Mübariz Yusifov
«gaf» hərfləri bir-birindən seçilmirdi. Ancaq beytin m ənası
tələb edir ki, biz onu «qord» şəklində oxuyaq. Sanki Nizami
anasının igidliyi ilə anasayağı ölməsini qarşılaşdıraraq təzad
yaratmışdır».1 1
Bu izahda diqqəti çəkən məsələ «kaf» və «gaf»
hərflərinin yazılışıdır. Doğrudan da ərəb əlifbasında g ol
madığından «gaf» işarəsi də yoxdur. Farslar ərəb əlifbası
qəbul edərkən «g» səsini lə əvvəllər «kaf» ilə yazmışlar.
Sonralar isə «kaf»m üzərinə bir xətt çəkməklə «gaf» hərfi
yaratmışlar. Ayn-ayn vaxtarda «kaf» ilə «gaf» paralel də
işlənmişdir. Aşıq Ələsgərin «Üç hərflə adın eylərəm aşkar,
biri kafdır, biri lamdır, biri sad» misralannda «kaf», «lam»,
«sad» Kilas yazılır. «Gilas» oxunur. Bu mənada, «kord» sözü
Nizamidə «kaf» ilə yazılmış olsa belə «g» başlanğıcı ilə
oxunmalıdır. Çünki əw əla, məntiq belə tələb edir, ikincisi,
Nizami
mətnlərinin
katiblər
tərəfindən
köçürülərək
variantlığa düçar olması da istisna deyildir. Bu halda məntiqə
əsaslanmaq lazım gəlir. Qeyd etmək lazımdır ki, «Fərhənge-
farsi
be
rusi»
(«Персидско-русский
словарь»
изд.
«Советская Энциклопедия», М, 1970, с. 388) lüğətində
«gaf» başlanğıcı ilə yazılan və q başlanğıcı ilə deyilən «qord»
sözü qeydə alınmışdır. Sözün mənası qəhrəman, igid, pəhlə
van kimi göstərilir. Buraya onu da əlavə etmək lazımdır ki, bu
beytdə məğrur, qoçaq, fədakar mənalarının ifadəsi də istisna
sayılmaz. İndi də qayıdaq beytin mətniqinə. Fars dilindəki
variantda deyilirsə «Gər madəre-mən Rəiseye-kord, Madər
sefətane pişe mən mord» bu belə anlaşılmalıdır: «Əgər mənim
anam Rəisə igid (qoqaç, mərd, məğrur, fədakar) olsa da
qarşımda (pəhləvan, qəhrəman kimi yox) bir ana kimi öldü».
Nizaminin əsərlərində belə çaşdırıcı məqamlara rast
gəlmək olur. Əlbəttə ki, bunlar Nizaminin günahı deyildi, ilk
növbədə katiblərin ya laqeydliyi, ya da qəsdən çaşdıncılıq
məqsədi idi. Nizami əsərlərinin ruhunda Azərbaycançılığın
güclü və qabarıq olduğunu duyan katiblər və ya İran
1 Ə.Səfərli, X.Yusifov. Qədim və orta əsrlər Azərbaycan ədəbiyyatı. Bakı, «Maarif»,
1982, s. 79-80.
36 2 ^ *
Dostları ilə paylaş: |