Sua Astronomiya elmi və onun inkisaf mərhələləri


Sual 9 Günəşin zahiri illik hərəkəti. Ekliptika



Yüklə 1,47 Mb.
səhifə18/34
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#41658
1   ...   14   15   16   17   18   19   20   21   ...   34
Astranomiya kolllllll

Sual 9 Günəşin zahiri illik hərəkəti. Ekliptika
Günəşin illik zahiri hərəkəti onun günlük və eləcə də göy sferinin günlük hərəkətinin əksi istiqamətində olub bir ildə öz tam dövrünü bitirir. Günəşin bir illik zahiri hərəkət yoluna ekliptika deyilir. Ekliptika müstəvisi RR' göy ekvator müstəvisi ilə iki nöqtədə kəsişir (şəkil 11).

Bu nöqtələrdən birinə yaz bərabərlik nöqtəsi (21 mart), diametral əks nöqtəyə isə payız bərabərlik nöqtəsi  (23 sentyabr) deyilir. Ekliptika müstəvisi ilə ekvator müstəvisi =±23º27'-lik bucaq altında kəsişir. Ekliptika müstəvisində yaz və payız bərabərlik nöqtələrindən başqa iki nöqtə də var: R-yay günəşduruşu nöqtəsi (22 iyun), R'-qış günəşduruşu nöqtəsi (22 dekabr).

Günəşin illik hərəkətinin əsas nöqtələri və əsas anları aşağıdakılardır.

21 mart – yaz bərabərliyi. Günəş göy ekvatorunu yaz bərabərlik nöqtəsi nöqtəsində kəsərək göyün cənub yarımkürəsindən şimal yarımkürəsinə keçir. Yerin şimal yarımkürəsində yaz fəsli başlayır. Günəş yaz bərabərlik nöqtəsi nöqtəsində olduğu zaman gecə-gündüz bərabər olur. =00, =00(0h) olur.

22 iyun –yay günəşduruşu – Şimal yarımkürəsində yayın başlanğıcıdır. Günəş ən yüksək şimal meylinə malikdir: δ=+ və bir neçə gün ərzində günorta vaxtı onun hündürlüyü dəyişmir. Şimal yarımkürəsində ən uzun gündüzlər, cənub yarımkürəsində isə ən qısa gündüzlər olur. δ=+=+23027 ; =90º(6h) olur.

23 sentyabr –payız bərabərliyi. Günəş ekvatoru payız bərabərliyi nöqtəsində kəsərək göyün şimal yarımkürəsindən cənub yarımkürəsinə keçir. Şimal yarımkürəsində payız başlayır. Günəş payız bərabərliyi nöqtəsində olduqda gecə və gündüz bərabərləşir. δ=0º; =180º(12h) olur.

22 dekabr –qış günəşduruşu –Şimal yarımkürəsində qışın başlanğıcıdır. Günəş ən böyük cənub meylinə bərabərdir: δ=-. Şimal yarımkürəsində ən qısa gündüzlər, cənub yarımkürəsində isə ən uzun gündüzlər olur. =-=-23027 ; =2700(18h) .

Günəşin iki ardıcıl yaz bərabərlik nöqtəsindən keçməsi üçün sərf olunan müddətə tropik il deyilir. 1 tropik il=365,2422 orta günəş günü = 365d5h 48m46s .




Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin