Sua Astronomiya elmi və onun inkisaf mərhələləri



Yüklə 1,47 Mb.
səhifə31/34
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#41658
1   ...   26   27   28   29   30   31   32   33   34
Astranomiya kolllllll

Yuli təqvimi
Günəşin yaz bərabərlik nöqtəsindən çıxıb yenidən yaz bərabərlik nöqtəsinə qayıtması üçün sərf olunan müddətə bir tropik il deyilir. Tropik ilin uzunluğu 365,2422 gün=365h05h48m46s-dir. Təqvim ili olaraq tropik ilin uzunluğu götürülür.

Eramızdan 46 il əvvəl Roma imperatoru Yuli Sezar İskəndəriyyəli astronom Sozigenin təklifi ilə Günəş təqvimi ilə bağlı fərman verdi. Bu fərmana görə:

1. Orta təqvim ili 365 gün 6 saatdan ibarət hesab edildi.

2. Hər dörd təqvim ilinin üçü 365 gün,biri (dördüncüsü) isə 366 gün qəbul olundu. 365 gündən ibarət təqvim ili adi, 366 gündən ibarət olan il isə uzun il qəbul edildi (Eranın başlanğıcı olaraq Roma şəhərinin yarandığı il qəbul edildi:b.e.ə 753-cü il).



Dördə qalıqsız bölünən il uzun il hesab edildi.

Günəş təqvimindəki (Yuli təqvimi) orta il əslindən yəni tropik ildən 365d6h - 365d05h48n46s=11m14s uzundur. Dörd ildə bu fərq 44m56s ,128 ildə~1 gün,400 ildə 3 gün edir.(məsələn, Yuli təqviminə əsasən 400 ildən sonra yaz bərabərliyi 3 gün əvvəl baş verir). Belə bir fərqin olması praktiki əhəmiyyət daşımadığı üçün Yuli təqvimindən bütün Avropa ölkələri təxminən 16 əsr istifadə etmişlər.Yuli təqvimi köhnə təqvim adlanır.



Qriqori təqvimi
Xristian kilsəsinin qanunlarına görə Pasxa bayramı yaz gırəndən sonrakı birinci bədrlənmiş Ay fazasından sonrakı birinci bazar günü keçirilməlidir.Bu qayda 325-ci ildə Nigey kilsə məclisində qəbul edilmişdi və həmin il yazın girməsi Yuli təqvimi ilə 21 marta təsadüf etmişdi.

1582-ci ildə, yəni bu qaydanın qoyulduğu tarixdən 1257 il sonra yaz bərabərliyi günü 11 marta təsadüf etmişdi, çünki, bu müddətdə Yuli təqvimi ilə toplanmış xəta 10 gün təşkil etmişdi.Dini bayramların keçirilməsində sürüşmə əmələ gəlməməsi üçün,yəni 21 martı yaz bərabərliyi gününə qaytarmaq üçün və həmçinin təqvim ilinin uzunluğu ilə tropik ilin uzunluğu arasındakı fərqi mümkün qədər kiçiltmək məqsədi ilə İtaliyalı alim(riyaziyyatçı və həkim) Lilionun məsləhəti ilə Roma papası XIII Qriqori Günəş təqviminə (Yuli təqviminə) düzəliş vermək haqqında islahat verdi və beləliklə yeni təqvim yarandı. Bu islahatda deyilir:

a) 1582-ci ildə oktyabrın 4-dən sonra gələn gün 5 oktyabr deyil,15 oktyabr hesab olunsun (dedik ki,1257 il ərzində Yuli təqvimində qəbul edilən il ilə tropik ilin fərqi 10 günə yaxındır).

b) gələcəkdə birinci iki rəqəmi dördə bölünməyən yüz illiklər (1700,1800,1900) uzun il hesab edilməsin (qeyd edək ki,400 ildə yaranan 3 gün fərqi nəzərə almaq üçün islahatın bu bəndindəki qayda məqsədəuyğundur).

Beləliklə yeni üsluba keçəndən bəri (yəni XX əsrə qədər) yaranan fərq 10+3=13 günə bərabər olur.

Qərb ölkələrinin əksəriyyətində XVI-XVII əsrlərdə Qriqori təqviminə keçdilər (yaranmış 10 gün fərqi nəzərə almaqla). Rusiyada isə yeni təqvimə 1918-ci ildə fevralın 1 də keçildi və fevralın 1-dən sonra gün 14 fevral hesab edildi (1582-ci ildən 1918-ci ilə qədər olan müddətdə əlavə 3 gün fərq də nəzərə alnmaqla).

Qriqori təqvimində 400 illik dövrdə 303 adi və 97 uzun il vardır. Ona görə də təqvim ilinin orta uzunluğu olur.

Buradan tropik il ilə Qriqori təqvim ilinin fərqi gün (orta Günəş günü) olur. Bu təqvimin də xətası var. Ancaq bu xəta çox kiçikdir, 3300 ildə təxminən 1 gün təşkil edir ki, buda praktiki cəhətdən məqbul sayıla bilər. İsa peyğəmbərin anadan olduğu gündən hesablanan və hazırda bir çox ölkələrdə (o cümlədən Azərbaycanda) işlənən Günəş təqvimi ilə verilən bu tarixə Miladi tarix deyilir. Hal-hazırda istifadə olunan Qriqori təqvimi yeni təqvim adlanır.




Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin