Nizamidə azərbaycançdıq
Məmməd Cəfər Cəfərov yazır ki, «Nizami ideal şah
axtarmışdır» «məşhur» cümləsinə və «Xosrov, Bəhram-Gur
nəhayət, İskəndərin şəxsində ideal şah surətləri yaratmışdır»
hökmünə şairin 800 illik yubileyi ərəfəsində nəşr olunan bir
çox yazılarda rast gəlirik. Çoxlan da Nizaminin dövlət qurulu
şu haqqında fikirlərini yalnız bu «ideal şah» surətlərinin
əməllərində, hərəkətlərində aramışlar. Nizaminin axtardığı
ideal şah yox, ideal cəmiyyət, ideal dövlət quruluşu, «ellə bir
likdə» idarə olunan bir üsuli-idarə, «Gavə bayrağına» hörmət
edən bir quruluş olmuşdur».1 Qətiyyətlə demək olar ki, Niza
minin əsərlərində onun ədalətli hökmdar obrazı yaratması
barədə
fikir
söylənilməsi
Nizami
ideyalarının
sadələşdirilməsindən və bəsitləşdirilməsindən başqa bir şey
deyildir. Nizamini bu əsərlərdə ideal hökmdardan daha artıq
azad, firavan, müstəqil, milli və demokratik əsaslı bir
cəmiyyətin mövcudluğu kimi məsələlər düşündürmüşdür.
Əgər Nizamini ədalətli və ədaləti özünə bayraq edən ideal bir
hökmdar obrazı yaratmaq düşündürsə idi bu Nizami üçün heç
də çətin deyildi.
Elə bu fikirlərini Nizami
«Sirlər
xəzinəsi»ndə öz bədii təxəyyülünün məhsuluna çevirib ideal
hökmdar yarada bilərdi və bununla da hər şey həll olunub
qurtarardı. Nizaminin məqsədi isə heç də təkcə ideal hökmdar
obrazı yaratmaqdan ibarət olmamışdır. Əgər doğrudan da Ni
zaminin qarşısında belə bir məqsəd dururdusa onda nə üçün
«İskəndəmamə»də qeyri-müəyyən bir Şimal ölkəsində
hökmdarsız «Azad cəmiyyət» təsəvvürü yaradırdı. Nizami
hər şeydən əvvəl cəmiyyətdə haqq, ədalət, sərbəstlik,
azadlıq, müstəqillik ideyalarının bərqərar olması yollan
barədə düşünürdü. Çünki Nizamidən əvvəl və Nizami
dövründəki cəmiyyətdə ictimai ədalətsizlik hökm sürürdü. Bu
ədalətsizlik Azərbaycan cəmiyyətində də mövcud idi.
Nizaminin gözü qabağındakı Azərbaycanda sadə insanlar əzab
içində idi. Tez-tez baş verən siyasi mübarizə şəraitində xalq
müflisləşirdi. Xalqın əsrlər boyu yaratdığı mənəvi sərvətin
Məmməd Cəfər Cəfərov. Nizaminin fikir dünyası. Bakı, «Yazıçı», 1982, s. 46,50.
39
|