Nizamido azərbaycançılıq
təmayüllü şərhçilər qəsdən Nizaminin milliyyətini azdırmaq
məqsədi ilə belə çaşdırıcı üsullara əl atmışlar.
Məmməd Cəfər Cəfərov yazır ki, «Başqa tədqiqatçılar
dan da kimi si şairin Bağdadda, kimisi «əfsanəvi» Qumda ana
dan olduğunu iddia etmişdir. Bu «Qum məsələsi» də
mübahisə doğurmuşdur. Biri bu yerin Şərqi İranda, digəri isə
Şamaxıda olduğunu göstərir. Nizamini «Şirvanşahlar sarayının
şairi»də adlandıranlar olmuşdur. Şairin həyatı, yaşadığı əsrin
adamlarına münasibəti, əsərləri haqqında belə uydurmalar
çoxdur».1 A.E.Krımski ingilis müəllifi Q.Auzliyə əsaslanaraq
onun ingilis dilində yazdığı və guya Nizamiyə aid olan belə
bir cümləni misal gətirir: «В Гяндже он словно жемчужина,
скрытая на дне моря: его в Гяндже мало ценят, потому что
он родом из нагорий г. Кума».2 Bu çaşdırıcı informasiyadan
istifadə edən bəzi həvəskarlar cuşa gəlib haradansa Nizamiyə
aid olmayan belə bir quraşdırma beyti ortaya atıblar:
Əz Qəhestane şəhr-e Qoməm
Ke dorr dər bəhr-e Gəncc qonəm
(Mən mirvari kimi Gəncə dənizində
Qərq olsam da dağda yerləşən Qum şəhərindənəm).
Bu beytə əsaslanıb Nizamini Saxur, Ləzgi və digər mil
lətlərə aid edənlər də var. İran alimi doktor Səid Həmidi
2010-cu ildə yazdığı «Xəmseyi Nizami Gəncəvi» («Nizami
Gəncəvinin Xəmsəsi») adlı kitabda özündən əvvəl Nizamini
tədqiq edən alimlərdən Vəhid Dəstgirdi, Səid Nəfisi,
M.Zərrinkubiyə əsaslanaraq yazır ki, Nizamidə «Əhli-qum»
məsələsi yoxdur. (Həmin əsər, s. 113). Olsun ki, Nizami
barədə çaşdırıcı fikir yaradılması məqsədi ilə hansısa
əlyazmaya belə bir beyt qəsdən daxil edilmişdir. Çox təəssüf
ki, Ziya Bünyadov kimi tanınmış alim də əsaslandığı mənbəni
göstərmədiyi halda bu yanlışlığı təsdiq etməyə çalışır:
1 Məmməd Cəfər Cəfərov. Nizaminin fikir dünyası. Bakı, «Yazıçı», 1982, s. 171-172.
2 А.Е.Крымский. Низами и его современники. Изд: «Элм», Баку, 1981, с. 48.
37
|