Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə26/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   22   23   24   25   26   27   28   29   ...   174
Nizamidə  azərbaycançılıq

V -


(uşaq),  çuxa,  qunduz,  xatun,  sürmə,  qara  qız,  dağ,  xan  və  b. 

nümunələri misal göstərmək olar.1

Xaqaninin  «Həbsiyyə»  adlı  qəsidələr  silsiləsində, 

«Töhfətül-İraqeyn»  (İki  İraqın  töhfəsi)  məsnəvisində  və 

«Mədain  xərabələri»  əsərlərində  fəlsəfi  fikirlərin  təcəssümü 

əsas yer tutur.

Şirvanşah III  Mənuçöhrün sarayındakı şairlərdən biri də 

Əbu  Nazim  Məhəmməd  Fələki  Şirvani  (1107-1147)  ol­

muşdur.  Onun bədii  yaradıcılığı  ilə  yanaşı «Ehkamun nücum» 

(«Ulduzlara  dair mühakimələr»)  adlı  elmi  əsərinin olduğu ba­

rədə də məlumatlar vardır.

Nizami  dövrünün  nüfuzlu  nümayəndələrindən  biri  də 

Məhsəti  Gəncəvidir.  O,  1089-cu  ildə  Gəncədə  doğulmuş, 

1182-83-cü  illərdə  öldüyü  təxmin  edilir.  Yaradıcılığı  əsas 

etibarı  ilə  qəzəl  janrına  aiddir.  Azərbaycanın  farsdilli 

poeziyasının  «qızıl  əsri»  kimi  tarixlərə  düşmüş,  dövrünün 

görkəmli  nümayəndələrindən  biri  də  Mücirəddin  Beyləqani 

olmuşdur.  Onun  doğulduğu  il  haqqında  dəqiq  məlumat  yox­

dur.  1190-cı  ildə Təbrizdə öldüyü təxmin edilir.

Dövrün  tanınmış  şairlərindən  biri  də  Qivami  Mütərrizi 

Gəncəvidir.  Doğulduğu tarix  dəqiq məlum  deyil.  1190-cı  ildə 

vəfat etdiyi  barədə  məlumatlar vardır.  Mənbələrdə  Nizaminin 

əmisi oğlu və ya qardaşı olduğu göstərilir.

Bu  qısa xülasələrdən aydın olur ki, Nizami mühiti  siyasi 

cəhətdən Azərbaycanın bütövlüyünün,  stabil dövlətçilik  quru­

munun  formalaşmadığı,  milli  şüurun  oyanmasına  təsir 

göstərən amillərin mövcud olmadığı bir mərhələyə aid idi.  El­

mi  əsərlər  ərəb  elminə  xidmət  edirdi,  ədəbi-bədii  nümunələr 

isə  fars  ədəbiyyatının  zənginləşdirilməsinə  yönəldilmişdi. 

Doğrudur,  o  zaman  fars  dili  şeir-sənət  dili  kimi  öz 

hüdudlarından  daha  geniş  bir  areala  hakim  kəsilmişdi.  Ərəb 

dili  isə  dini  ehkamların  təbliğindən  daha  artıq  ərəb  siyasi- 

ideoloji  dünyagörüşünün  yayılmasına  xidmət  edirdi.  Bu  bir 

həqiqətdir ki,  öz  zamanında ərəblər başqa xalqlar kimi  islamı

1 Azərbaycan tarixi.  III-XIII əsrin I rübü.  II cild.  Bakı, «Elm», 2007, s.  533.

' %%

21




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin