Nizamidə azərbaycançılıq
I BÖLMƏ
DÖVLƏTÇİLİK İDEYALARI
Dövlətçilik bu giin və gələcəkdə bi
zim hər bir vətəndaşımızın, cəmiyyətin, döv
lətin vəzifəsidir. Dövlətçilik Azərbaycanın
müstəqilliyim, ərazi bütövlüyünü qoruyub
saxlamaqdır. Azərbaycanın müstəqilliyini
möhkəmləndirməkdir. Dövlətçilik hər bir
vətəndaşın qəlbində olmalıdır.
Heydər Əliyev
1. Nizaminin ictimai mühiti
Nizami öz təxəyyülündə yaratdığı və bədii əsərlərində
canlandırdığı dövlətçilik ideyalarını Azərbaycan məkanına gə
tirib çıxarmışdır. Dövlətçilik ideyaları Nizaminin əsərlərində
mərkəzi bir xətt kimi keçib gedir. Nizami şair idi, mütəfəkkir
idi, bənzərsiz bədii əsərlərin yaradıcısı idi. Nizami öz ölməz
əsərləri ilə elə bir ədəbi-bədii məktəb yaratmışdı ki, onun
dövründən keçən 900 ilə yaxın bir müddətdə bəşəriyyətə töh
fə verdiyi mənəvi irs yaşayır və bundan sonra da yaşayacaq
dır. Nizamini düşündürən dövlətçilik ideyaları da bu ölməz
sərvətin içərisində daim canlı olaraq qalır. Nizami öz bəşəri
ideyalarına bədiilik donu geyindirərək onları yaşadır. Bu
ideyalar əsrlərin və zamanların yol yoldaşı kimi daim onlarla
birlikdə sonsuzluğa doğru gedir. Ancaq soruşula bilər ki,
Nizami əsrarəngiz ədəbi-bədii əsərlərin yaradıcısı olduğu hal
da nə üçün dövlətçilik ideyalannı öz əsərlərinin apancı
xəttinə çevirmişdir? Cavab budur: Nizami dövrün ictimai
hadisələrini dərindən -dərinə bildiyinə görə cəmiyyətdə baş
verən sosial münasibətlərə bir Azərbaycanlı təsəvvüründən
yanaşdığına görə, xalq dühasından gələn milli və mənəvi
|