkisaf mərhələləri


Orta Günəş günü və orta Günəş vaxtı



Yüklə 1,47 Mb.
səhifə24/34
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#41658
1   ...   20   21   22   23   24   25   26   27   ...   34
Astranomiya kolllllll

Orta Günəş günü və orta Günəş vaxtı
Göstərdik ki, həqiqi Günəş gününün uzunluğu il ərzində sabit qalmır. Bunun iki səbəbi var:

1.Günəşin görünən illik hərəkəti qeyri müntəzəmdir.

2.Günəş ekvator üzrə deyil, ona meyllik ekliptika üzrə hərəkət edir.

Hər iki hərəkət bərabər sürətli olmadığından həqiqi Günəş vaxtından istifadə etmək olmaz. Günəşlə bağlı dəyişməz vaxt vahidi, yəni gün yaratmaq üçün astronimiyada orta Günəş və yaxud orta ekvatoryal Günəş anlayışından istifadə olunur.

Günəşin ekliptika üzrə illik hərəkətinin orta sürəti ilə ekvator boyunca sabit sürətlə hərəkət edən və yazbərabərlik nöqtəsindən Günəş diski mərkəzi ilə eyni vaxtda keçən xəyali nöqtə orta Günəş və yaxud orta ekvatoryal günəş adlanır.

Orta Günəşin eyni coğrafi meridianda iki ardıcıl eyni adlı kuliminasiya anları arasında keçən vaxt fasiləsi orta Günəş günü adlanır. Orta günəşin saat bucağı tm ilə 12h –ın cəminə orta günəş vaxtı Tm deyilir.



Tm=tm+12h

Orta Günəşin yuxarı kuliminasiya anı orta günorta, aşağı kuliminasiya anı isə orta gecəyarı adlanır. Birinci halda tm=0h olduğundan Tm=12h olur, ikinci halda isə tm=12h olduğundan Tm = 12h +12h=24h və ya Tm=0h olur orta günün başlanğıcı bu ( Tm=0h) anıdır.

Orta Günəşin düz doğusu αm tropik il (T=365d,2422 ) ərzində 0h-dan 24h-a qədər dəyişir və bu dəyişmə sabit sürətlə baş verir. -dır.

Bu o deməkdir ki orta Günəş günü ulduz günündən 3m 56s,56 uzundur. Orta günü 24 bərabər hissəyə bölməklə orta saat, orta saatı 60-a bölməklə orta dəqiqə, orta dəqiqəni 60-a bölməklə orta saniyə alınır. Məişətdə “orta” sözü də atılır və saat dəqiqə və saniyə işlədilir. 24h=1440m=86400s. Aydındır ki, ulduz günün uzunluğu orta vaxt vahidi ilə 24h deyil, 24h-3m56s=23h56m04s-dir. Orta Günəş gününün uzunluğu isə ulduz vaxtı ilə 24h+3m56s=24h3m56s-dir.

Uzunluğu 365 orta gün olan bir təqvim ilində 366 ulduz günü vardır. Çünki Günəşin günlük və illik hərəkətinin istiqamətləri bir-birinin əksinə olduğyndan 365 orta gün ərzində yazbərabərlik nöqtəsi 366 dəfə yuxarı kulminasiyada olur.(yəni 366 ulduz günü keçir). Beləliklədə

365.2422 orta gün=366.2422 ulduz günü.

Orta Günəş daim Günəşin yaxınlığında-gah ondan bir qədər irəlidə,gah da bir qədər geridə olur. Beləliklə doğurdanda orta Günəş vaxt ölçmə sistemi həqiqi Günəşlə bağlı sistemdir.


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin