MÜBARİZ YUSİFOV
M il
____________
Azərbaycan Respublikası Prezidentinin
işlər İdarəsi’
PREZİDENT KİTABXANASI
“Elm və təhsil”
Bakı -2 0 1 2
Elmi redaktor:
İsa Həbibbəyli
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü
Rəyçi:
Nizami Cəfərov
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü
Mübariz Yusifov. Nizamidə azərbaycançılıq.
Bakı, «Elm və təhsil», 2012, 168 səh.
Nizamiyə aid tədqiqatlarda A zərbaycançılıqla bağlı m əsələlər əlbəttə
ki, diqqətdən kənarda qalmamışdır. Lakin N izam inin əsərlərində Azərbaycan-
çılıq xüsusi bir tədqiqat mövzusu olmamışdır. N izam inin əsərlərində Azərbay-
cançılıq, bir növ, batini nizam da verilir. Çünki N izam i dövrü elə bir zaman
m ərhələsi deyildi ki, onun milli düşüncələri cəm iyyətdə açıq və aydın şəkildə
bildirilə idi. Əks halda, bu əsə rlər zamanın ixtiyar sahibləri tərəfindən qəbul
edilm əyə bilərdi. O dur ki, Nizami öz əsərlərinin zahirini bədiiliklə bəzədiyi
halda, daxildə, batində bütün diqqətini milli A zərbaycançılıq ideyalarının can-
landınlm asına yönəltmişdir.
Ə sərdən Nizami həvəskarları və m araqlıları, Nizam i tədqiqatçıları, eyni
zamanda, m üəllim lər və tələb ələr istifadə edə bilərlər. Əsərin hazırlanm asında
m üəllifə öz tövsiyələrini verən Gəncə şəhəri İcra Hakim iyyətinin başçısı cə
nab Elm ar Vəliyevə təşəkkürüm ü və m innətdarlığım ı bildirirəm .
4702000000
Y -----------------
qrifli nəşr
N098- 2012
© «Elm və təhsil», 2012
Nizamidə azərbaycançılıq
SÖZ ÖNÜ
İnsan cəmiyyətinin bütün mənəvi keyfiyyətləri zaman-
zaman cəmiyyəti təşkil edən təbəqələrin məişət həyatı, sosial
mühiti və ictimai psixologiyası bazasında formalaşır. Mənəvi
keyfiyyət hər bir xalqın, millətin, eləcə də etnik qatların şəx
siyyət aləmini müəyyən edir. Bu o deməkdir ki, mənəvi
keyfiyyət bütün insan cəmiyyətlərinə xas olan təyincdici bir
əlamətdir. Yəni ki, mənəvi aləm öz xarakterinə görə hamı
üçün vacib olan universal bir keyfiyyətdir. Ancaq bu
universallığın içərisində təqəbələrarası bir sərhəd də vardır.
Bu
sərhəd
vasitəsi
ilə
təbəqələrin
biri
digərindən
fərqləndirilir. Hər təbəqənin özünə məxsus olan mənəvi
keyfiyyətlər aydınlıqla müşahidə edilir. Məhz təbəqələrarası
sərhədlərə görə insan cəmiyyətinə bütövlükdə xas olan mə
nəvi keyfiyyətlərin fərqiləndirici əlamətləri meydana çıxır.
Məsələn, Avropa ölkələrinin mənəvi keyfiyyəti haqqında
düşündükdə
onların
hamısının
bazasında
«Avropa
mədəniyyətinin» dayandığına şübhə edilmir. Ona görə də
təsəvvürlərdə bir «Avropa mədəniyyətinin» mövcudluğu artıq
çoxdan bəri formalaşmışdır. Ancaq bu o demək deyildir ki,
bütün Avropa ölkələrində yaşayan xalqların hamısında ümumi
bir «Avropa mədəniyyəti» hökm sürür. Aydın məsələdir ki,
bu belə deyildir. Çünki ingilislər, almanlar, fransızlar, italyan
lar, çexlər, slovaklar və s. xalqlar ümumi «Avropa mədəniy
yətinə» məxsus əhali olsa da onların hər birinin özünəməxsus
milli (etnik) mənəvi keyfiyyətləri vardır. Məsələn, ingilis
mənəviyyatı alman, fransız, italiyan, çex və s. digər etnosların
mənəviyyatı ilə eyni sayıla bilməz. Digər regionlarda
məskunlaşmış əhali haqqında da eyni fikirləri söyləmək
mümkündür. Məsələn, Azərbaycan, ərəb, İran etnosu ta qə
dimdən Şərq mədəniyyətinin müştərək daşıyıcıları kimi öz
mədəni ənənələrini davam və inkişaf etdirirlər. Ancaq bu o
demək deyildir ki, Azərbaycan və İran, eləcə də ərəb
Mübariz Yusifov
mənəviyyatı bir-biri ilə müştərəkdir. Azərbaycanlı Azərbay
can, iranlı İran, ərəb isə Ərəb mənəviyyatını özündə bütövləş-
dirən bir etnik vahid kimi formalaşmışdır.
Milli şüur milli vətənpərvərliyin, milli qürurun, milli-
mənəvi dəyərlərin, milli adət-ənənələrin, milli əxlaqi keyfiy
yətlərin, ümumbəşəri dəyərlərə inteqrasiyasının məhsuludur.
Milli şüurun formalaşması müstəqil dövlətçilik ideologiyası
nın təməlini yaradır. Dövlətçiliyə xidmət edən milli ideologi
ya isə onun dayaqlarının möhkəmlənməsinə, yaşamasına və
inkişaf edib zənginləşməsinə zəmin yaradır. Ümummilli lider
Heydər Əliyev göstərir ki, milli-mənəvi keyfiyyətlər öz tarixi
kökləri üzərində bərqərar olunduqda onun dövlətçilik ideolo
giyasına çevrilmək imkanları reallaşır.1
Hər bir etnik mənəviyyatın arxasında etnik psixologiya
və etnik şüur dayanır. Etnik mənəviyyat öz ictimai mühitini
genişləndirib xalqın mənəviyyatına və onun ictimai şüuruna
çevrilir. İctimai şüur isə hər bir xalqın milli ideologiyasının tə
məlini, onun aparıcı mənəvi qüvvəsini təşkil edir. Məsələn,
ingilis ictimai şüuru ingilis ideologiyasını formalaşdırıb; alman
ictimai şüuru alman ideologiyasını formalaşdırıb; fransız icti
mai şüuru fransız ideologiyasını formalaşdırıb.
Azərbaycan ideologiyasının formalaşmasında da Azər
baycan ictimai şüuru dayanır. İctimai şüur o zaman milli
ideologiyaya çevrilir ki, cəmiyyət öz müstəqil dövlətçiliyini
yaratmış olsun.
Dövlətçiliyin mövcud olmadığı mühitdə mənəvi keyfiy
yətlər ancaq etnik tanınma vasitəsi hüdudunda qalır. Dövlət
çilik mühitində isə mənəvi keyfiyyətlərin ictimailəşdirilməsi
hüdudlan genişlənir və o artıq ictimai şüura, ictimai şüurdan
isə milli şüura doğru inkişaf edir. Dövlətçiliyin olmadığı
mühitdə etnik-mənəvi keyfiyyətlərin inkişaf etməsi və
ictimailəşdirilə bilməsi cəmiyyətin arzusuna və idealına çev
rilir. Bu arzu və ideal böyük bəşəri düşüncələr sahibi olan
1 Bax: Heydər Əliyev. Yeni Azərbaycan Partiyası yaradılmasının altıncı ildönümünə
həsr olunmuş təntənəli yağmcaqda nitqi «Xalq qəzeti», 24 noyabr, 1988.
Nizamidə azərbaycançılıq
dahilər vasitəsi ilə yaradılır, canlandırılır, ictimai və bəşəri
əhəmiyyət kəsb edir. Liderlər vasitəsi ilə bu ideyalar həyata
keçirilir,
insan
arzulan
reallığa çevrilir.
Bu
reallıq
dövlətçiliyin bərqərar olunması kimi möhtəşəm bir sonluqla
başa çatdmlır. Dövlətçilik mərhələsində formalaşan və milli
ideologiyaya çevrilən milli şüur özündə aşağıdakı atributlan
əhatə edir:
1. Milli mədəniyyət
2. Milli etnik-əxlaqi normalar
3. İctimai birlik və həmrəylik
4. Dövlətçiliyin atributlarına ehtiram
5. Vətənpərvərlik
6. Milli-mənəvi
dəyərlərin
bəşəri
dəyərlərə
qovuşdurulması.
Bu atributlara yiyələnmək və onu qorumaq ənənəyə çev
rilib yaşadıqca dövdətçiliyin təməli bərkiyir, olmadıqda
boşluq yaranır. Böyük Nizami elə bir mərhələdə yaşayırdı ki,
onun dövründə öz xalqı ancaq mənəvi keyfiyyətlərlə etnik ta
nınma mühitində qapanıb qalmışdı. Nizami isə bu mühitdən
çıxış yollarını axtanrdı. Nizami cəmiyyət, şəxsiyyət, fikir və
düşüncə azadlığına məxsus bütün bəşəri ideyaları Azərbaycan
mühitinə gətirib Azərbaycan ictimai şüurunu canlandırırdı,
inkişaf etdirirdi. Cəmiyyətin ictimai təfəkkürünə nüfuz edirdi.
Onu tərpədirdi, oyadırdı, hərəkətə gətirirdi. Ona layiq olanı
əldə etməyə istiqamətləndirirdi. Nizami dövründə Azərbay
can mühitində oyadılan ictimai şüur Füzuli dövründə
zənginləşdirilərək gələcəyə - onu həyata keçirməyə qadir
olan Liderə-Heydər Əliyevə çatdırıldı.
Heydər Əliyev Azərbaycançılıq barədə bəhs edərkən
göstərir ki, Azərbaycançılıq Azərbaycan dövlətinin milli ideo
logiyasının əsasını təşkil edir. Dövdətçilik, milli-mənəvi də
yərlər, ümumbəşəri dəyərlər-bunlar hamısı Azərbaycançılıq
anlayışının tərkib hissələridir.1
1 Bax: Heydər Əliyev. Yeni Azərbaycan Partiyası yaradılmasının altıncı ildönümünə
həsr olunmuş təntənəli yağmcaqda nitqi «Xalq qəzeti», 24 noyabr, 1988.
5
Mübariz Yusifov
Nizaminin də Azərbaycançılığında oxşar parametrlər
müşahidə olunur. Nizami Azərbaycançılıq ideyalannı dövlət
çiliklə, vətənpərvərliklə və milliliklə bağlı təsəvvürləri
ətrafında obrazlaşdınr və canlandırır. Bütün bunlardan isə
Nizaminin məqsədi bəşəri azadlıq, sərbəstlik, müstəqillik
ideyalannı Azərbaycan mühitinə gətirmək, cəmiyyətin ictimai
şüurunu, psixologiyasını inkişaf etdirmək, ictimai təfəkkürünü
formalaşdırmaq və bu ideyalann möhtəşəm bir ərməğan kimi
gələcək nəsillərə ötürülməsinə nail olmaq idi. Nizami Gəncə
vinin 870 illik yubileyinin keçirilməsi üçün Azərbaycan Res
publikası Prezidentinin verdiyi 24 dekabr 2011-ci il tarixli Sə
rəncamı Azərbaycanın milli mənəvi sərvətlərinin varisliyini
davam etdirən və bəşəriliyə ucaldan Nizami irsinə, Nizaminin
doğma vətəni qədim Gəncəyə Dövlət qayğısının bariz nümu
nəsidir. Kitabın hazırlanmasında müəllifə yaxından köməklik
göstərən Nizamişünas Cahan Ağamirova, tarixçi, əməkdar
müəllim Mübariz Əliyevə və əsərin əlyazmasını diqqətlə oxu
yub düzəlişlər aparan Azərbaycan dili kafedrasının əməkdaşı
Səminə Abdullayevaya dərin təşəkkürü mü və minnətdar
lığımı bildirirəm.
6
Nizamidə azərbaycançılıq
I BÖLMƏ
DÖVLƏTÇİLİK İDEYALARI
Dövlətçilik bu giin və gələcəkdə bi
zim hər bir vətəndaşımızın, cəmiyyətin, döv
lətin vəzifəsidir. Dövlətçilik Azərbaycanın
müstəqilliyim, ərazi bütövlüyünü qoruyub
saxlamaqdır. Azərbaycanın müstəqilliyini
möhkəmləndirməkdir. Dövlətçilik hər bir
vətəndaşın qəlbində olmalıdır.
Heydər Əliyev
1. Nizaminin ictimai mühiti
Nizami öz təxəyyülündə yaratdığı və bədii əsərlərində
canlandırdığı dövlətçilik ideyalarını Azərbaycan məkanına gə
tirib çıxarmışdır. Dövlətçilik ideyaları Nizaminin əsərlərində
mərkəzi bir xətt kimi keçib gedir. Nizami şair idi, mütəfəkkir
idi, bənzərsiz bədii əsərlərin yaradıcısı idi. Nizami öz ölməz
əsərləri ilə elə bir ədəbi-bədii məktəb yaratmışdı ki, onun
dövründən keçən 900 ilə yaxın bir müddətdə bəşəriyyətə töh
fə verdiyi mənəvi irs yaşayır və bundan sonra da yaşayacaq
dır. Nizamini düşündürən dövlətçilik ideyaları da bu ölməz
sərvətin içərisində daim canlı olaraq qalır. Nizami öz bəşəri
ideyalarına bədiilik donu geyindirərək onları yaşadır. Bu
ideyalar əsrlərin və zamanların yol yoldaşı kimi daim onlarla
birlikdə sonsuzluğa doğru gedir. Ancaq soruşula bilər ki,
Nizami əsrarəngiz ədəbi-bədii əsərlərin yaradıcısı olduğu hal
da nə üçün dövlətçilik ideyalannı öz əsərlərinin apancı
xəttinə çevirmişdir? Cavab budur: Nizami dövrün ictimai
hadisələrini dərindən -dərinə bildiyinə görə cəmiyyətdə baş
verən sosial münasibətlərə bir Azərbaycanlı təsəvvüründən
yanaşdığına görə, xalq dühasından gələn milli və mənəvi
Mübariz Yusifov
sərvətlərimizin ana dilində qələmə alınmaq imkanlarının
məhdudlaşdırıldığına görə daim onu milli dövlətçiliyimizin
formalaşdırılması arzusu məşğul etmiş və düşündürmüşdür.
Doğma məkanında dövlətçilik qurulmarmm mövcudluğu yox
idi desək, bu səhv olardı. Dövdətçilik var idi. Dövlətçiliyin
yuxan, idarəedici orqanlarda milli mənşəli insanlar da təmsil
olunurdu. Hətta, ölkəni idarə edən hökmdarlar içərisində
Azərbaycan əsilli rəhbərlər də var idi. Lakin onlann ictimai
psixologiyasında Azərbaycançılığm əlaməti belə görünmürdü.
Milli şüurun formalaşmasının əsas atributu sayılan ana dilinə
biganəlik hökm sürürdü. Ən başlıcası isə etnik Azərbaycanlı-
lann məskun olduğu ərazilərdə bir neçə hakimiyyət var idi.
Özlərini padşah, şah və ya sultan adlandıran bu hökmdarlar öz
milli psixologiyalarından uzaqlaşdığı üçün onlann arasında
birlik, mütəşəkkillik, həmrəylik deyilən münasibətlər də yox
idi. Odur ki, onlar daim bir-biri ilə münaqişə zəminində həyat
keçirirdilər. Biri o birinin qanma susayırdı. Vaxtaşırı qüvvə
toplayıb birinin əldə etdiyi əraziləri, torpaqlan digəri ondan
qoparmağa cəhd edirdi. Hətta, iş o yerə qalırdı ki, onlar
Azərbaycan mühitinə, Azərbaycanın etnosuna, Azərbaycanın
mənəviyyatına yad olan başqa ölkə hökmdarları ilə birləşib
bir-birini məhv edirdilər, xalq talanırdı, ölkə dağılırdı,
cəmiyyət maddi və mənəvi iflasa uğrayırdı. Şəhərlər, kəndlər
viran qalırdı. Yoxsullar yoxsullaşırdı, varlılar miras toplayırdı.
Nizami elə bir şəxsiyyət deyildi ki, yaşadığı dövrdə bu
hadisələrə sadəcə seyrçi kimi yanaşa idi. Nizami dövrün,
zamanın yetişdirdiyi ağıllı, müdrik, zəkalı, uzaqgörən bir
şəxsiyyət idi. O müxtəlif dillərə bələd idi. Özündən əvvəlki
tarixləri
yaxşı
bilirdi.
Özündən
sonrakı
zamanları
təsəvvüründə canlandırmaqda analitik təfəkkür sahibi idi.
Nizaminin öz dövründə olduğu kimi ondan əvvəlki vaxtlarda
da hakimiyyət uğrunda, torpaq uğrunda, mənfəət uğrunda çar
pışmalar mövcud olmuşdu. Hətta, atanın oğula, qardaşın qar
daşa etibarı yox idi. Nizami isə idrak sahibi idi. Allah ona
düşünmək, dolaşıqlardan çıxış yollarını araşdırmaq qabiliyyəti
vermişdi. Onun əlində qələmi var idi. Qılıncı, topu, tüfəngi,
8
Nizamidə azərbaycançılıq
ordusu yox idi ki, vuruşsun, özünün arzu etdiyi kimi bir milli
dövlət quruluşu yaratmağa nail olsun. Ancaq Nizami düşün
düklərini, təsəvvüründə canlandırdıqlarını qələmin dilinə
çevirməyi bacanrdı. Bu qələm bütün qılınclardan iti və kəsərli
idi. Odur ki, Nizamidən əvvəlki dövlət qurumları Nizami
dövründəki və ondan sonrakı zamanlarda biri digərinin varisi
kimi
formalaşa
bilmədiyi
halda Nizaminin ideyalan,
dövlətçilik barədəki fikirləri, düşüncə və arzulan onun
qələminin bəhrəsi kimi yaşadı və bundan sonrakı dövrlərdə
də yaşamaqda davam edəcəkdir. Nizamidən əvvəl və Nizami
dövründə Azərbaycan ərazisindəki dövlətçilik qurumlannm
daimi, stabil sərhədləri də yox idi. Bunun kimi, hökmdarların
özlərinin də sabit milli mənşəyi mövcud deyildi. Ona görə də
qarət, talan, oğurluq, qəsdçilik kimi maddi-mənəvi iflas labüd
idi. Çünki hökmdarlan milli mənəviyyat yox, maddi maraqlar
daha çox düşündürürdü. Mənşəcə Azərbaycan etnosuna aid
olmayan və Azərbaycançılıq atributlarına biganəlik göstərən
hökmdarlar torpaq, millət, xalq təssübkeşlərindən uzaq
olduğu səbəbindən dövlətçilikdə milli və mənəvi varislik də
formalaşa bilmirdi.
Nizami dövrünün tarixi bizdən uzaqlaşdıqca o zamankı
dövlətçilik qurumları, inzibati ərazi sərhədləri, onların coğrafi
məkanı, etnik mənsubiyyətin daşıyıcısı olan adlar da
variantlaşaraq dəyişikliyə məruz qalmışdır. Ona görə dövrün
ictimai-siyasi xarakterini canlandırmaq və olduğu kimi
təsəvvür etmək çətindir. Lakin mövcud mənbələr bazasında
Nizami dövrünün ictimai mühiti və bu mühitdə Azərbaycançı-
lığm səciyyəvi əlamətləri barədə müəyyən təsəvvür yaratmaq
istisna deyildir. Azərbaycan məkanında ərazilərin inzibati
bölünməsi ərəblərin xilafəti dövründən əvvəl neçə pərakəndə
idisə, sonralar da bu pərakəndəlik davam etməkdə idi. Əlbəttə
ki, hər hansı bir məkanda mərkəzləşmiş dövlətin mövcudluğu
hegemon dövlətlər üçün maraqlı və əlverişli deyildi. Çünki
mərkəzləşmiş dövlət qurumu əhalinin etnik və milli birliyinin
təməlini qoya bilərdi. Bu da bir siyasət idi ki, regional
səciyyəli etnik təbəqə öz vahid dövdətçiliyini yarada
9
Mübariz Yusifov
bilməsin. Vahid dövlətçilik şəraitində ictimai həmrəylik yara
nar, onlar güclənər və hegemon dövlətlərin varlığına təhlükə
törənə bilərdi. Buna görə ilk növbədə hegemon dövlətlər
ideoloji siyasətə böyük üstünlük verirdilər. İdeoloji siyasətin
məqsədi xalqlann parçalanmasının sürətlənməsinə xidmət
edirdi. Bunun üzərində ауп-ауп etnik təqəbələr arasında
münaqişələrin törədilməsi, onların milli dildən məhmm edil
məsi, milli-mənəvi və əxlaqi dəyərlərin dəyişdirilməsi, etnik
qatlan təmsil edən intellektlərin hegemon dövlətə xidmət
göstərməsi və digər assimilyativ təsirlər də var idi. İdeoloji
siyasətə daxil olan bütün forma və variantlan bir kənara
qoyub təkcə dil məsələsinin siyasiləşdirilməsinə diqqət
yetirsək ayn-ayn etnik quruplann, o cümlədən, Azərbaycan
cəmiyyətinin həmin siyasətdən irəli gələn ictimai, mənəvi,
psixoloji deqradasiyasının necə sosial fəlakətlərə səbəb
olduğunu aydın təsəvvür etmək çətin deyildir. Misal üçün,
Azərbaycanlı mütəfəkkirlərin, söz ustalarının öz ana dilində
yaza bilməməsi, öz intellektual potensialını başqa xalqlann
mənəvi zənginləşməsinə yönəltmək məcburiyyəti xalqı öz
intellektual qüvvəsindən aymrdı, milli və mənəvi sərvətlərin
inkişafını zərbə altında qoyurdu. Dil olmadığı təqdirdə xalqın
mənəviyyatı, özünün keçmişdən davam edən mənəvi
sərvətləri sağalmaz yara alırdı. Dilin başlıca vəzifəsi, məlum
dur ki, informasiya fünksiyasmdan ibarətdir. İnformasiya o za
man gələcəyə maneəsiz ötürülə bilir ki, yazı və şifahi nitq
arasında yaxınlaşma baş versin. Dildə norma sabitliyi
yaradılsın. Əgər hər hansı dildə yazılı dil ənənələri davam
etmirsə şifahi dil üstün yer tutur. Şifahi nitq isə dilin daxili
strukturunu daim dəyişdirməyə meyllidir.
Şifahi dilin
üstünlüyü ən kiçik arealda belə müxtəlif nitq variantlarının
yaranmasına səbəb olur. İnformasiyaların gələcəyə çatdırıl
masında isə ciddi maneələr baş verir. Belə ki, məsələn, ta qə
dimlərdən Azərbaycan dilində yazı ənənəsi daimi və ardıcıl
davam edə bilmədiyinə görə tarixən yaranmış ədəbi-bədii nü
munələrimizin dili müasirlik üçün ağzı bağlı olan bir xəzinəyə
çevrilmişdir. Azərbaycanlı intellektlər öz elmi əsərlərini ərəb
Nizamido azərbaycançıltq
dilində yazmaqla ərəb elminin zənginləşməsinə xidmət etdik
ləri kimi, fars dilində yazılan ədəbi-bədii əsərlər də fars bədii
dilinin və yazı normasının zənginləşməsinə, bu normaların
stabilləşməsinə xidmət etmişdir. Bu gün Azərbaycan mənşəli
Bəhmənyar, (XI əsr), Sıracəddin Urməvi (X1I-XIII əsr), Nəsi-
rəddin Tusi (XIII əsr), Eynəlqüzzat Miyanəçi (XII əsr), Mah
mud Şəbüstəri (XIV əsr) kimi böyük filosofların, Əbül Üla
Gəncəvi, Məhsəti, Xaqani, Fələki Şirvani, Mücirəddin Beylə-
qani və bir çox yaradıcıların ədəbi-bədii, elmi, maarifçilik
ideyaları onlann öz yazılarını qələmə aldıqları dillərin inkişa
fına və zənginləşməsinə xidmət etmişdir. Böyük intellektual
potensiala malik olan Azərbaycanlı yaradıcılar ərəblər
dövründə ərəblərin, farslar dövründə farsların maraqlarına
xidmət etməyə yönəldilmişlər. Ərəb xilafəti, xüsusən, VIII
əsrin əvvəllərində daha çox güclənərək regionda və yayıldığı
ərazilərdə, o cümlədən, Azərbaycan məkanında ciddi bir təsir
qüvvəsinə çevrilmişdi. İnsanlara qılıncdan, oxdan, nizədən
daha artıq təsir göstərən islam ideologiyasının yayılmasında
maneələr öz qüvvəsini itirirdi. Ona görə də ərəblər bir əldə
qılınc, bir əldə müqəddəs «Quran» olmaqla irəliləyir və öz
maraqlarını həyata keçirməkdə, demək olar ki, elə bir
çətinliklə qarşılaşmırdılar. İslamı qəbul etməyənlər ya qılıncla
susdurulur, ya da böyük miqdarda vergi verməklə canlarını
xilas edə bilirdilər. Ərəblərin Qafqaz siyasətində Azərbaycan
çox əlverişli strateji mövqeyə malik bir region sayılırdı. Bura
həm də yeraltı və yerüstü sərvətlərlə zəngin bir ölkə idi ki,
ərəblərin buraya marağı daha artıq olmuşdu. Bir məsələni də
nəzərə almaq lazımdır ki, ərəblərin təşkil etdiyi əsas hərbi
əməliyyatlar Azərbaycan torpaqlarının üstündən keçməklə
aparılırdı. Ona görə də bu əməliyyatlarda Azərbaycanın fiziki,
maddi və mənəvi itkiləri daha geniş miqyas alırdı. Tarixçilə
rin yazdığına görə VIII əsrin əvvəllərində Ərəb xilafəti
özünün ən qüdrətli dövrünü keçirirdi. Onun əsas rəqiblərindən
olan Bizans
mövcud hərbi-siyasi vəziyyətlə əlaqədar
Qafqazdakı mövqelərini əldən vermişdi. Yeni şəraitdə Azər
baycan kimi mühüm strateji bazada möhkəmlənmək üçün
11
Mübariz Yusifov
ərəblərə yalnız onları dəfələrlə ağır vəziyyətə salan xəzərlər
üzərində qələbə lazım idi. Bu işdə xəlifə Əbdülməlikinin
639-cü ildən Azərbaycan, Ərminiyə və əl-Cəzirənin canişini
təyin etdiyi qardaşı Məhəmməd ibn Mərvan xüsusi fəaliyyət
göstərdi. Onun VIII əsrin əvvəllərində tabeliyində olan
Cənubi Qafqaz ərazisində apardığı zor siyasəti ərəblərin bu
ərazidə mövqeyini daha da möhkəmlətdi, xəzərlərə qarşı
yürüşə çıxmaq imkanı yaratdı.
721-722-ci illərdə Xəlifə II Yəzidin hakimiyyəti
zamanı (720-724) qıpçaq və başqa türk tayfaları ilə birləşmiş
30 minlik xəzər ordusu yeni həmlə ilə Azərbaycanın şimal
hissəsinə hücum etdi, bütün Arran torpaqlarını keçərək Ermə
nistan ərazisinə daxil oldu, orada olan ərəb hərbi hissələrini
məğlub etdi. Azərbaycan və Ərminiyənin yeni canişini əl-
Cərrah ibn Abdullah əl-Həkəmi xəlifənin əmrinə əsasən 25
minlik qoşunla xəzərlərə qarşı çıxış etdi. Azərbaycana qayı
dan əl-Cərrah qışı Şəki vilayətində keçirtdi. 726-727-ci illər
də Xaqan oğlunun başçılığı altında yenidən Arranı keçərək
Azərbaycana soxulan xəzərlər Xəzərin cənub sahili vilayətlə
rində ağalıq etməyə başladılar. Lakin çox keçmədən əks-
hücumla irəli atılan ərəblər rəqiblərini Araz çayının o tayına
qovaraq onları geri çəkilməyə məcbur etdilər.1
Aydın
məsələdir
ki,
o
zamankı
Azərbaycan
torpaqlarında müdaxilələrin nəticəsi olaraq daimi ərazi
bölgüsü mövcud deyildi. Çünki sərhəd prinsipi tez-tez
pozulurdu. Odur ki, o zaman hər hansı bir əraziyə və ya
etnosa verilən ad çox zaman indi mövcud olan ərazi bölgüsü
və etnik adla uyğun gəlmir. Bu mənada Ermənistan, Ənnən,
Ərməniyə, Arran, Alban ərazilərinin və adlarının indiki adlar
la və etnik təbəqə ilə uyğun gəlmədiyi istisna sayılmamalıdır.
Yenə də tarixi məlumatlarda göstərildiyinə görə baş vermiş
ərəb işğalı bu ölkələrin tarixi-coğrafi ərazi bütövlüyünü
saxlasa da onların inzibati adını dəyişdirdi. İlk çağlar
Azərbaycan tarixi. Ш-ХШ əsrin I rübi. II cild, Bakı, «Elm», 2007, s. 186-188.
12
Nizamidə azərbaycançılıq
Azərbaycanın cənub hissəsi olan Abdurbadaqan Albaniya,
Ermənistan, Şərqi Gürcüstan və əl-Cəzirə vilayəti ilə birlikdə
yeni yaranmış gənc ərəb dövlətinin beş vilayətindən birini tə
şkil edirdi. Nizaminin əsərlərində Ərmən, Abxaz, Gürcüstan
kimi yer adlan işlənir ki, indi həmin yerlərin coğrafiyası
Nizami dövründən əvvəlki vaxtlarda və Nizami dövründə
indiki yerlərin coğrafiyası ilə uyğun gəlmir. Konkret misal
olaraq onu demək lazımdır ki, «İskəndəmamə»də adı çəkilən
Də val i bir yerdə Abxaz hökmdarı kimi, başqa yerdə Ərmənin
sərkərdəsi kimi verilir. Yaxud Ərmən haqqında bəhs ediləndə
onun coğrafi ərazisinin Arran deyilən yeri və hətta Bərdəni
əhatə etdiyi göstərilir. Bəzən tədqiqatçılann özləri də ciddi
araşdırma aparmadan Məhinbanu və Şirin obrazlarını erməni
kimi təqdim edirlər. Əlbəttə ki, bu belə deyildir. Nə o zaman-
kı ərmən indiki «ermənidir», nə «Ərməniyyə» Ermənistandır.
Bəzən tədqiqatçılar Nizamini yaxşı dərk etmədiyindən, tarixi
məqamları nəzərə almadan Nizami obrazlarına müxtəlif don
geydirməkdən
çəkinmirlər.
Məsələn,
Y.V.Levkiyevski
A.Y.Knmskiyə əsaslanaraq Şirini və Məhinbanunu erməni
kimi təqdim edir. Bu fikir isə başqa səriştəsiz adamları düzgün
istiqamətlə aparmadığından bəziləri Nizamini «Xəmsə»dən,
«Xəmsə»ni isə ədəbiyyat aləmindən uzaqlaşdırmaq məqsədi
güdür.1 Ona görə də tarixçilərin, xüsusən, Ərmən haqqındakı
məlumatlarını buraya daxil etməkdən məqsəd müasir
oxucularda yarana bilən yanlışlığın aradan qaldırılmasına
diqqəti cəlb etməkdən ibarətdir.
Tarixi məlumatlarda
göstərilir ki, VIII əsrin başlanğıcında Qafqazın işğal olunmuş
torpaqlarında ərəblərin tam hakimiyyətinin bərqərar olması
ilə vassallığını da itirən və bir dövlət kimi ləğv edilən
Albaniya ərəb vilayəti Arrana (ar-Ran, Aran) çevrildikdə
«Ərməniyyə» adlı yeni ərəb inzibati adı yarandı. Bu adı daşı
yan ərəb vilayəti öz tərkibində təkcə cənubi Qafqazın qalan
hissəsinin fəthindən bir neçə il əvvəl işğal olunmuş bilavasitə
1 Azərbaycan tarixi. III-XIII əsrin I rübü. Yeddi cilddə, II cild. Bakı, «Elm», 2007, s.
196-197.
13
Mübariz Yusifov
Ermənistam deyil, eləcə də keçmiş Albaniya və İberiya ərazi
lərini də birləşdirirdi. Yeni ərəb inzibati termininin yuxanda
adı çəkilən ölkələrə də şamil edilməsi Bizans imperatoru I
Yustinianm (527-565) islahatlan nəticəsində VI əsrin
ortalannda yaranmış Bizans Ermənistanı inzibati vahidinin adı
ilə bağlı idi. Ərəblərəqədərki / inzibati qurumundan miras
qalmış «Ərəb Ərminiyəsi» inzibati adının yaranmasına başqa
obyektiv səbəblər də təsir edib: əvvəla, ərəblər hələ Azər
baycan torpaqlanna qədəm basmamış, artıq, 639-640-cı illər
də Mesopotamiya yürüşü zamanı Bizansın tabeliyində olan er
məni torpaqlarını ələ keçirmiş, ikincisi isə ərəb işğal zonasını
idarə edən canişinin qərargahını ermənilərin baş şəhəri Dəbil-
də - Dvində yerləşdirmişdilər. Təbii ki, özlərindən əvvəlki
bizans inzibati idarə sisteminə varis çıxmış ərəblər başqa
yerdə olduğu kimi, burada da köhnə dövrə aid «Ərminiyə»
adını saxlamışdılar. O da təbiidir ki, işğal prosesində əllərinə
keçən yeni həmhüdud yerləri də onlar artıq tabeliklərində
olan zonaya qatmış, bir bölgədə yerləşən bu torpaqları
«Ərminiyə» adlandırmış, bütün Cənubi Qafqazdakı işğal
zonasının idarəsini Dəbildə oturan ərəb canişininə-amilinə
həvalə etmişdilər. Bu obyektiv səbəblərlə yanaşı qədim
kitablardan faydalanan erkən ərəb müəlliflərinin (İbn
Xordadbeh, İbn əl-Fəqir və b.) islamaqədərki siryani xristian
ədəbiyyatından
istifadə
etmələri
də
mümkündür,
bu
ədəbiyatdan olan məlumata görə Qurcan (Gürcüstan) və Aran
(Albaniya) hələ ərəblərəqədərki dövrdə «Ermənistanda olan
torpaqlar» adlanırdı.
VII əsrin axırlarında ərəblərlə əks cəhətdə olan Bizansa
qarşı ideoloji müharibədə erməni din xadimlərinin etdikləri
xidmət müqabilində xəlifənin göstərdiyi iltifat və yürütdüyü
qərəzli
siyasət
bu
inzibati
adm bir
qədər
də
möhkəmlənməsinə səbəb oldu. (Açıq-aydın görünür ki,
ermənilərin ikiüzlülüyü, xəyanətkarlığı, hər gələnin qarşısın
da qulluq etməyə və satqınlığa mcylliliyi hələ qədimlərdən
bəri davam edən milli-psixoloji bir etiket olmuşdur). Belə bir
qərəzli siyasətin nəticəsidir ki, sasanilər dövründə Xəzəryanı
14
Nizamidə azərbaycançılıq
İran vilayətləri ilə yanaşı bütün Cənubi Qafqaz vilayətlərini
özündə birləşdirən inzitabi Adurbadaqan-Azərbaycan adı ərəb
hakimiyyətinin ilk • dövründə Xilafətin yalnız Cənubi
Qafqazda işğal etdiyi yerlərə verilən inzibati Ərməniyə adı ilə
əvəz olundu.1 Bu cür inzibati ərazi bölgüsü Nizami vaxtında
da davam etdiyi üçündür ki, onun əsərlərində də müəyyən
hadisələrlə əlaqədar «Ərmən» və «Ərməniyyə» adlarından
istifadəyə rast gəlmək olur. Tarixi məlumatlarda bu inzibati
adla əlaqədar belə bir fikir də diqqətə çatdırılır ki, VI əsrdə
imperator I Yustinanın Qərbi Ermənistanda, yəni coğrafi
baxımdan Ərəb Ərməniyəsindən fərqlənən yerdə həyata
keçirdiyi bu inzibati bölgü (o cümlədən, bu bölgünün daha
kiçik vahidləri olan I-IV Bizans Ermənistanı adları) yalnız
bilavasitə ermənilərin yaşadıqları əraziyə aid idisə «Ərəb
Ərməniyəsi» vilayətləri indiki azərbaycanlıların, gürcülərin,
ləzgilərin və başqalarının yaşadıqları və ermənilərə dəxli
olmayan Cənubi Qafqaz torpaqlarım əhatə edirdi. Vaxtilə
Bizansın tabeliyində olan erməni torpaqları kimi ənənəvi
olaraq onlar da I-IV Ərminiyə adı ilə dörd hissəyə bölünürdü.1
2
Görünür Nizami «Xosrov və Şirin», «İskəndəmamə»
poemalarında «Ərmən»lə «Ərməniyə» adlarını işlədərkən
Xosrov və İskəndər dövrünün inzibati bölgüsünə yox, məhz
ərəblər vaxtındakı inzibati bölgüyə əsaslanmışdı. Ancaq
həmin torpaqlardakı hökmdarların mənşəcə Azərbaycanlı
olduğunu qələmə almaqla Nizami gələcək nəsillərə bildirirdi
ki, o torpaqlarda ermənilərə aid adın göstərilməsinə
baxmayaraq erməni hakimiyyəti olmamışdı. Bu, əlbəttə ki,
tarixi bir həqiqətdir və Nizami oxucuları bunlara diqqətlə
yanaşmalı, onlara Nizami baxımından qiymət verməlidirlər.
Aydındır ki, ərəblər dövründə apanlan belə bir namunasib
bölgüdə erməni hiyləgərliyi əsas prinsip olmuşdur. Çünki
həmin bölgü heç bir reallığı əks etdirmir. Bu mənada ki, hələ
indi ermənilərin kompakt yaşadığı ərazidə heç iki milyon
1 Azərbaycan tarixi. III-XIII əsrin I rübü. Yeddi cilddə, II cild. Bakı, «Elm», 2007, s.
196-197.
2 Yenə orada, s. 197.
15
Mübariz Yusifov
erməni yoxdur. (Əksəriyyəti də dolanışıq və rahatlıq üzündən
xarici ölkələrə miqrasiya etmişlər). Necə ola bilər ki, ərəblər
dövründə mövcud olan bir ovuc erməni mənbələrdə gös
tərilən böyük əraziyə yayılmış olsunlar. Buradan görünür ki,
«Ərmən» və ya «Ərməniyə» adlan həmin ərazilərdə yaşayan
etnik təbəqəni düzgün adlandırmır.
Tarixi
mənbələrdə
göstərilən
bu
məlumatlar
inandırıcıdır görünə bilər ki, onlar Xilafət qoşunlannın ələ
keçirdikləri və müəyyən inzibati bölgü daxilində öz köhnə
adlarını saxlayan ərazilər barədəki erkən ərəb mənbələrinə
məxsusdur. Maraqlı burasıdır ki, ərəblərəqədərki Bizans inzi-
tabi bölgüsü haqqında ətraflı məlumat verən sinxron erməni
mənbələri ərəblərin bu inzibati bölgüsü haqqında heç bir
məlumat vermir. Çox güman ki, bu «məlumatsızlıq» bütün
bölgə
ərazisinin
süni
şəkildə
«Ərməniyə»
adı
ilə
birləşdirilməsindən irəli gəlirdi. Məhz buna görə də bu dövr
haqqında məlumat verən ərəb mənbələri erməni torpaqları ilə
birlikdə ermənilərə aid olmayan qonşu torpaqları da əhatə
edən «Ərminiyə» inzibati vahidi ilə yanaşı ərəblərəqədərki
Sasani inzibati vahidi «Azərbaycanın» (Adurbadaqanm) da
adını çəkirlər. Beləliklə, ərəblər dövründə «Ərminiyə» ərazi
ləri barədə ərəblərin özlərinin təqdim etdiyi məlumatlara görə
həmin ərazilər aşağıdakı kimi bölünürdü:
I Ərminiyə bölgüsünə ərəblərin Arran adi andırdı ql an
qədim Albaniya torpaqları və 644-cü ildən 1122-ci ilədək
müsəlmanların tabeliyində olan Tiflis və onun ətrafları daxil
edilirdi.
II Ərminiyə adlandırdıqları hissəyə ərəb inzibati hakim
dairələri
Cürzanı
(Gürcüstanın
bir
hissəsini),
Tiflis
yaxınlığında Kür çayı sahilində yerləşən Suğdəbil şəhərini,
Dərbəndin yaxınlığındakı Bab Feyruz Qubad şəhərini, eləcə
də Lanz vilayətini daxil edirdilər.
III-IV ərəb Ərminiyəsi isə ermənilərin Dəbildən Şim-
şatadək yaşadıqları yerləri əhatə edirdi. Beləliklə, Xilafətin
Cənubi Qafqazdakı I və II Ərminiyə inzibati bölgüləri şimalda
Tiflis və Dərbənddən Cənubda Araz çaymadək, qərbdə Kiçik
16
Nizamidə azərbaycançılıq
Qafqaz dağlanndan tutmuş şərqdə Xəzər dənizinədək olan sa-
sahəni əhatə edir və əsasən, ərəblərin Arran adlandırdıqları
qədim Albaniya torpaqlarını özündə birləşdirirdi.1
Ərəblər dövründə elmin inkişafı ilə bağlı bir çox
əsərlər, tədqiqatlar, şərhlər də meydana çıxmışdı. Bu əsərlər
ərəb dilində yazılmasına baxmayaraq Azərbaycan intellektinin
formalaşmasına da güclü təsir edirdi. Doğrudur, ərəb dilində
yazan alimlərin, mütəfəkkirlərin içərisində Azərbaycan
mənşəli intellektlər də az olmamışdı. Ancaq demək olmaz ki,
həmin
intellektlər
Azərbaycan
ictimai
şüurunun
formalaşmasına öz təsirini göstərə bilirdi. Əlbəttə ki, belə
olmamışdı və onu gözləmək də əbəs işdir. Çünki həmin
əsərlərin
və
tədqiqatların
içərisində
Azərbaycanlı
intellektinin, Azərbaycanlı təfəkkürünün öz xüsusi çəkisi olsa
da onlar bütövlükdə ərəb dünyasının elmi potensialının
inkişafına, ərəb ictimai şüurunun təkamülünə və ərəb dili
normalarının inkişafına xidmət edirdi. Mümkündür ki, o
zaman yaranan əsərlərin məzmununda Azərbaycançılıq
ideyalarının izləri mövcud olsun. Lakin bu ideyalar, əvvəla,
açıq-aşkar verilə bilməzdi. Onların ifadə olunması üçün xüsu
si rəmzlərdən istifadə edilə bilərdi ki, bunu da əlbəttə, anla
maq çətin idi. Bu çətinlik isə Azərbaycançılıq ideyalarının
təbliğ edilməsi işində çox ciddi bir maneə olardı. Digər tərəfi,
dövrün elmi ədəbiyyatı, elmi fikir və mülahizələri birbaşa
islam təbliğatı, islam mədəniyyəti və islam fəlsəfəsi
bazasında həyata keçirilirdi. Həmin əsərlərdə texniki tərəqqi
və kəşflər haqqında irəliyə doğru nəinki bir addım, heç bir
qarış da hərəkət baş verməsi görünmürdü. Milli ictimai şüur
çox zaman, fanatizmdə, ağılın, təfəkkürün kütləşdirilməsinə
yönəlmiş fəlsəfi cərəyanların cəfəngiyat bataqlığında itib-
batırdı.
Tarixi məlumatlarda göstərilir ki, «Xəlifə Əbdülməlikin
(688-705) islahatları nəticəsində kargüzarlığm ərəb dilində
1 Azərbaycan tarixi. III-XIII əsrin I rübü. Yeddi cilddə, II cild. Bakı, «Elm», 2007, s.
198.
Поделитесь с Вашими друзьями: |