Siderik il və tropik il
Zodiak bürcləri ulduzlarının yuxarı kulminasiya anlarınıın müşahidələrindən müəyyən edilmişdir ki, Günəş ekliptika üzrə bir tam dövrünü T=365,2564 gün =365d06h 09m10s müddətə başa vurur. Günəş diski mərkəzinin ekliptika üzrə zahiri (görünən ) tam dolanma dövrü olan bu vaxt fasiləsinə siderik il və ya ulduz ili (T) deyilir. (“sidus” – latınca ulduz deməkdir). Aydındır ki,
Günəşin görünən orta günlük yerdəyişməsidir. Əgər Günəşin ekliptik uzunluğunun (λ) il boy müntəzəm olaraq təyin etsək, görərik ki,onun günlük yerdəyişməsi il ərzində sabit qalmır. Bunu belə də müəyyən etmək olar: Günəş yaz bərabərlik nöqtəsi dən çıxıb payız bərabərliyi nöqtəsinə çatması üçün 186 gün, payız bərabərliyi nöqtəsindən yaz bərabərlik nöqtəsinə çatması üçün isə 179 gün lazımdır. Deməli payız-qış dövrünə nisbətən Günəş yaz yay dövründə yerini ekliptika boyunca bir qədər ləng dəyişir. Yanvarın ilk günlərində günlük yerdəyişmə maksimum (61'),iyulun ilk günlərində isə minimum (57') olur. Hazırki epoxada nmax 3 yanvarda, nmin isə 4 iyulda olur.Ümumiyyətlə bu tarixlər min il ərzində uyğun olaraq yanvarın 2-si ilə 5- i və iyulun 1-i ilə 5-i arasında dəyişir. Bunun səbəbi yerin orbit elementlərinin kənar göy cisimləri tərəfindən sarsınmasıdır.
Günəş diskinin diametrini il ərzində ölçməklə müəyyən etmişlər ki, yanvarın ilk günlərində Günəş diski ən böyük (32'35') bucaq diametrinə, iyulun ilk günlərində isə ən kiçik (31'31') bucaq diametrinə malikdir. Bu göstərir ki, yanvarın ilk günlərində Günəş Yerə ən yaxın, iyulun ilk günlərində isə ən uzaq məsafədə olur. Günəşin Yerə ən yaxın vəziyyətinə perigey, ən uzaq vəziyyətinə isə apogey deyilir. Yerin Günəşə ən yaxın vəziyyəti periheli, ən uzaq vəziyyəti isə afeli adlanır. Günəşlə Yer arasındakı məsafənin il ərzində dəyişməsinin, Günəşin orta günlük yerdəyişməsinin qeyri müntəzəm olmasının səbəblərini Keplerin müvafiq qanunları ilə bağlamaq lazımdır.
Hələ eramızdan əvvəl II yüzilliyin ortalarında Yunan alimi Hipparx kəşf etmişdir ki, yazbərabərliyi nöqtəsi ekliptika üzrə Günəşin illik hərəkəti istiqamətinin əksinə sürüşür. Yazbərabərlik nöqtəsinin ekliptika üzrə il ərzində sürüşməsi 50,27-ə bərabərdir və buna illik presessiya deyilir. Bu ad hadisənin xarakterinə tam uyğundur. Doğurdan da, yaz bərabərlik nöqtəsi ekliptika üzrə Günəşin illik hərəkətinin əksi istiqamətdə sürüşdüyündən Günəş yazbərabərlik nöqtəsinə bir qədər tez çatır - yazbərabərlik nöqtəsi Günəşi qabaqlayır. Yer və Göy ekvatoru müstəvisi presessiya nəticəsində şərqdən qərbə doğru çox kiçik sürətlə dönür.
Bu zaman göy ekvatorunun düyün xətti də onun ucları olan yaz və payız bərabərliyi nöqtələri kimi ekliptika üzrə ildə 50,27 sürüşür.
Günəş illik presessiyaya bərabər olan qövsü
gün gün =20m 24S
müddətdə keçir. Deməli Günəş diski mərkəzinin yazbərabərliyi nöqtəsindən iki ardıcıl keçmə anları arasındakı vaxt fasiləsi (T) ulduz ilindən qədər qısa olmalıdır, yəni
yaxud .
Günəş diski mərkəzinin yaz bərabərlik nöqtəsindən iki ardıcıl keçmə anları arasındakı bu vaxt fasiləsi (T) tropik il adlanır və orta təqvim ili hesab edilir.
Dostları ilə paylaş: |