Fakultə: Mexanika
Qrup: 441,19
Fənn: Mədən avadanlıqları
Müəllim: Həsənov Ramiz
Tələbə: Tacir Səlimzadə
Nasis qurğularının intiqal mexanizmləri
və tərkib hissələri
QŞNQ intiqalı aşağıdakı əsas vəzifələri yerinə yetirir:
Mühərrikin valının fırlanma hərəkətini, ştanqların asqı nöqtəsinin (ŞAN) yuxarı-aşağı hərəkətinə çevirir.
Mühərrikin valının fırlanma sürətini (valın dövrlər sayı), ştanqların asqı nöqtəsinin ikiqat gediş saylarına qədər azaldır.
Bütün qurğunu işə salır və saxlayır.
Asqı nöqtəsinin gediş yolunun uzunluğunun və sayının dəyişilməsi hesabına, maye çıxarma rejimini tənzimləyir.
Qurğunu tarazlaşdırır.
Dinamometrləmə vasitəsilə quyunun yoxlanılması və proqnozlaşdırılmasını təmin edir.
QŞNQ intiqallarının aşağıdakı təsnifatı kimidir:
İstifadə olunan enerjinin növünə görə;
Bir intiqal vasitəsilə işlənilən quyuların sayına görə;
Mühərrikin növünə görə
Mexaniki intiqallarda əsas vəzifəni mexaniki ötürü¬cülər yerinə yetirir. Ötürücü bənd kimi hidravlik inti¬qallar¬da maye, pnevmatik intiqallarda isə hava istifadə olunur. QŞNQ-də ən geniş tətbiq olunan mexaniki intiqallardır. Hidravliki və pnevma¬tik intiqalları nisbətən az tətbiq olu¬nur. Bir sıra nöqsanları olduğundan hal-hazırda demək olar ki, onlar QŞNQ-də məhdud tətbiq olunur. Hər bir QŞNQ inti¬qalı elektrik, yaxud istilik mü¬hərrikinə malikdir.
QŞNQ-nin işinə çox təsir göstərən onun intiqalının çevirici mexanizmidir. Çevirici mexanizmlər iki qrupa bölünürlər: mancanaqlı və mancanaqsız. Mancanaqlı intiqallarda ştanqların asqı nöqtəsinin yuxarı-aşağı irəliləmə hərəkəti yırğalanan mancanaq (balansir) vasitəsi ilə man¬ca-naqsız intiqallarda isə bu hərəkət başqa növ mexanizmlərin tətbiqi ilə həyata keçirilir.
Çarxqolu fırlanma mərkəzinin B1B2 xətti üstündə olan OABCD çevirici mexanizmi aksial mexanizmi adlanır.
Çarxqolunun fırlanma mərkəzi B1B2 xəttindən irəlidə olanda OABCD müsbət dezaksial bucaqlı (+) çevirici mexanizmi alınır.
Çarxqolunun fırlanma mərkəzi B1B2 xəttindən arxada olanda OABCD mənfi dezaksial bucaqlı (-) çevirici mexanizmi alınır.
Beləliklə, buradan görünür ki, çarxqollu-mancanaqlı dördbəndli dezaksial çevirici mexanizmlərdə, ştanqların və onun asqı nöqtəsinin orta sürəti, çarxqolunun fırlanma istiqamətindən və dezaksial bucağının qiymətindən və işarəsindən asılı olaraq hər yarım gedişdə (yuxarı və aşağı) dəyişir. Ona görə hər bir variantın özünün xüsusiyyətləri var. Təcrübədə əsasən aksial mexanizmlər, yaxud aksial mexa¬nizmlərdən az fərqlənən (az dezaksial bucaqlı) mexa¬nizm¬lərdən istifadə olunur.
Dostları ilə paylaş: |