Sua Astronomiya elmi və onun inkisaf mərhələləri


Sual 3 Astronomik koordinat sistemləri



Yüklə 1,47 Mb.
səhifə7/34
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#41658
1   2   3   4   5   6   7   8   9   10   ...   34
Astranomiya kolllllll

Sual 3 Astronomik koordinat sistemləri.

1. Üfüqi koordinat sistemi

Göy sferində qurulan koordinat sistemi astronomik koordinat sistemi, yaxud göy sferik koordinat sistemi adlanır. Göy cisimlərinin və göy sferası nöqtələrinin görünən vəziyyətləri bu koordinat sistemində iki sterik koordinatla (iki bucaqla) təyin olunur. Astronomiyada bir neçə sferik koordinat sistemi vardır və bunların hər biri müəyyən məsələlərin həllində tətbiq edilir. Hər bir astronomik koordinat sistemi əsas böyük dairə və bu dairənin qütblərindən və koordinatları axtarılan göy cismindən keçən yarımdairə ilə səciyyələnir. Əsas böyük dairənin qütbləri koordinat sisteminin qütbləri, onlardan və göy cismindn keçən yarımdairə isə yardımçı dairə adlanır.

Üfüqi koordinat sistemində əsas müstəvi həqiqi üfüq müstəvi, əsas ox şaquli ox (ZZ'), əsas nöqtə isə zenit nöqtəsi Z götürülür. Yardımçı dairə zenitdən (Z'), nadirdən (Z) və göy cismindən (M) keçən dairədir. Üfüqi koordinat sistemində bu yardımçı dairə hündürlük dairəsi və yaxud şaquli dairə adlanır (şəkil 2).

Üfüqi koordinat sistemində göy cisminin vəziyyəti 2 koordinatla təyin olunur. h-hündürlük; A- azimut.

Müşahidəçi (O) ilə ulduzu (M) və riyazi üfüq müstəvi ilə şaquli dairənin kəsişdiyi nöqtəni (m) birləşdirək. Üfüq müstəvisindən ulduza (M) qədər olan bucaq məsafəsinə M ulduzunun hündürlüyü deyilir. Yəni, mOM=h-hündürlükdür. Hündürlük üfüqi müstəvisi ilə ulduz arasında olan şaquli dairənin mM qövsü ilə də ölçülür: . Hündürlüyün qiyməti 0º ilə ±90º arasında dəyişir: h=0º90º. Əgər göy cismi (ulduz) göy sferinin görünən hissəsindədirsə, hündürlük 00 ilə +900 intervelda zenitə (Z) tərəf ölçülür.Göy cismi göy sferinin görünməyən (üfüq müstəvisindən aşağı) hissəsindədirsə, hündürlük 0º ilə -90º intervalında nadirə (Z) tərəf ölçülür. Bəzən hündürlük əvəzinə zenit məsafəsi bucağı götürülür. Göy cisminin zenitdən olan bucaq məsafəsinə zenit məsafəsi deyilir: ZOM=z. O, zenit nöqtəsi ilə göy cismi arasında qalan şaquli dairə qövcü ZM ilə də ölçülür: .

Zenit məsafəsinin qiyməti 0º ilə 180º arasında olur.Zenit məsafəsi (z) ilə hündürlüyün (h) cəmi 90º olur .



z+h=90º

Göy meridian müstəvisi ilə ulduzun şaquli (hündürlük ) dairəsi arasında qalan ikiüzlü bucağa azimut A deyilir. mOS=A. Azimut meridian dairəsi ilə şaquli dairənin arasında qalan üfüq dairəsinin qövsü ilə də ölçülür. . Azimut cənubdan (S) qərb istiqamətində saat əqrəbinin hərəkət istiqamətində ölçülür (Göy sferinin günlük fırlanma istiqamətində). Azimutun qiyməti 0º ilə 360º arasında olur.Cənub nöqtəsinin azimutu As=0º,qərb nöqtəsinin AW=900, şimal nöqtəsinin AN=180º, şərq nöqtəsinin AE=270º-dir.

Eyni bir hündürlük (şaquli) dairəsinin üzərində olan bütün göy cisimlərinin azimutları eynidir.

Meridian göy sferinin fırlanmasında iştirak etmədiyindən göy cisminin azimutu daim dəyişir. Bundan başqa hər məhəllədəki müşahidəçi üçün göy cisminin günlük paraleli həqiqi üfüqə paralel olmadığından onun hündürlüyü və ya zenit məsafəsi də daim dəyişir.Üfüqü koordinatlar (h,z,A) daim dəyişdiyindən üfüqi koordinant sistemi ulduz xəritələri və ulduz kataloqları tərtib etmək üçün yaramır. Bu koordinant sistemindən göy cisminin verilən anda vəziyyətini təyin edərkən istifadə olunur. Ulduz xəritələri və ulduz kataloqları tərtib etmək üçün elə koordinanat sistemi seçmək lazımdır ki, orada koordinatlar göy sferinin günlük fırlanması zanamı sabit qalsın.




Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin