Mübariz yusifov m IL Azərbaycan Respublikası Prezidentinin



Yüklə 4,66 Mb.
Pdf görüntüsü
səhifə19/174
tarix28.12.2021
ölçüsü4,66 Mb.
#17081
1   ...   15   16   17   18   19   20   21   22   ...   174
Mübariz  Yusifov

Elə  buradaca  onu  demək  lazımdır  ki,  həmin  dövrdə 

Azərbaycandilli  mədəniyyət  öz  doğma  vətənində  qədim 

ənənələrin  varisliyini  davam  etdirərək  yazısız-pozusuz  öz 

nümunələrini  yaradırdı.  Bunların  içərisində  el  ozanlarının 

düzüb  qoşduğu  nağıllar,  dastanlar,  bayatılar,  şeirlər zaman-za­

man  yaşamaqda  davam  etmişdir.  Bunların  içərisində  dünya 

mədəniyyət  xəzinəsinin  qızıl  fonduna  daxil  olmuş  «Kitabi- 

Dədə  Qorqud»  müstəsna  yer  tutur.  Əgər  o  dövrdən  indiyə 

kimi  Azərbaycanda  yazılı  ənənələr mövcud olsaydı  və  davam 

etsəydi  xalqımızın  necə  mənəvi  sərvətlərə  malik  olduğu 

haqqında bütöv və aydın təsəvvür yaranardı.

Ərəblər  dövründə  Azərbaycan  dilinin  sıxışdınlması  ilə 

milli  mədəniyyətimizdə  bir  uçurum  baş  verdiyi  kimi,  bu 

ərazidə  xırda  dövlətlərin  yaranması  da  milli  birliyin  və  milli 

şüurun  əsrlər  boyu  ləngiməsinə  səbəb  olurdu.  Hələ  onu  da 

nəzərə  almaq  lazımdır ki,  çox  zaman  bu  qurumlara  rəhbərlik 

yerli adamlara yox, Xilafotin özündən olanlara həvalə edilirdi. 

Məsələn,  Yəzid  ibn  Məzdəkin  oğlanları  Əsəd,  Xalid  və 

Məhəmməd  Xilafətdə  özlərinə  böyük  nüfuz  qazandıqlan 

üçün  Şirvanda  yaradılmış  M əzdəkilər  dövlətinin  ауп-ауп 

vaxtlarda  hökmdarı  olmuşlar.  Yəzid  ibn  Məzdək  özü  799-cu 

ildən  801-ci  ilə  kimi,  Əsəd  802-ci  ilə  kimi,  Məhəmməd  isə 

803-cü ilə kimi  hakimlik etmişdir.  Xalid  ibn Yəzid isə  844-cü 

ilə  qədər  Azərbaycan,  Arran  və  Ərminiyə  hakimi  vəzifəsinə 

təyin  olunmuşdu.  Məzdəkilərin  Azərbaycandakı  hakimiyyəti 

1232-ci  ilə  kimi  davam  etdi.  Həmin  dövründən  Şirvan,  artıq, 

monqolların 

hücumuna  məruz 

qaldı 


və 

Şirvanşahlar 

dövlətinin müstəqilliyinə son qoyuldu.1

Ərəblər  Azərbaycanı  işğal  etdikdən  sonra  «Bab-ül- 

Əbvab»  (Qapılar qapısı)  adlandıqları  Dərbəndi  ələ  keçirdilər. 

IX  əsrin  ortalannadək  Dərbəndə  hakimlik  vəzifəsi  xüsusi

1 Azərbaycan tarixi.  III-XIII əsrin I rübü.  II cild. Bakı,  «Elm», 2007, s.  323-338.

20


Yüklə 4,66 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   174




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin