Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə27/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   23   24   25   26   27   28   29   30   ...   174
Mübariz  Yusifov

Azərbaycan  xalqının  beyninə  zor  və  ya  xoş  vasitəsi  ilə 

yetirmişdilər.  Lakin  bundan  məqsəd  təkcə  o  deyildi  ki, 

insanlar islamın haqq  din olduğunu  dərk edə bilsinlər.  Burada 

daha qlobal  bir siyasət hökm  sürürdü ki,  islamlaşma  ideologi­

yası  altında  başqa xalqlar ərəblərin yaratdığı  imperiyaya  daxil 

olsun  və  bu  xalqlar  içərisindən  çıxan  intellektlər  ərəb 

dünyasının  «xidmətçilərinə»  çevrilsinlər.  Fars  dili  isə 

ədəbiyyatda  daha  əvvəllər  hökmran  mövqe  tuturdu.  Mənbə­

lərdə göstərildiyinə görə IX əsrin sonunda mərkəzi  Buxara və 

Səmərqənd  şəhərləri  olmaqla  Orta  Asiyada  yaranan  Samanil- 

ər  dövləti  ən  böyük  qüdrətə  çatmış  və  demək  olar  ki,  tam 

müstəqilliyə nail olmuşdu.  Tədricən Samanilər  İranın və Orta 

Asiyanın  bütün  vilayətlərini  özlərinə  tabe  etdilər.  Samanilər 

başda  olmaqla  İran  və  Orta  Asiya  xalqlarının  ərəb 

hökmranlığına  qarşı  apardıqları  mübarizənin  ən  mühüm 

nəticələrindən  biri  ərəb  dilinin  tədricən  sıxışdınlıb  aradan 

çıxarılması  oldu.  Onun  yerini  «farsiye-dari»  (saray  fars  dili) 

tutdu.  Bu  dil  Samanilər dövlətini  yaradan  xalqın  dili  idi  və  o, 

ölkənin  bütün  ərazilərində  rəsmi  dilə  çevrilmişdi.  İranın  və 

Orta Asiyanın hər tərəfindən istedadlı  alimlər,  şairlər,  ədiblər 

Samanilər  sarayına  axışırdılar.  Məşhur  Rudəki  başda  olmaqla 

görkəmli  söz  ustaları  bu  dövrdə  dünya  ədəbiyyatı  xəzinəsini 

zənginləşdirən  bir  sıra  qiymətli  əsərlər yaratdılar.  Bu  dövrdə 

yaranmış  əsərlər  içərisində  Rudəkinin  lirikası,  İbn  Sinanın 

elmi  əsərləri,  Firdovsinin  «Şahnaməsi»  böyük  şöhrət 

qazanmıdı.  X  əsrdə  Samanilər  hakimiyyəti  süquta  uğradı  və 

onun  yerinə  mənişəcə  türk  olan  Qəznəvilər  sülaləsi  gəldi. 

Qəznə  şəhəri  isə  bu  sülalənin yaratdığı  hakimiyyətin paytaxtı 

oldu.  Qəznəvilər hakimiyyətə  gəldikdən  sonra  da  fars  dili  öz 

mövqeyini  itirmədi.  Əksinə,  qəznəvilər  fars  dilini  qəbul 

edərək onun daha da çiçəklənməsinə,  bu dildə müstəqil  sənət 

abidələrinin  qələmə  alınmasına  şərait  yaratdılar.  Qəznəvilər 

dövründə  fars  dili  öz  əhatəsini  genişləndirərk  nəinki  İran  və 

Orta  Asiya  ərazisində,  həmçinin,  Azərbaycanda  və  Kiçik 

Asiyada  yayılmağa  və  genişlənməyə  başladı.  Demək  olmazdı 

ki,  türklərdə  bu  zaman  heç  bir  əsər yox  idi.  Əlbəttə  ki,  milli


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin