Vaxtın ölçülməsi
Zaman da məkanla birlikdə materiyanın varlıq formasıdır. Məkan kimi zaman da materiyasız heç bir məna kəsb etmir. Buna görə də biz vaxtı materiyanın hər hansı bir hərəkətini müşahidə etməklə ölçə bilərik.
Vaxt probleminin iki əsas məsələsi vardır:
1.İki hadisə arasındakı vaxt fasiləsini tapmaq .
2.Hadisənin baş verdiyi anı təyin etmək.
Vaxtın ölçülməsi göy sferinin günlük fırlanmasına və Günəşin illik hərəkətinə, daha doğrusu Yerin öz oxu ətrafında fırlanmasına və Yerin Günəş ətrafında fırlanmasına əsaslanır.
Gün adlanan əsas zaman vahidinin müddəti göydə seçilən nöqtədən asılıdır. Astronomiyada belə bir nöqtə olaraq aşağıdakılar qəbul olunur:
1) yaz barabərlik nöqtəsi;
2) Günəşin görünən diskinin mərkəzi (həqiqi Günəş);
3) “Orta Günəş”- ixtiyari zaman anı üçün göy sferində vəziyyəti nəzəri olaraq hesablanan fiktiv nöqtə.
Bu nöqtələr vasitəsi ilə təyin olunan üç müxtəlif zaman vahidləri uyğun olaraq ulduz günü, həqiqi Günəş günü və orta Günəş günü adlanır.
Bu vahidlərlə ölçülən zamana isə uyğun olaraq ulduz vaxtı, həqiqi Günəş vaxtı və orta Günəş vaxtı deyilir.
Dostları ilə paylaş: |