Nizamidə azərbaycançılıq
azadlıq Azərbaycan üçün arzu idi, Nizami dövründə də.
Azadlıq özü bir arzu idisə xalq nədən azad olmalı idi? Birinci
növbədə başqa, yad qüvvələrin təsirindən və təzyiqindən azad
olmaq, başqa xalqların adətlərinə, dilinə, onların quraşdırıcı
qayda və qadağanlarına riayət etmək məcburiyyətindən, bir
sözlə, ictimai asılılıq əsarətindən azad olmaq arzusu idi. Niza
mi bu azadlıq ideyalarına xalqın özünün təbiətindən gələn
qanuni bir haqqı kimi baxırdı. Bu ideyaları bədii bər-bəzək
içində işıqlandırmaq üçün Nizaminin özünün də təbii və
qanuni haqqı var idi. Bu haqq Nizamiyə insan azadlığını bəşər
həyatı üçün vacib yaratmış ilahi qüdrətindən çatırdı. Nizami
analitik təfəkkür sahibi olduğu üçün ilahi kitab olan «Qurani
kərim»ə əsaslanırdı. «Quran»da insan azadlığı haqqında nazil
olmuş ayələr bəşər həyatının asılılığını istisna edir. Belə ki,
məsələn, Allah insanı yaradıb, onu başqa canlılardan fərqlən
dirmək üçün şüur verib. Şüurun təfəkkürə çevrilməsi və
idrakın ibtidaidən aliyə doğru inkişaf prosesi də insana aiddir.
İnsana şüur ona görə verilib ki, insan öz cəmiyyətini əxlaqi
prinsiplər üzərində qura bilsin, cəmiyyətin iradəediciliyində
insanların hüquq və azadlıqlarını bərqərar edə bilsin. Birinin
haqqı digəri tərəfindən pozula bilməsin. İnsanlar uca tannnin
müqədəs «Quran»dakı göstərişi ilə ədalətli cəmiyyət yarada
bilsin. «Quran»da insan azadlığı haqqındakı ayələrdə deyilir:
«Həqiqətən, biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu
imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq»; «Biz
ona haqq yolu göstərdik. İstər (nemətlərimizdə) minnətdar
olsun, istər nankor (bu onun öz işidir). (İnsan, 76, 2,3).
Allahın insanı sərbəst, azad və müstəqil yaratması barədə
başqa ayələrdə də müvafiq hökmlər vardır: «Biz (Adəmə)
dedik: «Ey Adəm, sən zövcənlə (Həvva ilə) cənnətdə qal və
hər ikiniz oradakı meyvələrdən istədiyiniz kimi bol-bol yeyin,
yalnız bu ağaca (buğdaya) yaxın gəlməyin. Yoxsa (özünüzə)
zülm edənlərdən olarsınız». (Lakin) Şeytan onları azdırıb
(buğdadan yedizdirməklə nemətlər içində) olduğu yerdən
uzaqlaşdırdı. Biz də Adəmə, Həvvaya və Şeytana): «Bir -
birinizə düşmən kəsilərək (buradan kənar olub yer üzünə)
Dostları ilə paylaş: |