Nizamidə azərbaycançılıq
olunacağını Nizami bəlkə heç ağlına da gətirmirdi. Onun üçün
bu gözəl, lakin nail olmayan bir arzu, bir xəyal idi. Dövrün
şəraiti, ona həyatı bu ideala yaxınlaşdıran yollan belə qeyd
etməyə imkan vermirdi. Ancaq böyük şairin sonuncu
poemasının axmnda belə bir mənzərənin verilməsi onu
göstərir ki, Nizami heç bir şeydən qorxmadan son sözünü
söyləmək, dəhşətli zülm və əsarət dünyasına qarşı azad bəşər
cəmiyyətinin harmonik inkişaf dünyasını qoymaq istəyir.
Nizami bu xoşbəxt ölkəni Şimalda tapmışdır! Bu fikir bizi,
böyük sosializm vətəninin xoşbəxt övaldarmı çox sevindirir.
XII əsrdən bizim həyatımıza tərəf görünməz əllər uzanır, bizi
böyük sənətkarla əlaqələndirir. Nizami bizim zamanımızda
yaşamış olsaydı-bizimlə olardı-sözünü qətiyyətlə söyləməyə
imkan verir! Nizami arzuları həyata keçirilmişdir, bunun üçün
bəşəriyyətin gözəl gələcəyi uğrunda qorxmadan həyatlarını
vermiş «utopistlər» içində Nizamiyə də təşəkkür etməliyik».1
Nizaminin XII əsrdə XX əsrdəki sovet ittifaqını görməsi
və onu ideal cəmiyyət hesab etməsi barədə Y.Bertelsin
sadəlövlüklə uydurduğu fantaziyanın əslində Nizamiyə
aidiyyəti olmasa da Nizami həqiqətən, öz cəmiyyətində müs
təqil, sərbəst, azad bir dövlət quruculuğunna inanırdı.
Qətiyyətlə onu demək lazımdır ki, bu arzu Nizamidən əvvəl
də mövcud idi, lakin bu arzu Nizamidə olduğu kimi bədii
lövhələrlə canlandırıla bilməmişdi.
Nizaminin ideal cəmiyyət arzularının əsası və bünövrəsi
«Qruran»dan gəlirdi. Ona görə onu uydurma saymaq olmazdı.
Ancaq bu ideyaların gələcək, qeyri-müəyyən bir zamanda hə
yata keçiriləcəyi xəyalpərəstlik deyildi. Nizaminin fikirlərini
özündən dörd yüz il sonra formalaşan «Utopik sosialistlərin»
təməli kimi də qiymətləndirmək olar. Utopik cəmiyyət
haqqında fikirlər Nizamidən əvvəl də var idi. Utopik
cəmiyyət haqqındakı fikirlərə X əsrin görkəmli Şərq filosofu
Fərabinin (870-950) «Xeyirxahlar şəhəri əhalisinin görüşləri»
1 Y.Bertels. Böyük Azərbaycan şairi Nizami. «AAZM» Nəşriyyatı, Bakı, 1940, s. 123-
124.
43 2 ^ *
|