Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə31/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   27   28   29   30   31   32   33   34   ...   174
Mübariz  Yusifov

Nizami  burada  açıqca  deyir  ki,  Firdovsinin  təsvirində 

sevmədiklərinə,  ilk növbədə türklərə rəğbət yoxdur.  Onun ya­

zısında  bakirə  sözlər,  yəni  türklərin  ictimai-siyasi  həyatdakı 

mövqeyinə  aid  fikirlər  deyilməmiş  qalıb.  Mən  isə  Firdovsi 

tərəfindən  təriflənənləri  atıb  sözü  öz  sapıma  düzdüm  və 

«İskəndəmamə»ni  ucaltdım.  Təsadüfi  deyildir  ki,  Nizami  və 

Firdovsi  haqqında  fikir  söyləyən  tədqiqatçılar Nizaminin  türk 

(Azərbaycanlı),  Firdovsinin  isə  fars  ruhu  ilə  nəfəs  aldığını 

göstərirlər.  Məmməd  Əmin  Rəsulzadə  bu  barədə  yazır: 

«Firdovsi  müxtəlif  dastan,  əfsanə  və  hekayələrdən  İran 

tarixini  və  fars  ənənələrini  canlandırmaq  və  yaşatmaq  üçün 

istifadə etmişdir.  Nizami  isə tarixi  hadisələrdən özü üçün əsas 

məqsəd  olan  həqiqət  naminə  gözəllik  yaratmaq  üçün 

faydalanmışdır.  Firdovsidə qatı bir irq təəssübü hökm  sürdüyü 

halda  Nizamiyə  bu  təəssüb  yabançıdır.  Onun  üçün  mühüm 

olanı  qan  deyil,  imandır.  Farslığın  ən  böyük  və  ən  parlaq 

ənənəsi  zərdüştlük  və  atəşpərəstlikdir.  Belə  olduğu  halda, 

fars  şeirinin  Firdovsidən  sonra  ikinci  böyük  dirəyi  olan 

Nizami  bu təlimə nə üçün bu qədər düşməndir? Onun üçün ki, 

sözün  həqiqi  mənasında  Nizamidə  farslıq  duyğusu  yoxdur. 

Farsca yazsa da duyğu və  şüuru  farslıqdan  uzaqdır.  Əsərlərini 

ərəbcə yazdıqları  halda türklük haqqındakı  duyğulan  ilə,  türk 

mədəniyyəti  və  vətənpərvərliyi  tarixində  müstəsna  yer  tutan 

Kaşğarlı  Mahmudlar,  Qurlu  Fəxrəddin  Mübarəkşahlar, 

Zəməxşərli  Mahmudlar  nə  qədər  türkdürlərsə  Nizami  də  o 

qədər türkdür!».1

Nizaminin əsərlərində  «türk» sözü türkdilli xalqlar üçün 

ümumiləşdirilmiş  bir  ad  kimi  işlədilir.  Yəni  özbək,  qazax, 

qırğız,  tatar,  türkmən,  kumık,  nöqay  kimi  fərdiləşmiş  milli 

adlar,  görünür,  ümumi  bir  etnik  adda  ifadə  edilmişdir.  Müasir 

dövrdə  isə  türk  xalqlan  artıq  diferensial  etnos  kimi  öz  adlan 

ilə  xüsusiləşdirilərək  adlandırılır.  Nizami  isə  Azərbaycanlı

1 Məmməd Əmin Rəsulzadə. Azərbaycan şairi Nizami. Bakı, Azərbaycan Dövlət 

Nəşriyyatı,  1991, s.  136-140.

32


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin