Mübariz Yusifov
Azərbaycanın
üstündə
gəzən
yad
əllərin
tuşladığı
istiqamətlərdəki məkanlara xidmət edirdi. Daha dəqiq desək,
elm və mədəniyyət ərəblərə, bədii sənət və ədəbi yaradıcılıq
farslara və fars mədəni irsinin zənginləşdirilməsinə xidmət
edirdi. Nizamidən əvvəlki vaxtlarda olduğu kimi, Nizami
dövründə də Azərbaycanda çox güclü elmi və ədəbi-bədii po
tensial mövcud idi. Bu yaxşı idi. Çünki bünövrədən
Azərbaycan xalqında intellektual potensial güclü olmuşdur.
Ancaq bu faktdan da qaçmaq mümkün deyil ki, dövrün yetiş
dirdiyi intellektlər Azərbaycan elminə, mədəniyyətinə, ədəbi-
bədii sənətinin inkişafına xidmət edə bilməmişdir. Səbəb
budur ki, hakimiyyətdə təmsil olunan qüvvələr çörəyini
yediyi, suyunu içdiyi, nemətlərindən bəhrələndiyi xalqın
mənafeyi barədə düşünməmişlər. Azərbaycan mənşəli dövlət
başçılarının səhvi onda idi ki, onlar özlərinin hakimiyyətləri
dövründə milli şüuru oyatmaq əvəzinə vaxtlarını sərvət
toplamağa və eyş-işrət məclisləri qurmağa sərf edirdilər,
özlərindən sonrakı dövr üçün heç bir əməli iş görə bilməMiş-
dilər. Ona görə də onların hakimiyyətləri arasında varislik
yarana bilmədi.
Nizami Gəncəvi Azərbaycan hakimlərinin xalqın milli-
mənəvi dəyərlərinə, milli şüurunun formalaşdırılmasma,
milli-mənəvi sərvətin gələcək nəsillərə onun öz dili ilə
çatdırılmasına etinasızlığını və laqeydliyini «Xosrov və Şirin»
poemasında Xosrovun dövlət işlərini atıb key məclisləri
qurmasında, «Yeddi gözəl» poemasında Bəhram şahın vaxtını
yeddi iqlimdən gətirdiyi qızlara keçirdiyi eyş-işrətlərdə açıb
göstərir. Xosrovun dövlət işlərini buraxıb eyş-işrətə qurşan-
masının nəticəsi nə oldu? O nə ölkəsinin əhalisinə bir xeyir
verə bilmədi, nə də öz övladma tərbiyə. Ailə tərbiyəsini gör
məyən övlad, atasının eyş-işrətlə nəfəs aldığından başqa bir
tərbiyə götürə bilməyən oğul beynində eyiş-işrətdən başqa bir
şey yarada bilməmişdi. Odur ki, Xosrov özü yaratdığı, bünöv
rəsini əvvəldən qoyduğu faciənin də qurbanı oldu. Oğul
atasının əhli-əyalına göz yetirdi və onun qətlinə fərman verdi.
Bunu Füzuli çox yaxşı deyib:
24
Dostları ilə paylaş: |