Nizamidə azərbaycançılıq
Deyil bihudə gər yağsa fələkdən başimə daşlar
Binasın tişeyi ahim ilə viran etdiyimdəndir.
F, I, 122, 4.
(Əgər fələkdən başıma daşlar yağırsa səbəbsiz yerdən
deyildir. Fələyin binasını ahımın külüngü ilə viran edib
dağıtdığım üçündür).
Başqa sözlə, Xosrov «nə əkmişdisə onu da biçmişdi».
Bəhram şah isə başı yeddi iqlimdən gətirdiyi qızlarla
eyşə qarşdığı üçün ölkənin hakimiyyəti xain vəzir
Rast
Rövşənin əlinə keçmişdi. Çin xaqanı isə hakimiyyətdə boşluq
görüb ölkəyə qoşun çəkir. Bəhram nəhayət ayılır, işləri
yoluna qoyur və marağada qeyb olur. Bunlar ibrət idi.
Nizami zahiri bədii bəzək-düzək içində Azərbaycan
hökmdarlarının diqqətini öz əsərlərindəki şahların işlərindən
ibrət götürməyə çağırırdı.
Nizaminin yaşadığı dövrdə də elm və ədəbiyyat-sənət
sahibləri var idi. Demək olmaz ki, onların yaratdıqlarından
Azərbaycana xidmət nümunəsi yox idi. Ancaq onların bir
çoxu qorunmamışdır. Qalanlar isə əsas etibarı ilə ya dövrün
hökmdarlarına ithafnamələr və ya ərəb-fars ideologiyasını,
milli dəyərlərini zənginləşdirən əsərlərdən ibarət olmuşdur.
Nizami dövründə yaşamış Fəxrəddin Əbülfəzi İsmayıl ibn əl-
Musanna ət-Təbrizinin yazdığı «Tarixi Azərbaycan» («Azər
baycan tarixi») adlı kitab bizə gəlib çatmamışdır. Çatsa idi
dövrün haqqında, həmçinin, Azərbaycanın tarixi keçmişi ba
rədə maraqlı məlumat əldə etmək mümkün olardı. Dövrün
alim şəxslərindən biri Gəncəli Əbu Həfz Ömər ibn Osman ibn
Şüeyb əl-Cənzinin «Əl-hasil» («Vücada gələn, yaranan») adlı
əsərinin əlyazması indi də Paris
Milli
kitabxanasında
saxlanılır. Bunlardan başqa dövrün görkəmli alimlərindən
Tacəddin Əbül Fədail Məhəmməd ibn əl-Hüseyn ibn
Abdullah əl-Urməvinin, Əmin əd-Din Müzəffər ibn Əbu
25
|