Sua Astronomiya elmi və onun inkisaf mərhələləri



Yüklə 1,47 Mb.
səhifə11/34
tarix02.01.2022
ölçüsü1,47 Mb.
#41658
1   ...   7   8   9   10   11   12   13   14   ...   34
Astranomiya kolllllll

4. Yerin iqlim qurşaqları
Yer demək olar ki, kürə şəklindədir və onun mərkəzindən keçən bir düz xətt ətrafında fırlanır. Bu düz xəttə Yerin fırlanma oxu deyilir. Fırlanma oxu Yer səthini iki nöqtədə kəsir: Şimal çoğrafi qütb PN və cənub çoğrafi qütb PS (şəkil 4.) Şimal çoğrafi qütb o qütbdür ki, oradan baxdıqda Yer saat əqrəbinin əksi istiqamətində fırlanır. Yerin mərkəzindən fırlanma oxuna perpendikulyar keçən müstəviyə Yerin ekvator müstəvisi deyilir. Bu müstəvinin Yerin səthi ilə kəsişdiyi xəttə Yer ekvatoru (qq') deyilir. Ekvator Yer kürəsini iki yarımkürəyə bölür: şimal yarımkürəsi və cənub yarımkürəsi.

Yer səthində Yer ekvator müstəvisinə paralel olan kiçik dairələrə coğrafi paralellər deyilir. Ekvatordan 23º27 şimalda yerləşən çoğrafi paralel (bb) şimal tropik dairə adlanır. Ekvatordan 23º27 cənubda yerləşən çoğrafi paralel (cc) cənub tropik dairə adlanır. Yerin qütblərindən 23º27 məsafədə yerləşən çoğrafi paralellər müvafiq olaraq şimal qütb dairəsi (aa) və cənub qütb dairəsi (dd) adlanır. Tropik dairələr (bb və cc) arasında (ekvator da daxil olmaqla) qalan Yer səthi qurşağına isti qurşaq və yaxud tropik qurşaq deyilir.

Şimal tropik dairə ilə şimal qütb dairəsi arasındakı Yer səthi qurşağına şimal mülayim qurşaq, cənub tropik dairə ilə cənub qütb dairəsi arasında qalan Yer səthi qurşağına cənub mülayim qurşaq deyilir. Şimal qütb dairəsindən (aa) Yerin şimal qütbünə (PN) qədər olan qurşağa şimal soyuq qurşaq, cənub qütb dairəsindən (dd) Yerin cənub qütbünə (PS) qədər olan qurşağa isə cənub soyuq qurşaq deyilir.

Azərbaycan 39º-42º-lik paralellərdə yerləşir. Deməli, Azərbaycan şimal mülayim qurşaqda yerləşir.




Yüklə 1,47 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin