Sual 5 İkinci ekvatorial koordinant sistemi
İkinci ekvatorial koordinat sistemində də göy cisminin vəziyyəti iki koordinatla təyin olunur: δ-göy cisminin meyli; α-göy cisminin düz doğusu.
I ekvatorial koordinant sistemində göy cisminin meyli δ-nın necə təyin olunduğu ilə biz tanış olduq. İndin isə göy cisminin düz doğusunun təyini ilə tanış olaq.
Göy sferində ulduzları müşahidə edərkən bu sferada elə bir nöqtəyə rast gəlirik ki, 21 martda Günəş bu nöqtədə olur. Bu nöqtəyə yaz bərabərlik nöqtəsi deyilir. Həmin nöqtə göy sferində (“buynuz”) ilə işarə olunur. Yaz bərabərlik nöqtəsinin saat (meyl) dairəsi ilə göy cisminin saat dairəsi arasında qalan ikiüzlü bucağa M ulduzunun düz doğuşu deyilir (Şəkil 3.). om=α; Düz doğuş m qövsü ilə də ölçülür. Düz doğuş α göy sferinin günlük fırlanma istiqamətinin əksi istiqamətində (saat əqrəbi hərəkətinin əksi istiqamətində) hesablanır. Qiyməti 0ºilə 360º arasında və yaxud 0h –la 24harasında olur. Eyni bir saat dairəsi üzərində olan bütün göy cisimlərinin düz doğuşu eynidir.
Verilmiş göy cismi üçün bu koordinantlardan (δ,α) heç biri gün ərzində dəyişmir. Ona görə də II ekvatorial koordinat sistemindən ulduz xəritələrinin və ulduz kataloqlarının tərtibində əsas koordinat sistemi kimi istifadə olunur.
Dostları ilə paylaş: |