Nizamidə azərbaycançthq
bərqərar olan cəmiyyət yarana idi. Elə bir cəmiyyət ki, burada
insanlar özlərinin süni şəkildə yaratdığı qanunlar əsasında
yox, Allahın peyğəmbərlər vasitəsi ilə bəşəriyyətə göndərdiyi
səmavi kitablarda göstərilən hökm və müddəalar əsasında
idarə olunsun. Onda insanlar yaşadıqları həyatda rahat nəfəs
almağın nə olduğunu bilərdilər. Nizaminin bütün əsərlərində
zahiri bər-bəzəyi bir yana qoysaq onu düşündürən məsələ
ancaq bu olmuşdur. Nizami üçün maraqlı bu idi ki, onun
içərisində yaşadığı
Azərbaycan
cəmiyyətində ədalətli,
müstəqil, azad cəmiyyət yaranmasına hansı vasitə ilə nail
olmaq mümkündür? Əlbəttə ki, Nizami belə bir cəmiyyətin
məkanını öz zamanında Azərbaycanda da yarada bilərdi.
Nüşabənin hökmdarlıq etdiyi mənkanda olduğu kimi. Bu
halda gərək burada Azərbaycanlı hökmdarlann və ya başçı-
lann da obrazını yarada idi. Ancaq Nizami dövründə bu
mümkün deyildi. Çünki, əw əla, Nizami batini mənası, məğzi,
ideyası bəşəri əhəmiyyət kəsb edən poemalanm yaşatmaq
üçün onları dövrün hökmdarlanna həsr etmişdi. İkincisi isə
Nizami burada türkçülük kontekstində özünün Azərbaycançı-
lıq ideyalanm açıq büruzə verə bilməzdi. Ona görə ki, Nizami
öz batinini zahir etsə idi bu ideyalann yaşaya biləcəyini zərbə
altında qoyardı. Nizami burada başqa bir üsula əl atır. Yaxın
Şərqin həyatında tarixi rolu olan hökmdarları zahirən öz mil
lətinin nümayəndəsi kimi təsvir edir, daxilən onları Azərbay-
canlaşdırır. Onları ədalətli göstərib ədalətli bir Azərbaycan
cəmiyyətinin bərqərar olması düşüncələrini qələmə alır. Ni
zaminin əsərlərini oxuyanda zahir ilə batin arasındakı bu
əlaqələrə xüsusi diqqət yetirmək lazımdır. Əgər təkcə zahiri
nəzərə alsaq onda bu əsərlər ilə farsdilli ədəbiyyat arasında,
xüsusilə, Firdovsinin «Şahnamə»si arasında gərək fərq qoyul
masın. Yaxud dastan içərisində dastana çevrilmiş «Min bir
gecə» ilə «Xəmsə» arasında paralellik təsəvvür edilsin. Batini
araşdırdıqda
isə
bütün
ideya
və
məzmunun
Azərbaycançılıqdan ibarət olduğu aşkar görünür. Nizaminin
böyüklüyü odur ki, zahiri və batini anlayışları qovuşdurur.
Çünki hadisələrin zahiri bu məqamda özündən əvvəlkilərin
49
|