Mübariz Yusifov
adlı əsərində rast gəlmək olur. Utopiya sözü mənşəcə yunan
dilinə məxsusdur. U inkar şəkilçisi, «Topos» yer deməkdir.
Əslində isə bu sözün mənası «heç yerdə (olmayan)»
deməkdir. İctimai mülkiyyətin hökmranlığına əsaslanan
quruluş heç yerdə yoxdur, lakin bu quruluş mümkün və
ağlabatandır. Burada bəxti gətirən bir dənizçinin gedib çata
bilmədiyi uzaq və xoşbəxt bir ölkə haqqındakı əfsanə yararlı
olmuşdur. Belə bir əfsanə antik zamanlarda da var idi. Bu
əfsanə böyük coğrafi kəşflər zamanı xüsusilə, geniş
yayılmışdır. Bu zaman naməlum ölkələrə sayəhətlər haqqında
xeyli kitab buraxılırdı. İlk utopistlər də ictimai quruluş
haqqında öz baxışlanm şərh etmək üçün belə bir ədəbi üsula
əl atmışdılar».1 1
Demək olmaz ki, Nizaminin antik dövr
ədəbiyyatmdakı utopiya barəsində və Şərqin böyük filosofu
Fərabinin əsəri haqqında məlumatı yox idi. Əlbəttə ki, var idi.
Nizami müqəddəs «Quran» bazasında ədalətlilik, azadlıq və
ictimai bərabərlik motivlərindən qidalanmaqla, eləcə də
utopik
cəmiyyət
barədə
mövcud
olan
mənbələrdən
yararlanmaqla öz utopiyasını ortaya qoymuşdur. Nizaminin
utopik cəmiyyət haqqındakı fikirləri, əlbəttə ki, birdən-birə
yaranmamışdı. O Azərbaycanın ictimai-siyasi həyatını yaxşı
görürdü. Ona görə də «Sirlər xəzinəsi» əsərindən tutmuş ta
sonuncu «İskəndəmamə» əsərinin «İqbalnamə» hissəsində
cəmiyyət haqqındakı utopik fikirlərini ümumiləşdirmişdir.
Məmməd Cəfər qədim utopiya barədəki fikirləri Nizami
utopiyası ilə müqayisə edərək belə fikrə gəlir ki, «Farabi
feodal dövlət mexanizmini bir çox cəhətdən tənqid etsə də
onun xəyali «xeyirxahlıq şəhəri»ndə yenə də əhali bir neçə
sinfə, təbəqəyə bölünmüşdü. İmtiyazlı siniflər feodal dövlət
quruluşunu dəyişmirdi. XIV əsrin böyük mütəfəkkirlərindən
İbn Xəldun (1332-1406) Fərabinin və ondan əvvəlki filosofla
rın (həm də Platonun) utopik görüşlərindən danışarkən göstər
mişdi ki, bu filosoflar fərziyyə şəklində təsəvvür etdikləri
1 Bax: Elmi Kmmunizmin əsasları. Bakı, 1971, s. 11-12; M.Yusifov. Füzulinin söz
dünyası. Bakı, «Elm və təhsil», 2011, s. 115.
44
Dostları ilə paylaş: |