Sua Astronomiya elmi və onun inkisaf mərhələləri


Coğrafi koordinat sistemi



Yüklə 1,47 Mb.
səhifə12/34
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#41658
1   ...   8   9   10   11   12   13   14   15   ...   34
Astranomiya kolllllll

5. Coğrafi koordinat sistemi
İndiyə qədər astronomik müşahidələrin böyük əksəriyyəti Yerdən aparılır. Ona görə də alınan nəticələr müşahidəçinin Yer səthindəki vəziyyətindən asılıdır. Yer səthi sfera şəklində olduğundan bu səthdəki hər bir nöqtənin vəziyyəti iki koordinatla təyin olunur: çoğrafi enlik  və çoğrafi uzunluq .

Yerin çoğrafi qütblərindən və Yer səthindəki O nöqtəsindən keçən böyük PNOO'PS yarımdairə O nöqtəsinin çoğrafi meridianı adlanır (şəkil 5). İngiltərədəki Qrinviç rəsədxanasından keçən PN GG' PS meridianına sıfırıncı və yaxud başlanğıc meridian deyilir.

Yerin verilmiş O nöqtəsində ağırlıq qüvvəsinin yönəldiyi TO düz xəttinə şaquli xətt və yaxud vertikal xətt deyilir.

Bu koordinat sistemində əsas müstəvi Yerin ekvator müstəvisi, əsas ox Yerin fırlanma oxu PNPS, əsas nöqtə isə Yerin şimal qütbü PN-dir. O nöqtəsinin şaquli xətti OT ilə ekvator müstəvisi arasında qalan O'TO bucağına həmin nöqtənin çoğrafi enliyi deyilir: O'TO=. Coğrafi enlik ekvatordan (qq') şimala (şimal enliyi) 0º ilə 90º, arasında cənuba (cənub enliyi) 00 ilə -900 arasında qiymətlər alır. Başlanğıc meridianla (PN GG' PS) O nöqtəsinin yerləşdiyi meridian (PN OO' PS) arasında qalan G'TO' bucağına O nöqtəsinin coğrafi uzunluğu deyilir. Coğrafi uzunluq 0º ilə 360º arasında və yaxud 0h` ilə 24h arasında qiymətlər alır və başlanğıc meridiandan şərqə tərəf (Yerin fırlanma istiqamətində) hesablanır.

Bakının çoğrafi koordinatları =40º21', =50º =3h 19m24S., İstanbulunki =41º01', =28º58º, Təbrizinki =38º07,=46º20' –dir.


Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin