Mübariz Yusifov
düşməsində çətinliklər baş verirdi. Çünki türkdilli xalqlar
vahid türkdilli bir dövlət yarada bilməmişdilər ki, bu xalqların
içərisindən çıxan söz ustalan ümumi normalara malik olan
dildə bir-birini asan başa düşə bilə idilər. Daha sonra, farsdi
lli ədəbiyyatın ən seçilmiş nümunələri hökmdarlara həsr
olunurdu. Hökmdarlara həsr olunan əsərlərin isə qorunma
ehtimalı daha çox idi. Türk dillərinin birində yazılmış əsərlər,
daha dəqiq və çəkinmədən desək, milli şüurun oynamadığı bir
məqamda kimin tərəfindən qorunub saxlanmalı idi? Olsun ki,
tarixlərdə türk mənşəli böyük sənətkarlar ana dilində
möhtəşəm əsərlər yaratmışlar. Ancaq onlardan nə qədəri bi
ganəlik mühitində zəmanəmizə qədər gəlib çıxmışdır?
Olduqca az, cüzi miqdarda. Baxmayaraq ki, Azərbaycan
mənşəli söz ustalan özlərinin möhtəşəm əsərlərini fars
dilində yaratmışlar, hər halda, bu əsərlərin içərisində Azər
baycanın da payı vardır. O baxır, hansı müəllif öz əsərlərində
milliliyə nə dərəcədə yer ayırmışdır. Nizaminin əsərlərinə
gəlincə, tam haqqımız var deməyə ki, onun əsərlərinin yalnız
zahiri farsdır. Nizaminin bütün əldə olan əsərlərinin ruhu
Azərbaycandır və Azərbaycanla bağlıdır. Bu böyük şəxsiyyət
heç zaman öz milli mənşəyinə və etnik təəssübkeşliyinə
biganə olmamışdır. O öz milli düşüncələrini, Azərbaycançılıq
ideyalarını fars dili pərdəsi ilə örtülü şəkildə vermişdir. Təsvir
etdiyi bütün hadisələrin bədii bəzək-düzəyi altında öz milli
təəssübkeşliyini tam təfərrüatı ilə canlandırmışdır. Nizami
əsərlərini oxuduqca, onun dilini təhlil etdikcə belə bir fikrə
haqqa qazandırmaq olur ki, bu əsərlərin ancaq zahiri, görünən
tərəfi farsçılığa aiddir, batini, ruhu, milli dəyərləri ancaq öz
xalqına, Azərbaycana məxsusdur. Onun üzərindən zahiri
pərdəni, bər-bəzəyi, rəngarəng bədii örtüyü götürdükdə aşağı,
alt qatda Azərbaycançılıq ümmanının çağladığını müşahidə
etmək olur. Şair özü də sözə bər-bəzək vurduğunu, zahiri
«qabıq» içərisində «məğzi» (batini) əsas götürdüyünü etiraf
edir:
Dostları ilə paylaş: |