Mübariz Yusifov
apanlması dövlət idarələrində işləyən yerli Azərbaycanlı mə
murlar üçün bu dili bilməyi vacib etmişdi. Ərəb dilini
bilməyənlərə hətta, adi vəzifələr də verilmirdi. Tədricən ərəb
dilinin işğalçının dili olduğu unuduldu. Artıq, bir-iki əsrdən
sonra bu dili bilmək mədəniyyət göstəricisinə çevrildi.
Quranın yalnız yazıldığı dildə öyrənilməsi də ərəb dilinin
işlənmə və mənimsənilmə arealını genişləndirdi. Hər bir
müsəlman millətindən asılı olmayaraq ərəb dilini öyrənməyə
çalışırdı. Ümumiyyətlə, o dövrdə hər bir müsəlman hər
şeydən əvvəl dini icmanın üzvü, ondan sonra isə bu və ya
digər yerin sakini, hər hansı millətin nümayəndəsi idi. Ona
görə də milli-etnik sərhədlər getdikcə zəifləyir, yox
dərəcəsinə çatır, dini mənsubiyyət isə çox işdə əsas amil he
sab olunurdu. Bəzən mənşəcə ərəb olmayan, lakin əsərlərini
ərəb dilində yazan hər hansı alimin və ya yazıçının etnik
mənsubiyyətini müəyyənləşdirmək və üzə çıxarmaq çətin,
hətta, qeyri-mümkün olurdu. Belələrinin Xilafətin mənəvi
həyatında iştirakı ümumi ərəb-müsəlman mədəniyyətinin
inkişafına səbəb olur, onlar həm ərəb, həm də öz milli
mədəniyyətlərinin nümayəndəsi kimi çıxış edirdilər».1 Ancaq
onu nəzərə almaq lazımdır ki, qeyri-ərəb alimləri öz əsərləri
ilə öz milli mədəniyyətlərinin nümayəndəsi kimi çıxış etsələr
də onların yaratdığı əsərlər ümumi ərəb kontekstində əriyib
gedirdi və bunlar onlann aid olduğu etnik təbəqənin milli
sərvətinə çevrilə bilmirdi. Aşağıda adları göstərilən alimlərin
yaratdığı əsərlər, zahirən də olsa göründüyü kimi, islam
mədəniyyətinin, islam ictimai şüurunun inkişafına yönəlmişdi.
Mənbələrdə Əbubəkr Məhəmməd əl-Bərdəinin adı çəkilən
«Kitab əl-Mürşid fil-fıqh» («Fiqhə dair düzgün yol göstərən
kitab»), «Kitab ər-rədd alə əl-müxalifın fil-fıqh» («Fiqhə
1 Azərbaycan tarixi. III-XIII əsrin I rübü. Yeddi cilddə, II cild. Bakı, «Elm», 2007, s.
284-285.
18
Dostları ilə paylaş: