Nizamidə azərbaycançılıq
müxalif olanlara cavab kitabı»), «Kitab əl-cami fi üsul əl-
fiqh» («Fiqhin əsaslanna dair toplu») və başqa əsərləri öz
dövründə məşhur idi. Bundan başqa ərəbdilli mədəniyyətin
Azərbaycanlı nümayəndələrindən Əbdüləziz ibn Həsən əl-
Bərdəi, Əbusəid Əhməd ibn Hüseyn əl-Bərdəi, Əbübəkir
M əhəmməd ibn Abdullah əl-Əbhəri, Yəqub ibn Musa əl-
Ərdəbili, Musa ibn İmran əs-Səlmasi, Əbu-bəkr Əhməd ibn
Harun əl-Bərdici kimi məşhur şəxsiyyətlərin adlarını
göstərmək olar. Adlan ərəb kontekstinin siyahısında itib-
batmış
intellektlərin
qat-qat
çox
olması
da
istisna
sayılmamalıdır.
Bu
dövrdə
ərəbdilli
ədəbiyyatın
zənginləşməsində Azərbaycan mənşəli yaradıcılar da az
olmamışdı. Bunlann bir çoxu öz ərəb quruluşlu adlan və
əsərləri ilə ərəb kontekstində əriyib getmişdir. Məşhurlann
isə ərəb ədəbiyyatını inkişaf etdirən yaradıcılar kimi adlan bu
və ya digər mənbələrdə saxlanılır. Bunlardan tarixi mənbələr
də adlan çəkilən Musa Şəhəvatı, İsmayıl ibn Yaşan Əbül Ab
bas əl-Əmanı və digərlərini göstərmək olar. Tarixi mənbələr
də deyildiyi kimi, onlar burada (Azərbaycanda) böyümüş, ilk
təhsillərini
doğma
diyarda
almış,
öz
xalqlannın
mədəniyyətini, o cümlədən, şifahi xalq ədəbiyyatının heca
vəznini
tam
mənimsəmişdilər.
Onların
poeziyasından
dövrümüzə çatan nümunələr sübut edir ki, iki mədəniyyətin
sintezindən qidalanmış, ümummüsəlman mədəniyyətinin ilk
poetik səhifələrini yaradan bu şairlər doğma heca vəzninin tə
siri ilə ərəb ədəbiyyatında özünəməxsus yeni cığır açmışlar.
Bu, həmçinin sübut edir ki, Azərbaycanın da daxil olduğu
xilafətin söz ustalan sırasında görkəmli yer tuta bilmiş Azər
baycanlı şairlər vətəndən uzaqda yaşasalar da ərəb dilində
yazsalar da doğma diyara, doğma mədəniyyətə bağlı olmuş,
bunlardan bəhrələnmişlər».1
1 Azərbaycan tarixi. Ш-ХП1 əsrin I rübü. Yeddi cilddə, П cild. Bakı, «Elm», 2007, s. 303.
19
|