Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə14/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   10   11   12   13   14   15   16   17   ...   174
Nizamidə  azərbaycançılıq

İran  vilayətləri  ilə  yanaşı  bütün  Cənubi  Qafqaz  vilayətlərini 

özündə birləşdirən  inzitabi  Adurbadaqan-Azərbaycan adı ərəb 

hakimiyyətinin  ilk  •  dövründə  Xilafətin  yalnız  Cənubi 

Qafqazda işğal  etdiyi  yerlərə verilən  inzibati  Ərməniyə  adı ilə 

əvəz  olundu.1  Bu  cür  inzibati  ərazi  bölgüsü  Nizami  vaxtında 

da  davam  etdiyi  üçündür  ki,  onun  əsərlərində  də  müəyyən 

hadisələrlə  əlaqədar  «Ərmən»  və  «Ərməniyyə»  adlarından 

istifadəyə  rast  gəlmək  olur.  Tarixi  məlumatlarda  bu  inzibati 

adla  əlaqədar  belə  bir  fikir  də  diqqətə  çatdırılır  ki,  VI  əsrdə 

imperator  I  Yustinanın  Qərbi  Ermənistanda,  yəni  coğrafi 

baxımdan  Ərəb  Ərməniyəsindən  fərqlənən  yerdə  həyata 

keçirdiyi  bu  inzibati  bölgü  (o  cümlədən,  bu  bölgünün  daha 

kiçik  vahidləri  olan  I-IV  Bizans  Ermənistanı  adları)  yalnız 

bilavasitə  ermənilərin  yaşadıqları  əraziyə  aid  idisə  «Ərəb 

Ərməniyəsi»  vilayətləri  indiki  azərbaycanlıların,  gürcülərin, 

ləzgilərin  və  başqalarının  yaşadıqları  və  ermənilərə  dəxli 

olmayan  Cənubi  Qafqaz  torpaqlarım  əhatə  edirdi.  Vaxtilə 



Bizansın  tabeliyində  olan  erməni  torpaqları  kimi  ənənəvi 

olaraq onlar da I-IV Ərminiyə adı  ilə dörd hissəyə bölünürdü.1

 2 

Görünür  Nizami  «Xosrov  və  Şirin»,  «İskəndəmamə» 



poemalarında  «Ərmən»lə  «Ərməniyə»  adlarını  işlədərkən 

Xosrov  və  İskəndər  dövrünün  inzibati  bölgüsünə  yox,  məhz 

ərəblər  vaxtındakı  inzibati  bölgüyə  əsaslanmışdı.  Ancaq 

həmin  torpaqlardakı  hökmdarların  mənşəcə  Azərbaycanlı 

olduğunu  qələmə  almaqla  Nizami  gələcək  nəsillərə  bildirirdi 

ki,  o  torpaqlarda  ermənilərə  aid  adın  göstərilməsinə 

baxmayaraq  erməni  hakimiyyəti  olmamışdı.  Bu,  əlbəttə  ki, 

tarixi  bir  həqiqətdir  və  Nizami  oxucuları  bunlara  diqqətlə 

yanaşmalı,  onlara  Nizami  baxımından  qiymət  verməlidirlər. 

Aydındır  ki,  ərəblər  dövründə  apanlan  belə  bir  namunasib 

bölgüdə  erməni  hiyləgərliyi  əsas  prinsip  olmuşdur.  Çünki 

həmin bölgü  heç bir reallığı  əks  etdirmir.  Bu mənada ki,  hələ 

indi  ermənilərin  kompakt  yaşadığı  ərazidə  heç  iki  milyon

1 Azərbaycan tarixi.  III-XIII əsrin I rübü.  Yeddi cilddə,  II cild. Bakı, «Elm», 2007, s. 

196-197.

2 Yenə orada, s.  197.

15




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin