MəDİNƏYƏ ZİyarəT ƏDƏBİ



Yüklə 241,13 Kb.
Pdf görüntüsü
tarix01.06.2023
ölçüsü241,13 Kb.
#121725
az Madinaya ziyarat adabi



S
S
a
a
l
l
a
a
h
h
ə
ə
l
l
-
-
B
B
u
u
d
d
e
e
y
y
r
r
M
M
Ə
Ə
D
D
İ
İ
N
N
Ə
Ə
Y
Y
Ə
Ə
Z
Z
İ
İ
Y
Y
A
A
R
R
Ə
Ə
T
T
Ə
Ə
D
D
Ə
Ə
B
B
İ
İ
www.islamevi.az 



Bu kitab, DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT 
KOMİTƏSİNİN 
20/06/2006 tarixli № DK – 221d
saylı razılığı 
ilə nəşr edilmişdir. 
Kitabın müəllif hüquqları qorunur. 



M
M
Ə
Ə
D
D
İ
İ
N
N
Ə
Ə
Y
Y
Ə
Ə
Z
Z
İ
İ
Y
Y
A
A
R
R
Ə
Ə
T
T
Ə
Ə
D
D
Ə
Ə
B
B
İ
İ
Şübhəsiz ki, həmd ALLAH`a məxsusdur! Ona həmd 
edir, Ondan yardım və bağışlanma diləyirik! Nəfslərimizin 
şərindən və pis əməllərimizdən ALLAH`a sığınırıq! ALLAH 
kimə hidayət versə, heç kim onu azdıra bilməz! Kimi də 
azdırsa, heç kim ona hidayət verə bilməz! Şəhadət edirəm ki, 
ALLAH`dan başqa haqq ilah yoxdur. O, Təkdir və şəriki yox-
dur. Şəhadət edirəm ki, Muhəmməd  Onun qulu və 
Rəsuludur. ALLAH Q Ona, əhli-beytinə və əshabına çoxlu 
xeyir-dua və salam etsin!
“Ey iman gətirənlər! ALLAH`dan layi-
qincə qorxun! Yalnız müsəlman olduğunuz 
halda (müsəlman kimi) ölün!”
1
“Ey insanlar! Sizi tək bir şəxsdən 
(Adəmdən) xəlq edən, ondan zövcəsini (Həv-
vanı
) yaradan və onlardan da bir çox kişi və 
qadınlar törədən RƏBB`inizdən qorxun! (Adı 
ilə
) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz 
ALLAH`dan, həmçinin qohumluq əlaqələrini 
kəsməkdən həzər edin! Şübhəsiz ki, ALLAH 
sizin üzərinizdə gözətçidir!”
2
1 Ali-İmran surəsi, 3/102.
2 ən-Nisa surəsi, 4/1. 



“Ey iman gətirənlər! ALLAH`dan qorxun 
və doğru söz söyləyin! (Əgər belə etsəniz, ALLAH) 
əməllərinizi islah edər və günahlarınızı bağışla-
yar. Hər kəs ALLAH`a və Peyğəmbərinə itaət etsə, 
böyük bir səadətə (Cənnətə) nail olar.”
3
Ey müsəlmanlar!. Mədinə-i Nəbəviy-
yəyə gələnlər. Gözəl bir yerə gəldiniz və gözəl 
bir qazanc əldə etdiniz. Mədinədəki əməllə-
riniz xeyirli olsun! ALLAH Q saleh əməlləri-
nizi qəbul etsin! Sizi xeyirli əməllərinizə çat-
dırsın! Hicrət və zəfər yurdu, Muhəmməd 
Mustafanın  və fəzilətli səhabələrin hicrət 
etdikləri şəhər, Ənsarların diyarı Mədinəyə 
xoş gəldiniz. Sizlər bu ölkədə, Harameyn-i Şə-
rifeyn ölkəsində ailəniz, qohumlarınız və sizi 
sevənlər arasındasınız. Sizə xidmət etmək on-
lar üçün bir şərəfdir. Sizin rahatlığınız onların 
arzusudur. Ehtiyaclarınızı təmin etmək onla-
3 əl-Əhzab surəsi, 70-71. 



rın vəzifəsidir. Bu diyar sizin diyarınız, bu öl-
kə sizin ölkənizdir.
Ey Mədinənin qonaqları! Sizlər Mək-
kədən sonra yer üzünün ən xeyirli torpağı və 
ən şərəflisi sayılan bir məkandasınız. Bunun 
qiymətini və dəyərini bilin! Hörmətinə və 
müqəddəsliyinə diqqət edin! Burada ən gözəl 
ədəb ilə davranın! Bilin ki ALLAH Q, Mədi-
nədə bidət icad edəni ən pis əzab ilə təhdid 
etmişdir. Əbu Hureyrə , Rəsulullahın  
belə buyurduğunu rəvayət edir:
“Mədinədə A`yr ilə Sevr arası haram mə-
kandır. Kim orada bir bidət icad edərsə və ya bir 
bidət icad edənə sığınacaq verərsə ALLAH`ın, mə-
ləklərin, və bütün insanların lənəti onun üzə-
rinədir. ALLAH, Qiyamət günü ondan nə fərz nə 
nafilə heç bir əməlini qəbul etməz!”
4
Kim Mədinədə bir günah işləsə və ya 
günah işləyənə sığınacaq verər və qoruyarsa 
4 əl-Buxari. Muslim. 



özünü alçaldıcı bir əzaba və aləmlərin RƏBB`inin 
qəzəbinə düçar etmişdir.
Şübhəsiz ki, bidətlərin ən böyüyü bidət 
edərək Mədinənin saflığını pozmaq, xurafələrlə 
bulandırmaq və təmiz torpağını bidət görüşlər, 
şirk və İslama zidd olan müxtəlif düşüncələr və 
haramlar əhatə edən kitablar yayaraq çirklən-
dirməkdir. Bu bidətləri icad edən və sığınacaq 
verənin günahı eynidir.
Ey öncəkilərin və sonrakılərin seyyidi-
nin  məscidinə gələn ziyarətçi! Bu ziyarə-
tinlə əlaqəli hökmləri anladınmı? Bu hökmlər-
dən halal və haram olanını öyrəndinmi? 
Yoxsa sən də cahili təqlid edən, elmsiz insan-
lara uyan və Rəsulullahın  sünnəsindən xə-
bərsiz olanlardansan?
Ey dəyərli ziyarətçi! İndi sənə bir neçə 
söz deyəcəm və Quran və sünnədən seçilmiş 
bəzi öyüdlər verəcəm. Bunlar, bu ziyarətinlə 
əlaqəli hökmlər haqda səni məlumatlandır-
maq üçün bəzi işarələrdir. Müsəlman, Quran 



və Sünnə ilə azmışların zəlalətindən və cahil-
lərin cahilliyindən, sözlərdə və davranışlarda-
kı bidətlərdən qorunur.
Ey müsəlmanlar!.. Məscid-i Nəbəvini zi-
yarət etmək sünnələrdən biridir və vacib deyil-
dir. Bu ziyarətin həcc ilə bir əlaqəsi yoxdur. 
Həcci tamamlayan davranışlardan da deyildir. 
Məscid-i Nəbəvini və ya Rəsulullahın  qəb-
rini ziyarətin həcc ilə əlaqəsi haqda rəvayət 
edilən hədislər uydurma və yalandır. Kim Mə-
dinəyə Məscid-i Nəbəvini ziyarət et-mək üçün 
gəlirsə, məqsədi qəbul olunar və davranışı (sa-
vabla) mükafatlandırılar. Kim də qəbirləri zi-
yarət etmək və onlardan yardım diləmək üçün 
Mədinəyə gəlirsə, məqsədi haramdır və etdiyi 
rədd edilər. Əbu Hureyrə , Rəsulullahın  
belə buyurduğunu rəvayət edir:



“Ancaq üç məscidi ziyarət etmək məqsədilə 
səfərə çıxılır: Məscid-u`l-Haram, mənim bu məsci-
dim (Məscidu`n-Nəbəvi) və Məscidu`l-Aqsa.”
5
Cabir , Rəsulullahın  belə bu-
yurduğunu rəvayət edir: 
“Səfərə çıxılan yerlərin ən xeyirlisi bu məscidim 
(Məscid-u`n-Nəbəvi) və Beytu`l-A`tiq (Kəbə)`dir.”
6
Ey müsəlmanlar! Məscid-i Nəbəvidə 
qılınan namazın fərz və ya nafilə olsun qat-qat 
savabı vardır. Rəsulullah  belə buyurur:
“Bu məscidimdə qılınan bir namaz, Məs-
cid-u`l-Haramdan başqa digər məsciddə qılınan 
min namazdan daha üstündür.”
7
5 əl-Buxari. Muslim. 
6 Əhməd İbn Hənbəl. 
7 əl-Buxari. Muslim. 



Fəqət, Məscid-i Nəbəvidə qılınan na-
mazın savabı qat-qat çox olsa da nafilə namazı 
evdə qılmaq daha fəzilətlidir. Çünki Rəsulul-
lah  belə buyurmuşdur: 
“Şübhəsiz ki, namazların ən fəzilətlisi, fərz 
namazlardan başqa, insanın evində qıldığı namazdır.”
8
Ey bu uca məscidi ziyarətə gələn də-
yərli ziyarətçi! Bil ki, Məscid-i Nəbəvinin di-
rəkləri, divarları, qapıları, mehrabı və minbəri 
kimi bölümlərinə əl sürtərək və ya öpərək 
bərəkət ummaq caiz deyildir. Eyni şəkildə Rə-
sulullahın  qəbrinin olduğu bölümü əllə 
salamlayaraq, öpərək və ya paltarı sürtərək 
bərəkət ummaq da caiz deyildir. Bu bölümü 
tavaf etmək də caiz deyildir. Kim bunlardan 
birini edərsə, tövbə etməsi və bu işi bir daha 
etməməsi vacibdir.
8 əl-Buxari. Muslim. 


10 
Məscid-i Nəbəvini ziyarət edənin, Ravza-
i Şərifdə (Rəsulullahın  evi ilə minbəri ara-
sındaki məkan) iki rükət və ya dilədiyi qədər 
nafilə namaz qılması məşrudur. Çünki bunun 
faziləti haqqında dəlil vardır. Əbu Hureyrə , 
Rəsulullahın  belə buyurduğunu rəvayət edir: 
“Evimlə minbərimin arası cənnət baxça-
larından bir baxçadır və minbərim hovuzumun 
üzərindədir.”
9
Yezid ibn Əbi Ubeydə  belə deyir: 
“Sələmə ibn əl-Əkva`  ilə (Məscidu`n-
Nəbəviyə) gəlirdim. Mushafın qoyulduğu ye-
rin yanındakı dirəyin dibində, yəni Ravza-i 
Şərifdə namaz qılardı. Dedim ki: “Ey Əba 
Muslim! Bu dirəyin yanında namaz qılmağa 
çalışdığını görürəm.” Belə dedi: “Rəsulullahın 
, onun yanında namaz qılmağa çalışdığını 
gördüm.”
10
9 əl-Buxari. Muslim. 
10 əl-Buxari. Muslim. 


11 
Ravza-i Şərifdə namaz qılmağa çalış-
maq, insanların haqqını pozmağı, zəifləri və 
gücsüzləri itələməyə sövq etməməlidir. Mədi-
nəni ziyarət edənin və orada yaşayanın Rəsu-
lullaha  tabe olaraq ümrə savabı qazanmaq 
məqsədilə namaz qılmaq üçün Quba Məs-
cidinə getməsi məşrudur.
Səhl ibn Cuneyf , Rəsulullahın  
belə buyurduğunu rəvayət edir: 
“Kim bu məscidə (Quba Məscidinə) gəl-
mək üçün evindən çıxar və burada namaz qılarsa, 
bu ümrəyə bərabər olar.”
11
İbn Macəhdəki rəvayət belədir: 
“Kim evində təmizlənər sonra Quba Məs-
cidinə gələr və orada namaz qılarsa ona ümrə sa-
vabı vardır.”
12
11 Əhməd İbn Hənbəl. 
12 İbn Macəh. 


12 
Səhiheyndə (əl-Buxari və Muslim) 
Rəsulullahın  Quba Məscidinə hər şənbə 
günü ayaqla və minək üstündə gəldiyi və 
orada iki rükət namaz qıldığı rəvayət edilir.
13
Ey dəyərli ziyarətçi! Mədinə-i Nəbə-
viyyədə bu iki məsciddən, Rəsulullahın  
məscidi və Quba Məscidindən başqa digər bir 
məscidi ziyarət etmək məşru deyildir. Ziya-
rətçinin və ya başqasının xeyir əldə etmək ya 
da orada ibadət etmək məqsədilə şəriətin 
müstəhəb görmədiyi (savab görmədiyi) bir 
yerə xüsusilə getmək məşru deyildir. Rəsu-
lullahın  əmr etdiyi və ziyarətinə həvəs-
ləndirdiyi yerlərdən başqa, Rəsulullahın  
və ya səhabələrin namaz qıldığı yerləri və 
məscidləri, orada namaz qılmaq və ya dua 
etmək və buna bənzər məqsədlərlə axtarmaq 
da məşru deyildir. Marur ibn Suveyddən  
belə dediyi rəvayət edilir: Ömər ibn əl-Xattab 
13 əl-Buxari. Muslim. 


13 
 ilə birlikdə yola çıxmışdıq. Yolun bir bö-
lümündə qarşımıza bir məscid çıxdı. İnsanlar 
dərhal orada namaz qılmağa başladılar. Ömər 
 “Nə edirsiniz?” dedi. Dedilər ki: “Bu, Rə-
sulullahın  namaz qıldığı bir məsciddir. 
Ömər  belə dedi: “Ey insanlar! Şübhəsiz 
sizdən öncəkilər, belə şeylərə tabe olduqları 
üçün həlak oldular. Kimə orada bir namaz 
(vaxtı) rast qəlsə, orada namaz qılsın! Kimə də 
orada bir namaz (vaxtı) rast qəlməsə keçib 
getsin!”
14
Ömər İbn əl-Xattaba  bir grup in-
sanın Rəsulullaha  beyət edilən ağacın al-
tına getdikləri xəbəri çatdıqda, Ömər  ağa-
cın kəsilməsini əmr edir və ağac kəsilir.
15
Ey müsəlmanlar!. Məscidu`n-Nəbəvini 
ziyarət edən kişilərə Rəsulullahın  qəbrini və 
iki səhabəsinin, Əbu Bəkr  və Ömərin  
qəbirlərini onlara salam vermək və onlar üçün 
14 İbn Əbi Şeybə. 
15 İbn Əbi Şeybə. 


14 
dua etmək məqsədilə ziyarət etməsi məşrudur. 
Qadınların isə qəbirləri ziyarət etməsi caiz 
deyildir. Bu alimlərin görüşlərindən ən doğru 
olanıdır.
İbn Abbasdan  rəvayət edilən bir 
hədisdə, Rəsulullahın  qəbirləri ziyarət 
edən qadınlara və qəbirlərin üstündə məscid 
tikənlərə və şam yandıralara lənət etdiyini 
bildirilir.
16
Əbu Hureyrədən  rəvayət edilən bir 
hədisdə, Rəsulullahın  qəbirləri çoxlu ziyarət 
edən qadınlara lənət etdiyini bildirilir.
17
Rəsulullahın  qəbrini ziyarət etmə-
yin şəkli belədir: Ziyarətçi Rəsulullahın  
qəbrinə gəlir və üzünü qəbrə döndərərək “əs-
Salamu a`ləykə ya RasulALLAH/Sənə salam olsun 
ey ALLAH`ın Rəsulu!”
deyir, yarım metr 
sağına irəliləyir və “əs-Salamu a`ləykə ya Əba 
Bəkr/Sənə salam olsun ey Əbu Bəkr!”
deyərək 
16 Əbu Davud. ət-Tirmizi. İbn Macəh. 
17 ət-Tirmizi. 


15 
Əbu Bəkrə salam verir. Yenə yarım metr sa-
ğına doğru irəlləyir və “əs-Salamu a`ləykə ya 
Ömər/ Sənə salam olsun ey Ömər!”
deyərək 
Ömərə salam verir.
Ziyarətçi bu xətalara düşməkdən 
çəkinməlidir: 
Birinci xəta: Rəsulullaha  (bir şey 
istəmək üçün) dua etmək, Ona  səslənmək 
və Ondan  yardım diləmək. Bəzi insanlar 
belə deyir: “Ey ALLAH`ın Rəsulu! Xəstəmə 
şəfa ver!” “Ey ALLAH`ın Rəsulu borcumun 
ödənməsinə yardım et!” “Ey dilək qapım!” Bu 
və buna bənzər sözlər, şirk sözlərdən və bidət 
davranışlardandır. ALLAH`ın qulları üzərin-
dəki haqqı olan tövhidə ziddir. 
İkinci xəta: Qəbrin önündə sağ əli sol 
əl üzərinə bağlayaraq namazda olduğu kimi 
durmaq. Bu haram olan bir davranışdır. 
Çünki bu duruş boyun əymə və ibadət ifadə 
edir və ancaq ALLAH Q üçün edilə bilər. 


16 
Üçüncü xəta: Qəbir önündə əyilmək, 
səcdə etmək və ya buna bənzər ALLAH`dan Q 
başqası üçün edilməsi caiz olmayan hərəkətlər 
etmək. Kays ibn Sa`d  belə deyir: Hıyraya 
(Küfə yaxınlarında bir bölqə) getdim və orada 
qəhramanlarına səcdə etdiklərini gördüm. De-
dim ki: “Rəsulullah , səcdə edilməyə daha 
layiqdir. Rəsulullahın  yanına gəldim və “Hıy-
raya getdim və onların qəhramanlarına səcdə 
etdiklərini gördüm. Ey ALLAH`ın Rəsulu! Sənə 
səcdə etməyimiz daha layiqdir” dedim. Rəsulul-
lah  belə buyurdu: 
“Nə deyirsən, qəbrimin yanından keçsən 
ona səcdə edərsən?” 
“Xeyir” dedim. Rəsulullah  belə 
buyurdu: 
“Belə etməyin (yəni səcdə etməyin).”


17 
Ənəs , Rəsulullahın  belə 
buyurduğunu rəvayət edir: 
“Bir insanın, başqa bir insana səcdə etməsi 
doğru deyildir.”
18
Dördüncü xəta: Qəbirlərin yanında 
ALLAH`a Q dua etmək və ya qəbirlərin ya-
nında edilən duanın qəbul edildiyinə inan-
maq. Bu da haram edilən bir davranışdır. 
Çünki şirkə yol açan səbəblərdəndir. Qəbir-
lərin yanında və ya Rəsulullahın  qəbrinin 
yanında dua daha fazilətli ya da daha doğru, 
ALLAH`a Q daha sevimli və qəbul edilməyə 
daha layiq olsaydı, Rəsulullah  bizləri buna 
həvəsləndirərdi. Çünki O , cənnətə yaxın-
laşdıracaq heç bir şeyi buraxmamış, ümmətini 
ona həvəsləndirmişdir.
Rəsulullah  belə bir tövsiyə etmə-
dikdə, bunun məşru olmayan bir davranış, 
18 Əhməd İbn Hənbəl. 


18 
haram olan və qadağan edilən bir iş olduğu 
bilinir. Əbu Ya`la  və Hafiz Ziya əl-Maqdisi 
 bunu rəvayət edir: “Əli ibn Huseyn , 
Rəsulullahın  qəbrinin yanındakı bir boşlu-
ğa gələn bir adam görür. Adam ora girir və 
dua edir. Əli ibn Huseyn  adamı bundan 
çəkindirərək belə deyir: “Sizə atamdan eşit-
diyim, onun da babasından, onun da Rəsu-
lullahdan  eşitdiyi bir hədis söyləyimmi?: 
“Qəbrimi bayram yerinə və evlərinizi 
qəbirlərə çevirməyin! Mənə xeyir-dua edin! Çünki 
salamınız harada olsanız da mənə çatar!”
Beşinci xəta: Mədinəyə gələ bilməyən-
lərin, bəzi ziyarətçilərlə, Rəsulullaha  salam 
göndərməsi və bəzi ziyarətçilərin bu salamı 
çatdırmağa razılaşması. Bu, bidət olan bir dav-
ranış və sonradan uydurulmuş bir işdir. Ey 
Rəsulullaha salam göndərənlər və bu salamı 


19 
daşıyanlar! Rəsulullahın  dediyini etməyiniz 
sizə kifayətdir. Rəsulullah  belə buyurur:
“Mənə xeyir-dua edin! Çünki salamınız 
harada olsanız da mənə çatar!” 
Yenə belə buyurur: 
“ALLAH`ın yer üzündə gəzən mələkləri 
vardır, mənə ümmətimdən salam çatdırırlar.”
19
Altıncı xəta: Rəsulullahın  qəbrini 
təkrar-təkrar və çoxlu ziyarət etmək. Misal 
üçün hər fərz namazdan sonra və ya hər gün 
xüsusilə müəyyən bir namazdan sonra ziyarət 
etmək. Bu davranış, Rəsulullahın : 
“Qəbrimi bayram yerinə çevirməyin!” 
xəbərdarlığına ziddir. İbn Hacər əl-Heytəmi 
 “əl-Mişkat” əsərinin şərhində belə deyir: 
19 Əhməd İbn Hənbəl. 


20 
(
ﻩﺩﻮﻌﺗ ،ﻩﺩﺎﺘﻋِﺇ ،ﻩﺩﺎﻋ) adəhu, i`tadəhu və təavvədəhu, 
“onun adəti halına gəldi”
deməkdir. Hədisin 
mənası; “Qəbrimi vərdişə çevrilən, çoxlu və tək-
rar-təkrar ziyarət edilən bir yer halına gətir-
məyin!”
dir. Buna görə Rəsulullah  “Mənə 
xeyir-dua edin! Çünki salamınız, harada olsanız da 
mənə çatar!”
buyurmuşdur. Hədisdə kinayə 
yolu ilə buna işarə edilir.
İbn Rüşdün  “əl-Cami li`l-Bəyan” adlı 
əsərində isə bu zikr edilir: Rəsulullahın  
qəbrini hər gün ziyarət edən bir əcnəbi 
haqqında İmam Malikə  sual verilir. İmam 
Malik  belə deyir: “Bu dindən deyildir. Son-
ra bu hədisi zikr edir: “ALLAH`ım! Qəbrimi, 
ibadət edilən bir büt etmə!”
İbn Rüşd  belə 
deyir: “Rəsulullahın  qəbrinin önündən 
təkrar-təkrar keçərək Onu  salamlamaq və 
hər gün qəbrin yanına gəlmək məkruhdur. 
Bu, qəbri, hər gün orada namaz qılmaq məq-
sədi ilə gedilən məscid etməmək üçündür. 


21 
Rəsulullah  bundan çəkindirmiş və belə 
buyurmuşdur: 
“ALLAH`ım! Qəbrimi ibadət edilən bir 
büt etmə!” 
Qəbrin önündə hər gün bir dəfə və ya 
daha çox duran, salam verib dua edən, Mə-
dinə əhlindən bəzi insanlar haqqında Qadı 
İ`yada  sual verirlər. O, belə deyir: “Fiqh 
əhlindən heç kimdən bu haqda mənə heç bir 
şey çatmadı. Bu ümmətin sonradan gələnləri 
ancaq öncəkilərin islah olduğu şeylə islah ola-
caqdır. Mənə bu ümmətin öncəkilərinin bunu 
etdiklərinə dair heç bir şey çatmadı.”
Yeddinci xəta: Məscid-i Nəbəvinin hər 
yönündən Rəsulullahın  qəbrinə doğru 
dönmək, məscidə hər girişdə və ya hər na-
mazdan sonra üzünü qəbrə çevirmək. Əlləri 
bağlayaraq başı önə əymək və bu şəkildə sa-
lam vermək. Bu davranışlar, insanlar arasında 
yayılmış bidətlərdəndir.


22 
ALLAH`ın qulları! ALLAH`dan Q qor-
xun, bidətlərdən və İslama zidd olan davra-
nışlardan çəkinin! Şəhvətdən və kor-koranə 
təqliddən çəkinin! Əməllərinizi dəlilə əsas-
lanaraq edin!
ALLAH belə buyurur:
“Məgər RƏBB`indən bir dəlilə olan 
(dəlilə istinad edən) kimsə pis əməli özünə yaxşı 
göstərilən kimsə kimidirmi?! Belələri öz 
nəfslərinə uymuşlar.”
20
ALLAH Q məni və sizi, Rəsulullahın 
 yolunda gedənlərdən etsin! Eşitdiyiniz bu 
sözləri söyləyir və ALLAH`dan Q bağışlanma 
diləyirəm!
Ehsanı üçün ALLAH`a həmd olsun! 
Müvəffəqiyyətli etməsi və nemətləndirməsi 
səbəbilə Ona şükürlər olsun! ALLAH`dan 
başqa haqq ilah olmadığına şəhadət edirəm. 
O, Təkdir və şəriki yoxdur, şanı ucadır. 
20 Muhəmməd surəsi, 47/14. 


23 
Şəhadət edirəm ki, Muhəmməd Onun qulu və 
Rəsuludur. ALLAH`ın Q rizasına dəvət edən-
dir. ALLAH Ona, əhli-beytinə, əshabına və 
din qardaşlarına xeyir-dua və çoxlu salam 
etsin! 
Bundan sonra... Ey ALLAH`ın qulları! 
ALLAH`dan layiqincə qorxun! Ona itaət edin 
və Ona qarşı asi olmayın!
ALLAH Q belə buyurur:
“Ey iman gətirənlər! ALLAH`dan qorxun 
və (imanında, sözündə, işində) doğru olanlarla 
olun! (Peyğəmbər və onun sadiq əshabələri ilə birlikdə 
olun!
)”
21
Ey müsəlmanlar! Mədinə-i Nəbəviy-
yəni ziyarət edən kişilərə, Bəqi qəbiristanlığını 
və Uhud şəhidlərini, onlara salam vermək və 
onlar üçün dua etmək məqsədilə ziyarət et-
mələri məşrudur. Bureydə  belə deyir: 
21 ət-Tövbə surəsi, 9/119. 


24 
“Rəsulullah , onlara qəbiristanlıqlara get-
dikləri zaman belə demələrini öyrədirdi: 
“Bu diyarın mömin və müsəlman sakinlə-
ri! Salam sizin üzərinizə olsun! Biz də ALLAH`ın 
izni ilə sizə qovuşacağıq! ALLAH`dan bizim və si-
zin üçün afiyət diləyirəm!”
22
Qəbir ziyarəti, bu iki böyük məqsəd 
üçün məşru edilmişdir: 
Birincisi; ziyarətçinin ibrət alması və 
ölümü xatırlaması üçündür. 
İkincisi; ziyarət edilən üçündür. Onun 
üçün ALLAH`a Q dua edilir. ALLAH`ın Q ona 
rəhmət etməsi və onu bağışlaması istənilir.
Qəbir ziyarətinin caiz olması üçün zi-
yarətdə pis söz söyləməmək şərtdir. Bu söz-
lərin ən böyüyü şirk və küfrdür. Bureydə 
atasından , Rəsulullahın  belə buyurdu-
ğunu rəvayət edir: 
22 Muslim. 


25 
“Sizə qəbir ziyarətini qadağan etmişdim. 
Kim ziyarət etmək istəyirsə ziyarət etsin! (Orada) 
pis söz söyləməyin!”
23
Mədinədəki bu qəbirlərin və başqa qə-
birlərin ətrafında tavaf etmək, onlar tərəfə və 
ya onların arasında namaz qılmaq, Quran 
oxumaq, dua etmək və buna bənzər ibadətlər 
etmək caiz deyildir. Çünki bunlar aləmlərin 
RƏBB`i ALLAH`a Q şirk qoşulmasına yol 
açan davranışlar, üzərində məscid bina edil-
məsə belə qəbirləri məscidə çevirməkdir. Aişə 
 və İbn Abbas  deyirlər ki: Rəsulullah 
 ölüm ayağında belə buyurur: 
“ALLAH yəhudilərə və xristiyanlara lənət 
etsin! Onlar peyğəmbərlərinin qəbirlərini məscid-
lərə çevirdilər!”
24
Rəsulullah  belə buyurur: 
23 ən-Nəsai. 
24 əl-Buxari. 


26 
“İnsanların 
ən 
şərliləri 
Qiyamət 
qoptuğunda həyatda olanlar və qəbirləri məscidə 
çevirənlərdir.”
25
Əbu Mərsəd , Rəsulullahdan  
belə eşitdiyini rəvayət edir:
“Qəbirlərin üstündə oturmayın və onlara 
tərəf namaz qılmayın.”
26
Əbu Said əl-Xudri , Rəsulullahın 
 belə buyurduğunu rəvayət edir: 
“Qəbirlər və hamamlardan başqa bütün 
yer üzü məsciddir.”
27
Ənəs , Rəsulullahın  qəbirlər 
arasında namaz qılmağı qadağan etdiyini 
rəvayət edir.
28
25 Əhməd İbn Hənbəl. 
26 Muslim. 
27 Əhməd İbn Hənbəl. 
28 İbn Hibban. 


27 
Qəbirlərin üstündə səcdə etmək caiz 
deyildir. Əksinə bu cahilcə və bütpərəstcə bir 
davranışdır. Batil bir düşüncə və ağılsız bir 
hərəkətdir. Bu və digər qəbirləri ziyarət edən-
lərin onlara əl sürtməsi, öpməsi, bədəninin bir 
bölümünü qəbrə yaslaması, şəfa tapması üçün 
torpağını üstünə səpməsi və ya yuyunmaq 
üçün bir miqdar torpağından alması caiz 
deyildir. Yenə ziyarətçinin bərəkət umaraq 
saçının bir qismini, məndilini və ya rəsmini 
qəbrin torpağına basdırması caiz deyildir.
Qəbirlərə pul, buğda və buna bənzər 
şeylər atmaq caiz deyildir. Bu cür davranış-
lardan hər hansı birini edənin tövbə etməsi və 
bir daha onu etməməsi vacibdir. 
Qəbirləri ətirləndirmək; ALLAH`dan Q 
“onların haqqı və ya məqamı üçün” istəmək caiz 
deyildir. Əksinə bu haram edilən bir təvəssül 
şəklidir. Şirkə yol açan davranışlardandır.
Qəbirlərin üstündə şəkil çəkmək də 
caiz deyildir. Çünki bu, onların ucaldılmasına 


28 
və onların vasitəsilə fitnəyə düşülməsinə 
səbəb olur. İslama zidd olan bu cür hərəkətlər 
etmək, qəbiristanlıqda istəyənlərə ətir, buğda 
və buna bənzər şeylər satmaq da caiz deyildir.
Ölülərdən yardım istəmək, onlardan 
mədəd ummaq; onlara səslənib, onlardan eh-
tiyacını təmin etməsini, fayda gətirməsini və 
bəlalardan qorumasını istəmək böyük şirkdir. 
Bu, edəni İslam dinindən çıxarar, bütpərəst-
lərdən edər. Çünki bəlaları və çətinlikləri an-
caq ALLAH Q yox edə bilər. ALLAH Q belə 
buyurur:
“…Bu sizin RƏBB`iniz olan ALLAH`-
dır, mülk Onundur. Sizin Ondan qeyri ibadət 
etdikləriniz bir çəyirdək qabığına belə sahib 
deyillər. Əgər siz onları çağırsanız (dua etsəniz), 
onlar sizin çağırışınızı eşitməzlər; eşitsələr də 
cavab verə bilməzlər. Özləri də Qiyamət günü 
sizin (Onları ALLAH`a) şərik qoşduğunuzu 
(onlara büt kimi ibadət etdiyinizi) danacaqlar. (Ya 


29 
Peyğəmbər!
) Heç kəs sənə hər şeydən xəbərdar 
olan (ALLAH) kimi xəbər verə bilməz!”
29
ALLAH Q belə buyurur: 
“De: “(ALLAH`dan) başqa tanrı güman 
etdiklərinizi (köməyə) çağırın! Onlar sizi nə 
möhnətdən qorumağa, nə də onu dəyişməyə 
(sizdən sovuşdurub başqasına tərəf yönəltməyə) 
qadir deyillər! Onların tapındıqları tanrıların 
özlərindən hər hansı biri (ALLAH dərgahına) 
daha yaxın olsun deyə, RƏBB`inə vəsilə axta-
rır, Onun rəhmətini umur, əzabından qorxur. 
Həqiqətən, RƏBB`inin əzabı qorxuludur!”
30
ALLAH`dan layiqincə qorxun, ey 
ALLAH`ın qulları! Bütlərə tapanların və şey-
tanın dostlarının davranışlarından çəkinin! 
Çünki onlar məscidləri tərk edib, qəbirləri 
ucaldırlar. ALLAH`a Q sığının və başınıza gə-
29 əl-Fatir surəsi, 35/13-14. 
30 əl-İsra surəsi, 17/56-57. 


30 
lən çətinlikləri uzaqlaşdırmasını ALLAH`dan 
Q
diləyin! ALLAH Q belə buyurur: 
“Əgər ALLAH sənə bir sıxıntı versə, (səni 
ondan
) ALLAH`dan başqa heç kəs qurtara bil-
məz. Əgər (ALLAH) sənə bir xeyir yetirsə (heç kəs 
Ona mane ola bilməz
). Çünki O, hər şeyə Qadirdir! 
O Öz qulları üzərində Hakimi-Mütləqdir. O, 
Hikmət sahibidir, (hər şeydən) Xəbərdardır!”
31
İnsanların ən xeyirlisinə xeyir-dua və 
salam edin! Çünki bunu sizə ALLAH Q əmr 
etmişdir. O Q belə buyurur:
“Həqiqətən, ALLAH və Onun mələkləri 
Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). 
Ey iman gətirənlər! Siz də ona salavat göndərib 
(onun üçün salavat deyib) layiqincə salamlayın!”
32
31 əl-Ən`am surəsi, 6/17-18. 
32 əl-Əhzab surəsi, 33/56. 


31 
Salah əl-Budeyr 
25.11.1422 hicri 

Yüklə 241,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin