Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin


Nizamidə  azərbaycançılıq



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə30/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   26   27   28   29   30   31   32   33   ...   174
Nizamidə  azərbaycançılıq

Dastanı düzərkən fikrim açıqdı 

Söz səlis olsa da yol dolaşıqdı.

İskəndər haqqında heç bir əsərdə 

Məlumat görmədim yığcam bir yerdə 

Sözlərlə dolmuşdur xəzinə içi 

Ancaq hər nüsxə bir dağınıq inci 

Hər köhnə nüsxədən əsas alaraq 

Onu öz şeirimlə bəzədim ancaq 

Ən  qədim tarixi əsərlərdən mən 

Yəhudi, nəsrani, pəhləvilərdən 

Ən  incə sözləri əlimə saldım 



Qabığı ataraq məğzini aldım.

Müxtəlif dillərdən yığdım çox sözlər 

Bunlardan düzüldü yazdığım əsər.

İ,  I,  2004,  54.

Nizami  özü  «İskəndəmamə»ni  yazarkən  Firdovsinin 

yazdığına münasibətini də bildirir.  Şeir dili ilə belə deyilir:

Köhnə söz ustası o Tuslu şair 

Söz gəlinlərini bəzədi  bir-biri.

Düzdü  dastanlara çox inci,  gövhər,

Yenə də qaldı çox bakirə sözlər.

Yazsaydı tarixdə bütün olanı,

Çox uzun sürərdi onun dastanı.

Sevmədiklərinə etmədi hörmət 

Bəyəndiklərinə göstərdi rəğbət.

Dostlara o paydan ayırdı bir az 

Halvanı  təklikdə yemək yaramaz.

Nizami bu sapa düzərkən gövhər,

Qələmdən silindi qələm görənlər.

Hansı bir incini keçirdi ələ 

Onları  çəkdi öz söz çəkisiylə 

Uğurla ucaltdı «Şərəfnamə»ni 

Köhnəni bununla eylədi yeni.

İ, I, 2004, 42-43.

31




Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin