Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə34/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   30   31   32   33   34   35   36   37   ...   174
Nizamidə  azərbaycançılıq

Nə qədər ağlayıb yansa da ürək 

Anama dil  verən varmıdır görək?

L-M, 204,  54.

Əvvəla,  «Kürd  qızı  anam»  ifadəsinin  məntiqinə  nəzər 

salaq.  Kiminsə  anası  kürd  yox,  gürcü  də  ola  bilər,  rus  da, 

yəhudi  da,  alman  da,  fransız  da  və  s.  Məntiqə  sığmaz  ki,  hər 

kəs  öz  anasının  milliyyətini  qabardıb  ortaya  qoysun.  O  da  ol­

sun ki,  Nizami  belə  bir ifadə  işlədib  özündən  sonra  gələn  nə­

sillərdə  bir  çaş-başlıq  yaratsın.  Bu  inandırıcı  deyildir.  İkinci 

tərəfdən  əsər  Şirvanşah  Axsitana  həsr  olunmuşdu.  O  da  öz 

milli  kökünün  fars  olması  ilə  fəxr edirdi.  Bu  halda Nizami  elə 

anasının  fars  olduğunu  da  yaza  bilərdi.  Üçüncü  bir  tərəfdən, 

burada açıq-aşkar tərcümə naqisliyi görünür.

Əsərin farscasında həmin hissənin birinci misrası belədir:

Gər madəre mən Rəiseyi-kord 

Madər sefətane pişe mən mord 

Anam Rəisə kürd olsa da 

Qarşımda ana sifətində öldü

Rəiseyi-kord kürd qızı  anam  anlayışını  vermir.  «Rəiseyi 

kord»  əslində  «Kord  Rəisə»  deməkdir.  Söhbət  isə  «Kord» 

sözü üzərində gedir.  Beytin mənasını tərcümə edəndə «Kord» 

sözünün  «Kürd»  mənasında  anlaşılmasının  özündə  bir  daha 

məntiqsizlik  aydın  görünür.  Bu  nccə  məntiqdir  ki,  deyilir: 

«Əgər  anam  Rəiseyi  kürd  idisə  (yenə)  qarşımda  ana  sifətində 

öldü».  Digər tərəfdən  «Rəiseye-kord»  kürd  Rəisə  kimi  də  an­

laşılmır.  Deməli,  «Kord»  sözünün  özü  düzgün  mənada 

verilmir.  Ə.Səfərli  və  X.Yusifovun,  «Qədim  və  orta  əsrlər 

Azərbaycan  ədəbiyyatı»  dərsliyində  həmin  misranın  izahı  ilə 

əlaqədar deyilir:  «Nizaminin  anasının adı  Rəisə  şəklində  qeyd 

edilmişdir.  Son  vaxtlara  qədər  onun  kürd  olduğunu  yazırlar. 

Lakin  bizə  görə  Nizami  onun  kürd  olduğunu  yox,  igid 

olduğunu  yazmışdır.  Buradakı  «Kord»  sözü  Nizami  dövründə 

igid  mənası  verən  «qord»  sözü  ilə  eyni  cür  yazılır,  «kaf»  və

35




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin